Cümə axşamı günü, 5 iyun 2025
     

Rusiya xəbərdarlıq etdi - yaxınlarda Ermənistan...

Image

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kauma ilə görüşündə bildirib ki, bəzi dövlətlərin Ermənistanı silahlandırması qəbuledilməzdir. Məlumdur ki, burada söhbət ilk növbədə Fransadan gedir. 

Bu yaxınlarda Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq imzalanıb. Artıq Fransa istehsalı olan "Bastion" çoxfunksiyalı zirehli avtomobilləri Ermənistana çatdırılıb.

Elə bu fonda ATƏT rəsmisi Pia Kauma ilə görüşən Əli Nağıyev deyib ki, regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması qəbuledilməzdir və belə hallar yenidən müharibənin alovlanmasına səbəb olacaq. Onu da xatırladaq ki, bu il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastien Lecornu ilə imzaladığı hərbi əməkdaşlıq sazişinə görə İrəvan Fransanın "Thales" müdafiə qrupundan üç "Ground Master 200" (GM200) radar sistemi, eləcə də digər növ hərbi texnika və sursat alacaq. Rəsmi Bakı Fransanın Ermənistana hərbi texnika göndərməsini pisləyib və Parisin bu addımını regionda destruktiv fəaliyyət kimi qiymətləndirib. Fransanın "Le Monde" qəzetində saziş imzalanandan sonra dərc edilən məqalədə bu müqaviləyə radar və zenit-raket komplekslərinin satışı ilə yanaşı, Fransanın Ermənistana dəstəyi üçün təlimlərin də daxil olduğu xatırladılıb və Ermənistanın bu xərcləri necə ödəyəcəyinin sual altında olduğu qeyd edilib: "Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Amma İrəvanın onların pulunu necə ödəyəcəyi hələ məlum deyil". Ermənistan həmçinin Hindistan ilə də hərbi sahədə əməkdaşlığı dərinləşdirməkdə maraqlı görünür. Hindistanın "EurAsian Times" xəbər saytının bu həftə verdiyi məlumata görə, Ermənistan və Hindistan arasında 41,5 milyon dollar dəyərində antidron sistemlərinin alınması üçün müqavilə imzalanıb. Bundan başqa, Ermənistan hələ 2022-ci ildə Hindistanla ümumi dəyəri 250 milyon dollar olan PINAKA – "Qrad" tipli reaktiv yaylım atəş sistemlərinin, eləcə də tank əleyhinə raketlərin və digər növ hərbi sursatların alınmasına dair müqavilə imzalayıb Azərbaycan Ermənistan və Fransanı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymağa çağırıb.

Indilikdə görünən budur ki, Fransa başda olmaqla Qərb ölkələri Ermənistanı silahlandırmaqda və onu Rusiyaya qarşı qoymaqda maraqlıdır. Təbii ki, Rusiya bununla razılaşmayaraq, əks addımlar atacaq. Elə rusiyalı hərbi-siyası analitik Yevgeni Mixaylov da bildirib ki, bu gedişlə İrəvanı yaxşı aqibət gözləmir: "Ermənistanda Ukrayna ssenarisi təkrarlana bilər. İrəvanı Kiyevin taleyi gözləyir. Qərb Ermənistanı silahlandırmaqla Cənubi Qafqaz regionunda, Rusiya Federasiyasının sərhədləri yaxınlığında münaqişə ocağı yaratmaq istəyir".

Onun sözlərinə görə, Avropa İttifaqı, xüsusilə Fransa Ermənistan vasitəsi ilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə cəhd edir: "İrəvanın qərbli tərəfdaşlarına Cənubi Qafqaz regionunda, Rusiyanın sərhədləri yaxınlığında münaqişə lazımdır. Bu günlərdə Gürcüstanın Poti limanı vasitəsilə Ermənistana silah tədarükünün ilk partiyasının həyata keçirildiyini müşahidə etdik. Bu fakt onu göstərir ki, Ermənistan Qərb tərəfindən silahlandırılır. Bu nədən xəbər verir? Bu ilk növbədə ondan xəbər verir ki, Ermənistan revanş arzulayır. Lakin məsələ ondadır ki, Azərbaycan üzərində hansısa üstünlüyə nail olmaq üçün uzun illər lazımdır. Özü də təkcə silahlanma deyil, həm də ordunu hazırlamaq lazımdır. Bu birincisi, ikincisi, Azərbaycan yerində saymayacaq. Üçüncüsü isə motivasiya olmalıdır. Ermənistan ordusunda isə heç bir motivasiya yoxdur. Zəif iqtisadiyyat, genişmiqyaslı məğlubiyyət, özünün olmayan torpaqlar uğrunda mübarizə motivasiya deyil. Bu onu göstərir ki, Ermənistan xalqı növbəti tələyə düşüb. Paşinyanın qərbli kuratorlarının tələsinə". Rusiyalı ekspert vurğulayıb ki, Paşinyanın anti-Rusiya siyasəti Ermənistanın növbəti Ukraynaya çevrilməsi ehtimallarını artırır: "Düşünürəm ki, Ermənistan bu xətti davam etdirsə, Ukraynada baş verənlər təkrarlanacaq. O zaman "peçenye" paylamaqla Ukraynanı aldatdılar və Ukrayna xalqının faciəsinə səbəb oldular. Ukrayna iqtisadiyyatı tam məhv oldu. Tarixi və strateji müttəfiqinə xəyanət edənlərin sonu bu cür olur. Əgər rəsmi İrəvan da bu ruhda fəaliyyətini davam etdirəcəksə, o zaman Ermənistanı da Ukraynanın taleyi gözləyir. Hesab edirəm ki, baş verənləri Azərbaycan sakit müşahidə etməyəcək. Əlbəttə ki, Rusiya da Ermənistana NATO-nun gəlməsinə göz yummayacaq. Bəli, Ermənistana NATO gəlir, bunu birbaşa demək lazımdır. Heç bir sülhməramlı, müşahidə missiyası filan yox, birbaşa NATO gəlir. Düşünürəm ki, yaxın vaxtlarda Ermənistan üçün vəziyyət daha da pisləşəcək". Digər rusiyalı hərbi politoloq Aleksandr Perenciyev isə Ermənistanın NATO layihələrində iştirak etmək istəyinin və Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı mğvqeyinin Moskva tərəfindən süngü ilə qarşılanacağını bildirib: "Haqqında danışdığımız Kollektiv Təhlükəsizlik Sistemi KTMT çərçivəsində qurulub. Baş qərargahlar, müdafiə nazirlikləri, dövlətlərimizin təhlükəsizlik şuraları arasında bir növ məlumat mübadiləsi, mübadilə var. Bu cür əməkdaşlıq ona gətirib çıxarır ki, Ermənistanla eyni Kollektiv Təhlükəsizlik çərçivəsində əməkdaşlıq etməyin nə dərəcədə mümkün olduğu bəlli deyil. Yəni burada hansı dərəcədə məhdudiyyət olmalıdır? Hətta bundan əvvəl də Ermənistan-ABŞ birgə hərbi təlimləri ilə bağlı məsələlər qaldırılırdı. Rusiya indi, demək olar ki, NATO ilə birbaşa qarşıdurma vəziyyətindədir, təkcə Ukrayna ərazisindən deyil, bəzi başqa ərazilərdən də danışırıq".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

05.06.2025 / 16:27
ABŞ kəşfiyyatından xəbərdarlıq – Rusiya Ukraynaya genişmiqyaslı qisas hücumuna hazırlaşır...

05.06.2025 / 16:19
Hökumət binası qarşısında etiraz aksiyası: “Nikolu cəhənnəmdə gözləyirlər”

05.06.2025 / 15:56
“Şərur” MTK zərərçəkənlərə 30 minlik ziyana görə 50 minlik çeklərə imza çəkdirib" - MƏHKƏMƏ

05.06.2025 / 15:40
Zaqatalada narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu

05.06.2025 / 15:35
"Azərbaycan Ordusu azad olunmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirir" - Zakir Həsənov

05.06.2025 / 15:28
Prezident mədəni sərvətlərə vahid qaydada pasport verilməsi ilə bağlı dəyişikliyi təsdiqlədi

05.06.2025 / 15:11
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı

05.06.2025 / 15:02
Süni İntellektin Gündəlik Həyatımıza Təsiri

05.06.2025 / 15:01
Qurban bayramı: ibadət, paylaşma və mənəviyyatın bayramı

05.06.2025 / 14:58
FTB tərəfindən Vaşinqton ştatında həyata keçirilmiş reyd zamanı silah-sursat və nasist simvolları aşkarlanıb

05.06.2025 / 14:57
Bakı şəhərində tıxac yaranmasının səbəbi və bunun həlli yolları

05.06.2025 / 14:31
Məhkəmədə Ermənistan tərəfindən Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb

05.06.2025 / 14:16
“Azərbaycanın daxili işlərinə yersiz müdaxiləyə son qoyulmalıdır" - İsveçrə səfirinə açıq məktub...

05.06.2025 / 14:03
Gədəbəydə başına kisə keçirilən qadınla bağlı cinayətin üstü açıldı

05.06.2025 / 13:47
Bank kartlarından 10 minə yaxın pul oğurlandı...

05.06.2025 / 13:26
Kurort və sanatoriya xidmətlərindən ailələrlə birgə istifadə şərtləri açıqlandı

05.06.2025 / 13:12
Давайте, сравним, Азербайджан с Арменией - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

05.06.2025 / 13:06
Paşinyan onu “Qarabağı satmaqda”,” türk çəkmələri” yalamaqda ittiham edənləri görüşə çağırdı

05.06.2025 / 13:05
Paşinyan:-“Rusiya Erməni Apostol Kilsəsinə hakimiyyətlə döyüşmək əmrini verib

05.06.2025 / 13:04
Almaniya kansleri Fridrix Merz Vaşinqtona səfər etdi

05.06.2025 / 13:03
Imamoğludan sonra Özgür Özəlin də həbsinə hazırlıq başladı

05.06.2025 / 12:34
MDB-yə üzv dövlətlərin hökumət başçıları bir sıra sənədlər imzalayıblar

05.06.2025 / 12:24
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

05.06.2025 / 12:15
Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib - FOTO

05.06.2025 / 12:07
“Neftçi” 29 yaşlı futbolçu transfer etdi

05.06.2025 / 12:00
MDB Baş nazirləri sentyabrda Minskdə toplaşacaq

05.06.2025 / 11:41
Yenə İran, yenə narkotika qaçaqmalçılığı...

05.06.2025 / 11:33
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib

05.06.2025 / 11:28
Ukrayna Rusiyanın strateji aviasiyasının 30%-ni məhv etdi - təsdiqləndi

05.06.2025 / 11:19
"Artıq vətəndaşlar ədalətə inanmırlar”

05.06.2025 / 11:16
Putin İran yolçusudur - səfirdən açıqlama

05.06.2025 / 11:15
BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

05.06.2025 / 11:06
Babək Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

05.06.2025 / 11:03
İran - Azərbaycan danışıqları. Düşmənə daha bir zərbə! - CANLI

05.06.2025 / 11:01
"Azərbaycan yalnız mənim buna olan inamımı gücləndirir" - Nataliya Bayona

05.06.2025 / 10:34
Zelenski: “Rusiya bütün dünyaya orta barmağını göstərir”

05.06.2025 / 10:30
Qazaxda BMW dirvara çırpılıb, 4 nəfər ölüb

05.06.2025 / 10:20
Trampın Harvard düşmənçiliyi - tələbələrə viza verilməsi dayandırıldı!

05.06.2025 / 10:14
Türkiyəli aktrisa bu serialda baş rola çəkiləcək

05.06.2025 / 10:06
Naxçıvanda anasını öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb

05.06.2025 / 10:00
Daha 62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - dövlət qurumu açıqlama yaydı

05.06.2025 / 09:44
Türkiyə yenə silkələndi

05.06.2025 / 09:28
Qaraçuxurda işıq olmayacaq - sakinlərə XƏBƏRDARLIQ

05.06.2025 / 09:25
Ronaldo qocalmaq bilmir - almanlara qol vurdu, Portuqaliya finala çıxdı!

05.06.2025 / 09:23
QR kodlar da təhlükəlidir - iaşə-xidmət obyektlərində pul ödəyərkən ehtiyatlı olun…

05.06.2025 / 09:18
Şirvanda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib - DİN

05.06.2025 / 09:14
Ölkənin polis rəisinin kriminal avtoritetlə qohumluğu təsdiqləndi

05.06.2025 / 09:09
Kim Çen In Şoyqu ilə görüşdü, Putinə dəstək mesajı göndərdi

05.06.2025 / 09:05
İnzaqi də Ərəbistan yolunu tutdu - ilinə milyonlar qazanacaq...

05.06.2025 / 09:00
Ermənistanın baş naziri: “Subaylıq andını pozan ruhanilər ruhumuzun evini tərk etməlidirlər”

05.06.2025 / 08:44
Tramp 12 ölkə vətəndaşları üçün ABŞ-a səyahət qadağası qoydu!

05.06.2025 / 08:35
DİM öz tarixçilərimizi qoyub “Kembric Ensiklopediyasının” yalan məlumatına əsaslanıb...

04.06.2025 / 23:26
Putin Trampı xəbərdar etdi - Ukraynanın son hücumlarına cavab veriləcək...

04.06.2025 / 22:06
Prezident İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı olub

04.06.2025 / 22:03
“Hörümçək toru” belə başladı: Ukrayna ordusunun xüsusi əməliyyatının görüntüləri ortaya çıxdı

04.06.2025 / 21:58
“44 günlük müharibədə işğal etdiyimiz əraziləri itirdik, amma dövlət qazandıq”

04.06.2025 / 21:57
Ukraynanın Rusiya bazalarına hücumları ABŞ-ı da narahat etdi

04.06.2025 / 21:52
Putin Kiyevlə yüksək səviyyəli danışıqları rədd etdi: - "Nədən danışaq?"

04.06.2025 / 21:48
Türkiyənin “AJet” aviaşirkəti iyunun ortalarında Dəməşqə uçuşlara başlayacaq

04.06.2025 / 21:47
Pakistan Hindistanla danışıqlara hazır olduğunu bildirdi

04.06.2025 / 21:25
Zelenski-Tramp-Putin-Ərdoğan görüşü baş tutan şeyə oxşamır, hətta baş tutsa...

04.06.2025 / 21:11
Azərbaycanı sevməyən alman nazirə dünya üzrə daha böyük vəzifə verildi...

04.06.2025 / 20:56
Sərgidə Azərbaycanın ixrac coğrafiyasını genişləndirmək üçün əla formul təqdim edildi - 3 tərəfli balans, sərmayə...

04.06.2025 / 20:42
Gorusda Fransa konsulluğunun əsas işi iranlılarla viza alveri olacaq...

04.06.2025 / 20:29
Azərbaycanla sülhə maneçilik kilsənin "evini yıxdı"…

04.06.2025 / 20:15
Neft bazarında böyük qeyri-müəyyənlik - Azərbaycan üçün də təhlükəli vəziyyət yarana bilər...

04.06.2025 / 20:02
Məktəblərimizdə hərf və rəqəm tanımayan 9-cu sinif şagirdləri var...

04.06.2025 / 19:48
Ermənistanın bütün qüvvələri seçki qərarı verdi - oliqarx məmurlar partiya yaratdı...

04.06.2025 / 19:35
Ləyişdə “Əhli Beyt” məscidi və köhnə şəhid məzarlığı məhv edilmək üzrədir - Rəna xanımın döymədiyi qapı qalmayıb...

04.06.2025 / 19:22
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”

04.06.2025 / 19:10
Urbanizasiya kəndlərimizdə demoqrafik vəziyyəti dəyişir, bu ciddi təhdidlər yaradır

04.06.2025 / 18:55
Azərbaycanda Gender Bərabərliyi: Qadınların Özəl Sektorda Rolu və İştirakı

04.06.2025 / 18:52
Deputat səhv danışır, ya "dağıdıcı TV-lərin" sahibləri "güclüdür"?..

04.06.2025 / 18:37
Bakıda tüstüyə görə kütləvi cərimələr... Nəticə yoxdur, restoranlar öz işindədir...

04.06.2025 / 18:23
Fariz İsmayılzadənin "Türkiyədə Qərbi Azərbaycana ikili münasibət var" fikri dolaşıqlıq yaradır...

04.06.2025 / 18:10
Ermənistanda hakimiyyət-kilsə qarşıdurması nə ilə bitəcək...

04.06.2025 / 18:03
Narkotrafik ifşa olundu – Bakıda iki nəfər tutuldu, 10 kq narkotik götürüldü

04.06.2025 / 17:56
Rusiya 6 min meyiti Ukraynaya əvəzsiz qaytarır - dalda humanizmə aid olmayan məqsəd var...

04.06.2025 / 17:43
ABŞ-da Azərbaycana qarşı 907-nin ləğvi ilə bağlı proses başlayıb...

04.06.2025 / 17:35
Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər ölkədən çıxarıldı...

04.06.2025 / 17:29
ABŞ 100 illik geosiyasi səhvini etiraf etdi - siyahıda Azərbaycan da var...

Urbanizasiya kəndlərimizdə demoqrafik vəziyyəti dəyişir, bu ciddi təhdidlər yaradır

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456