Şənbə günü, 12 iyul 2025
     

Ləki məktəbinin yeganə şəhidi - anası Gülzar Çələbiyeva danışır...

Image

"Vüqar üçün hazırladığımız otaqda o cəmi bircə gecə yatdı…"

Fevralın 19-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün - Tarixi zəfər" adlı kitabın I və II cildlərinin təqdimat mərasimi çərçivəsində tədbirdə iştirak edən bir neçə şəhidin valideynindən övladları ilə bağlı müsahiblələr götürdük.

Budəfəki müsahibimiz 1993-cü ilin 30 aprelində Ağdaş rayonunun Orta Ləki qəsəbəsində (Nehrəxəlil kəndi)  doğulan Vətən müharibəsi şəhidi Vüqar Fərəcullah oğlu Çələbilinin anası Gülzar Çələbiyevadır. 

"Ən böyük təsəllimiz odur ki, biz ölüb gedəndən sonra da oğlumuzu unutmayacaqlar, xatırlayacaqlar" 

- Oğlum müharibəyə könüllü getdi. Torpaqlarımızın düşmən tapdağında olması Vüqarı çox narahat edirdi. 44 günlük Vətən müharibəsinin başlaması düşməndən şəhidlərimizin qisasını almaq üçün ona bir fürsət oldu. 

- Oğlunuzun xasiyyəti necə idi?  

- Hər şeydən əvvəl çox vətənpərvər idi.  Ailəcanlı, dürüst, böyük-kiçik yeri bilən, ədalətli, dosta sədaqətli, yardımsevər, ataya, anaya hörmət edən bir oğul idi. Başqa oğullarımız kimi, onun da qəlbində Vətən məhəbbəti daha böyük idi. Çox pozitiv idi. Zarafatı sevirdi. Pandemiya dövründə 190 manat yardım üçün Vüqar da müraciət etmişdi, amma ona imtina gəlmişdi ki, sənin adına maşın var, arvadın var və sair. O da durub Məşğulluq İdarəsinə getdi ki, 190 manatı istəmirəm, amma maşını və arvadı verin. Belə zarafat etmişdi. 

- Vüqarın müharibə zamanı dediyi məşhur bir söz var…

- Bəli, deyirdi ki, müharibəyə gəlməyənlər kişi olsunlar, bura gəlsinlər. O atasına da, əmisinə də deyirdi ki, Vətən uğrunda ölməyə dəyər. Xocalı soyqırımının ağrısına dözə bilmirdi. O, Vətən müharibəsinin başlanacağını həmişə gözləmişdi. Deyirdi ki, əsgərlikdə olanda da hər an müharibənin başlanmasını gözləyirdim. 

- Son görüşünüzü necə xatırlayırsız?

- Gəncədə işləyirdi. Müharibə başlayan günü işini buraxıb Ağdaşa gəldi və birbaşa rayon hərbi komissarlığına müraciət etdi. İki gün dalbadal hərbi komissarlığa getmişdi ki, onu tezliklə müharibəyə aparsınlar. Ən böyük arzusu döyüşmək idi. 

Vətən müharibəsi başlayanda adını könüllü olaraq yazdırsa da, döyüşə çağırılmamışdı. Amma o israrla, öz istəyi ilə könüllü şəkildə döyüşlərə qatıldı. 

Onun üçün təzə otaq hazırlamışdıq. Amma hələ tam təmir etməmişdik. Dedi ki, öz otağımda yatacağam. Otağını gəlinlə hazırladılar, çarpayı qoydular. Mənə dedi ki, mama, gəl bu gecə mənim yanıma yat. Dedim ki, ayaqlarım ağrıyır, sən özün otağında rahat yat bala.

Sonra dedi ki, çay hazırla otağıma qonaq gələcək. Demə ki, qonşu otaqdan qardaşını təzə otağına çağırıbmış, çayı hazırladım, şirniyyatla apardım otağına, Demə ki, o sabahısı gün müharibəyə gedəcəkmiş, ona görə deyib ki, gəl mənim otağımda yat (kövrəlir). Bilmədim axı, nə biləydim ki son görüşümüzdür, nə biləydim müharibəyə könüllü  getmək üçün ərizə verib. Vüqar üçün hazırladığımız otaqda o, cəmi bircə gecə yatdı…

Müharibəyə gedəndə bizimlə qapının ağzında şəkil çəkdirdi. Sonra baxıram ki, şəkillərdə mənim də boynuma Azərbaycan Bayrağı salıbmış. Heç hiss etməmişdim. 

- Danışırdızmı?

- Danışırdıq. Amma öndə olduğunu demirdi. Soruşdum ki, hardasan? Zarafatla "narahat olma, məktəbin arxasındayam" dedi. Uşaq vaxtı məktəbin arxasında uşaqlarla futbol oynayırdılar, günləri orda keçirdi. Ona görə də, bu ifadəni zarafatyana işlədirdi. 

- Vüqarın adı əbədiləşdirilibmi?

- Bəli. Orta Ləki qəsəbəsindəki 6 saylı məktəbə onun adı verilib. Vüqar bu məktəbin 44 günlük Vətən müharibəsində şəhid olan yeganə məzunu olub. Düzdür, birinci Qarabağ müharibəsində bu məktəbin məzunları arasında şəhid olanlar vardı, amma Vətən müharibəsində yeganə şəhid olan oğlum olub. Xatirəsini əziz tuturlar. 

- Harada şəhid olub?

- Şuşa uğrunda gedən döyüşlərdə çiynindən qəlpə yarası almışdı, Hadrutda hospitalda əməliyyat olunub yenidən döyüş xəttinə qayıdarkən maşın ermənilər tərəfindən vurulub, oğlum orada şəhid olub.  

- Nə zaman şəhidlik zirvəsinə ucaldı?

- Gəncədə tikintidə işləyirdi. O vaxt çox təkid etdim ki, yığışıb evə gəlsin. 2020-ci il oktyabrın 1-də evə gəldi, səhərisi gün könüllü yazıldı. Nə biləydim belə olacaq? 

Oğlum Vüqar Çələbili 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Düz 40 gün balamın nəşi tapılmadı, çox axtardıq, çox aradıq. 40 gündən sonra nəşi tapıldı, bizə təhvil verildi. 2020-ci ilin 14 dekabrında torpağa tapşırdıq. 

- Təsəlliniz nədir?

- Təsəllimiz odur ki, uşağımız Vətən yolunda şəhid olub. Xatirə Kitabı Redaksiyasına təşəkkür edirik ki, belə bir kitab hazırlayıb. Oğlum haqda verilişlər, film hazırlanıb. Ən böyük təsəllimiz odur ki, biz ölüb gedəndən sonra da oğlumuzu unutmayacaqlar, xatırlayacaqlar. Bizim ölməyimizlə o unudulmayacaq. 

- Təltifləri varmı? 

- Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Bundan başqa, "Döyüşdə fərqlənməyə görə", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltiv olunub. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüqar Çələbili Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 

Bütün bunlar balama verilən qiymətdir. Bu da bizim üçün böüyk təsəllidir. Düzdür, yaşamaq çətindir, amma onu yaşatmaq üçün yaşayırıq…

İradə SARIYEVA




VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910