Zelenskinin xanımı Baydenin dəvətini niyə rədd edib? - ABŞ nəşri açıqladı...
“The Washington Post” nəşri Ukrayna prezidenti barədə yeni məlumat yayıb. Nəşrin yazdığına görə, Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya martın 7-də ABŞ prezidenti Cozef Baydenin Senat və Nümayəndələr Palatasında illik çıxışında iştirak etməklə bağlı dəvətini rədd edib.
Nəşrin məlumatına görə, Zelenskayanın Aleksey Navalnının dul arvadı Yuliyanın yanında oturacağı planlaşdırılırdı. Bu da ukraynalılar arasında diskomfort yaradıb. Belə ki, Aleksey Navalnının Krımla bağlı açıqlamaları ukraynalılar tərəfindən narazılıqla qarşılanmışdı.
Mətləb Salahov