Çərşənbə axşamı günü, 8 iyul 2025
     

İşıq olan oğullar-Əliağa Məmmədov

Image

Əliağa Eldəniz oğlu Məmmədov işıq operatoru idi. Tamaşalar zamanı səhnənin işıqlandırılması – qaranlığı yaran işıq onun üçün məftunedici sirr kimiydi. Əliağa özü də qaranlıqda işıq kimiydi. Olduğu yerə işıq səpirdi elə bil. Ona görə də 2008-2017-ci illərdə Sabunçu rayon Nazim İsmayılov adına 80 nömrəli  tam orta məktəbdə doqquzillik təhsilini bitirdikdən sonra  teatr səhnələrinin işıqlanmasına xüsusi marağı olan Əliağa sənədlərini Buzovnadakı 5 nömrəli Bakı peşə məktəbinə verir. İşıq operatoru ixtisasına yiyələnir. Çox yaxşı oxuduğundan təcrübə keçmək üçün Azərbaycan Dövlət Akademik Musiqili Dram teatrına göndərilir. Az müddətdə bütün kollektivin hörmətini qazandığından  təhsilini başa vurduqdan sonra Müsiqili Dram teatrının direktoru Əliqismət Lalayev onu teatrda işləməyə dəvət  edir."Beləcə kollektivimizin ən gənc üzvü oldu" – deyən Əliqismət müəllim Əliağadan böyük sevgiylə danışır:Çox məsuliyyətli idi, davranış mədəniyyəti, nizam-intizamı ilə seçilirdi. Bütün kollektiv onu sevirdi.  Çox saf uşaq idi. Bizdə təcrübədə olandan onu sevmişdim. Ağrılıdı. Amma qürurumuzdu. Kollektivimizin yeganə şəhididir. Xatirəsi əzizdi bizə.

Musiqili teatrın işıq sexinin rəisi  Nicat Həşimov: Ləyaqətli məsuliyyətli, qavramlı bir işçi idi. Az müddətdə böyük sevgi qazanmışdı iş yoldaşları arasında. İşindən çox razı idik. Bircə dəfə də olsun ona irad bildirməmişdik, yəni elə bir hərəkətə yol verməzdi. 

2001-ci il iyulun 26-da Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində dünyaya gəlmişdi. 2019-cu il iyulun 26-da-doğum günündə həqiqi hərbi xidmətə yola düşmüşdü.

Anası Samirə xanım Məmmədova: Çox sakit, təmkinli idi oğlum. Heç bizi incitməti. Uşaqlıqdan dzü-do ilə məşğul olurdu. Müxtəlif yarışlarda da iştirak etmişdi, mükafatları da vardı. Amma  Musiqili teatrı çox sevirdi, səhnənin işıqlandırılması ilə maraqlanırdı. Ona görə bu sənəti seçdi.Teatrda işləməyə başlayanda o qədər sevinirdi ki! Hərdən gecə də qalırdı, səhnənin hazırlanmasına baxırdı, kömək edirdi. Daha təcrübəli işıqçılardan nəsə öyrənməyə çalışırdı. Teatrı evi bilirdi. Elə həvəslə söhbət edirdi ki, teatra getmək istəyirdin hər gün. Teatr onunçün başqa bir dünya idi. Hərbi xidmətdən sonra İncənət universitetində təhsil almaq istəyirdi. Arzuları vardı hamı kimi. Hərdən də deyərdi ki, " torpaqlar işğaldadı deyə, adam ürəklə işləyə, sevinə bilmir".  Elə bil sevincində də bir narahatlıq vardı. Xidmətə çağırışı da səbirsizliklə gözləyirdi. Elə öz doğum günündə yola saldıq hərbi xidmətə. Çox söhbətləşərdik. Məni bir az kefsiz görəndə narahat olurdu. İndi də yuxularıma gəlir "Ana, narahat olma,mən yaxşıyam" deyir. Ən yüksək amal, sevgi uğruna şəhid olan oğul necə ola bilər? 

Düşünürəm ki, mən ağlayanda, o narahat olur, çalışıram ağlamayım, axı oğlum deyir "yaxşıyam". Çox diqqətli, qayğıkeş idi oğlum...

Kövrəlir ana...Sən şəhid övladı yuxularına gələn ananın şəhid oğlunun  sevgisinə həsrətində çilik-çilik olursan...

Əliağanı bir az da tanımaq istərsən, onu tanıyanlarla söhbətləşərsən.

Xalıqov Seyidəkbər Əliağanı həqiqi hərbi xidmətdə tanıyıb: Hərbi xidmətə eyni vaxtda başlamışıq demək olar ki. Birlikdə keçib günlərimiz. Dost idik. Müharibədə ayrı-ayrı postlarda olurduq. Hər dəfə ona "özündən muğayat ol" desəm də, olmadı. Bir-birimizə "özünü qoru" desək də, əslində hər birimiz vətəni qoruyurduq. İnsan nə üçün yaşayır? İlk növbədə vətənə gərək olmaq-onu qorumaq üçün. Əliağa da vətəni qorudu canı bahasına.

"Vətən uğrunda", "Cəsur döyüşçü", " Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb Əliağa Eldəniz oğlu Məmmədov.

Eldəniz Məmmədov yeganə oğlunun itkisini daşıyan ürəyinin ağrılarını gizlətməyə çalışır: göz yaşını ürəyinə axıdır: Mina səsini eşidən Əliağa Komandirini qurtarmaq üçün özünü onun üstünə atıb.  Komandiri sağ qalıb. Biz gəncliyimizdə Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun igidliyini öyrənmişdik. Adam heyrət edirdi, qürur duyurdu. İndi bu heyrəti, bu qüruru oğlum yaşatdı mənə.

İsmayıl  Yaşar oğlu Süleymanlı da Əliağa ilə birlikdə həqiqi hərbi xidmətdə olub. İsmayıl okyabrın 1-də tərxis olunmalıydı. Müharibə başladığından döyüşlərə qatılıb. Döyüşdə yaralanıb, müalicə alsa da, tam sağalmamış bədənində 48 qəlpə olan İsmayıl könüllü olaraq yenidən xidmətə qayıdıb: Həyat boyu, eləcə də hərbi xidmətdə  çox insanlar tanıyırsan. Nə yalan deyim, hamısı yadında qalmır. Döyüşlərdə tanıdığım, unutmadığım adamlardan biri əslən Zaqataladan olan bölük komandirimiz gizir Mahir Babayev olub. Əsgərlərə çox həssaslıqla, diqqətlə, hörmətlə yanaşırdı. Nə yaxşı ki, belə hərbiçilərimiz var. Əliağanı da unutmuram. Hərbi xidmətə məndən 3 ay sonra gəlmişdi. 2020-ci ilin yanvarından bir yerdə olmuşuq. Dost, qardaş olduq. Çox mərd oğul idi.Çox gözəl ürəyi vardı. Sadiq, güvənli dost idi. Mina yaxınlığımıza düşdü. qəlpələrdən yaralandım, onun da yaralandığını düşünürdüm, şəhid olduğunu sonra öyrəndim. Əliağa tam fərqli idi mənim üçün. İnsan kimi, döyüşçü kimi fərqli idi...   

Əlbəttə, Əliağa, Əliağalar tam fərqlidi.  Nə yaxşı ki, belə oğullarımız var və olacaq. İndi Əzizənin dayısının adını daşıyan oğlu böyüyür. Samirə xanım deyir ki, elə Əliağaya oxşayır, Əliağamı yaşadır. Bilirəm ki, dayısı kimi mərd,igid olacaq. İllər ötəcək. Belə igid oğullar dünyaya gələcək, böyüyəcək, yaşayacaq. Gecələrə nur kimi səpiləcək. İşığımız olacaq. 

Kamalə Abiyeva




VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910