Ermənistan təhvil verdiyi hərbçimiz haqda görün nə yalan uydurdu....
Erməni mediası Azərbaycana təhvil verilmiş hərbçi Ruslan Pənahov barədə həqiqətə oxşamayan və ordumuzun reytinqini hədəfləyən məlumat yayıb. Məlumata görə Ermənistan istintaqı guya müəyyən edib ki, Ruslan öz azərbaycanlı hərbçi yoldaşları ilə insidentə düşüb və qaçıb qurtulmaq istəyərkən azaraq erməni postunun yaxınlığına gəlib çıxıb.
Ruslanın azaraq erməni postuna yaxın yerə gəlməsi Azərbaycan tərəfinin də məlumatlarında yer alıb. Lakin Ruslanın guya öz hərbçi yoldaşları ilə insident üzündən qaçması Azərbaycan ordusunun şəxsi heyəti arasında münasibətlərə dair qərəzli və ləkələyici məlumat yaymaq məqsədindən başqa bir şey deyil. Məgər hərbçinin azması onun ancaq öz yoldaşları ilə insidentin nəticəsi olaraq yarana bilər?
Hərbçinin aza bilməsinə səbəb olan yüzlərlə hallar mümkündür. Lakin görünür ki, konkret halda erməni təbliğatına bu yalan versiya sərf edib.
Namiq Quliyev