Bazar ertəsi günü, 13 aprel 2026
     

Ermənilərin Xankəndidən sakit köçü "xristianlığın təqibi" kimi qələmə verildi...

Image


Robert Mobili: "Biz Azərbaycanda fəaliyyət göstərən xristian dini icmaları bu hesabata qarşı bəyanat hazırlayıb yayacağıq"

Erməni lobbisinin antiazərbaycan təbliğatı nəticəsində xristian dini ilə bağlı bəzi təşkilatlar ölkəmizlə bağlı heç bir reallığı əks etdirməyən hesabatlar yayır. Təəssüf ki, bu qurumlar gerçəyi görmək istəməyib ermənilərin verdiklərini tutuquşu kimi ötürlər. 

Götürək elə "Beynəlxalq Xristian Narahatlığı" təşkilatının ("Persecutors of the year") antiazərbaycan hesabatını. 2023-cü ili əhatə edən hesabatda Azərbaycanla bağlı həqiqətə uyğun olmayan iddialar yer alıb. 

Qəribədir ki, bu təşkilat heç bir araşdırma aparmadan, həqiqəti görmək istəmədən ermənilərin Qarabağdan mütəşəkkil və təhlükəsiz, könüllü miqrasiya edərək İrəvana köçməsini "Azərbaycanda xristianların  təqibi kimi qələmə verir". İddia edir ki, guya ermənilərin Qarabağdan köçüb getməsi "xristianların təqib edilməsi" ilə "bağlıdır". Guya 100 min erməni bu səbəbdən ölkəmizin ərazisini tərk edib. Çox təəssüf ki, bu təşkilat heç bir reallığa əsaslanmadan sonuncu 2023-cü ilki hesabatında "xristianların təqib edildiyi" 10 ölkə arasında Azərbaycanın da adını qeyd edib. Məlumdur ki, təşkilat tərəfindən hazırlanan hesabatda əsasən ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Qarabağdakı erməni əsilli vətəndaşlarımızın könüllü olaraq Ermənistana miqrasiyası "etnik təmizləmə" və ya "dini əsaslı təqib" kimi qiymətləndirilməklə Azərbaycana haqsız olaraq böhtan atılıb.

"Bu hesabat məqsədli şəkildə hazırlanıb, burada erməni lobbisinin əli var" 

Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ermənilər 44 günlük müharibədə uduzduqları üçün Azərbaycanı qaralamaqda davam edirlər. Sözügedən qurumun hesabatına gəlincə, R.Mobili qeyd etdi ki, burada əks olunanlar həqiqəti əks etdirmir, Azərbaycanda xristian dini mənsublarına qarşı hər hansı bir təqibdən söhbət gedə bilməz. Hesabatın ABŞ-dakı erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri ilə hazırlandığına şübhə etməyən R.Mobili "ermənilərin Xankəndidən İrəvana könüllü şəkildə miqrasiya etdiyi faktdır. Onlar heç bir təzyiqə məruz qalmayıblar. Biz Azərbaycanda fəaliyyət göstərən xristian dini icmaları bu hesabata qarşı bəyanat hazırlayıb yayacağıq"-deyə bildirdi.

R.Mobilinin sözlərinə görə, rus pravoslav kilsəsi, katolik, lüteran kilsəsi təmsilçiləri, alban-Udi Xristian İcması və başqa  xristian dini təşkilatları bir yerdə bu bəyanatı hazırlayır. Əvvəlki dövrdə ABŞ Dövlət Deportamentində iki dəfə görüşləri olduğunu deyən R.Mobili qeyd etdi ki, o vaxt da "dini azlıqların sıxılma" məsələsini ortaya atmışdılar. "Biz o vaxt bu məsələni narazılıqla qarşıladıq və gəlib baxdılar, gördülər ki, vəziyyət başqa cürdür, onların bildiyi kimi deyil. Yəni ayrı-ayrı vaxtlarda Azərbaycana qarşı belə əsassız yanaşmalar olub. 

Sözügedən təşkilatın sonuncu hesabatında isə Xankəndini könüllü tərk edən ermənilərin oradan guya "xristianların təqib" edilməsi səbəbindən köçdükləri iddia olunub. Təəssüf doğuran məqamlardan biri odur ki, Azərbaycanı  həqiqətən də bu məsələdə sıxıntı olan ölkələrin 10-luğuna salıblar. Bizim ölkəmizin "xristianların təqib" olunduğu ölkələrin 10-luğuna salınması dəhşətdir, gülməlidir və absurddur. Bu hesabat ermənilər özxoşuna Xankəndidən gedəndən sonra çıxdı. Burada məsələ ancaq ermənilərlə bağlıdırsa, onda təkcə ermənilərdən danışsınlar, ümumi xristianları niyə bura salırlar? Azərbaycanda xristianların təqibindən söhbət gedə bilməz, burada belə bir məsələ yoxdur. Gəlib baxsınlar, tanış olsunlar, görsünlər ki, iddiaları əsassızdır. Ermənilər dünyaya qışqırırlar ki, guya Azərbaycanda xristianları sıxırlar. Burada təkcə ermənilər xristian idi? Başqa xristianlar yoxdur ki? Cənab Prezident ermənilərə üz tutub dedi ki, yaşamaq istəyirsinizsə başqa xalqlar kimi siz də qalıb yaşayıb. Biz buna bariz nümunəyik, yaşayırıq. Ermənilər niyə separatizmə əl atdılar ki, indi də "burada yaşamaq mümkün deyil" deyib dünyaya qışqırırlar? 

Siz hesabata fikir versəniz görərsiniz ki, ora müxtəlif maddələr salıblar, guya bu məsələ həmişə olub. Bu hesabat məqsədli şəkildə hazırlanıb, burada erməni lobbisinin əli var. Kaliforniyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur. Orada onların çox güclü diasporu, lobbisi var ki, bu cür çirkin işlərlə məşğuldurlar. Bu çox ciddi məsələdir və bunu da erməni lobbisi qaldırır. Orada həm də ermənilərdən səs almaq üçün onlara dəstək verən senatorlar var. Onlara sərf edir ki, bu məsələni qaldırmaqla gələcəkdə seçkilərdə səs yığsınlar.

Təbii ki, hesabatda əks olunanlar yalandır, həqiqəti əks etdirmir. Biz bu hesabatda yer alan məsələlərin əleyhinə bəyanat yayacağıq və fikrimizi tam olaraq orada bəyan edəcəyik. Ermənilər hər zaman din faktorundan sui-istifadə edirlər, kilsədən, mədəni irsdən yapışırlar. 44 günlük müharibə yeni başlayanda onlar bunu dini zəmində baş verən müharibə kimi qələmə verməyə çalışırdılar. Bu müharibəyə birinci dini don geydirmək istəyirdilər, ikinci milli məsələdən yapışırdılar. Amma onlar nə dini, nə də etnik baxımından heç nə bacarmadılar.  Yenə də deyirəm, ermənilər 44 günlük müharibədə uduzduqları, Qarabağı itirdikləri üçün bu cür əsassız iddialar səsləndirirlər ki, ermənilərin Xankəndidən köç etməsinin səbəbi guya "xristianların təqibi"dir. Bu da ki, gerçəkliyi ifadə etmir"-deyə R.Mobili əlavə etdi.

Ermənilərin məqsədi Qarabağda guya "qədimdən yaşadıqlarını",   eləcə də buradakı alban-xristian abidələrinin, kilsələrin ermənilərə aid olduğunu dünyaya yaymaq və öz yalanlarını təbliğ etməkdir. Ermənilərin Qarabağda yeparxiya yaratmaq niyyətinin də olduğunu deyən R.Mobili hesab edir ki, bu da onların kilsə yolu ilə ərazi iddialarını yenidən oraya qoymasıdır, buna isə yol vermək olmaz. O bildirdi ki, yeparxiyanın yaradılması gələcəkdə erməni keşişlərinin gəlib burada xeyir-dua verməsi ilə nəticələnə bilərdi, bu isə yolverilməzdir. "Yeparxiyanın olması o torpağın sahibi olmaq deməkdir, buna yol vermək olmaz. Ermənilər dünyaya yalandan yayırlar ki,  guya alban kilsələri onlara aiddir və sair. Görürlər ki, Qarabağ əldən gedib, Azərbaycan öz ərazilərində möhkəmlənib, ərazi bütövlüyünü təmin edib, Paşinyan da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, imzası ilə 86, 6 kvadratmetrlik  ərazimizi tanıdığını təsdiqləyib, bundan sonra yenidən hay-küy salırlar. İmza məsələsi çox ciddidir. İndi də yeparxiya məsələsini, din   xadimlərinin orada xeyir-dua alması məsələsini qaldırırar. Bunlar isə absurddur. İndi əsas hədəfləri odur ki, alban kilsələri dünyaya "erməni kilsə"ləri, "erməni irsi" kimi təbliğ olunsun.   Bunu da gələcəkdə yenə ərazi iddiası qadırmaq üçün edirlər"-deyə R.Mobili vurğuladı.

R.Mobili əlavə etdi ki, alban kilsəsinin müstəqilliyinin bərpa edilməsi vacibdir və biz bu yöndə daha ciddi çalışmalıyıq. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rəsmi Bakıdan Kremlə təpki - “...qəbuledilməzdir”

Azərbaycan 5 ildən çoxdur mina problemi ilə təkbaşına mübarizə aparır...

Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

SON XƏBƏRLƏR

12.04.2026 / 20:38
Pezeşkiandan ABŞ-a mesajı - razılaşma uzaqda deyil, əgər…

12.04.2026 / 20:20
Rusiya qaz məsələsində Avropanı ikinci plana keçirdi - artıq qalsa onlara da satarıq…

12.04.2026 / 19:23
Hörmüz boğazı tam bağlanır… Tramp blokada qərarı verdi - "İran vədinə əməl etmədi, Venesuela modeli gəlir"

12.04.2026 / 17:50
Tehran və Vaşinqton arasında 1979-cu ildən bəri bir ilk – İran qapıları ABŞ-ın üzünə bağladı…

12.04.2026 / 17:15
Starmer İran və ABŞ-ı həll yolu tapmağa çağırdı...

12.04.2026 / 16:47
Çin və Rusiyadan müharibədə İrana raket və peyk dəstəyi - ABŞ kəşfiyyatı ortaya çıxardı…

12.04.2026 / 16:30
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi...

12.04.2026 / 14:05
Suraxanıda anbardan 13 ədəd dəmir darvaza oğurlandı

12.04.2026 / 13:33
İslamabad danışıqlardan sonra İrandan açıqlama – etimadımızı qazana bilmədilər…

12.04.2026 / 13:10
Qohumunun evindən 320 min manat oğurlayan şəxs həbs edildi

12.04.2026 / 12:37
Bakıda marketlərə qənim kəsilən 5 nəfər yaxalandı...

12.04.2026 / 12:20
Pakistandan ABŞ və İrana atəşkəs çağırışı…

12.04.2026 / 11:43
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2020-ə çatdı…

12.04.2026 / 10:16
İran Hörmüzə limit qoyur - Sutkada cəmi 12 tanker

12.04.2026 / 10:06
“Danışıqlar inamsızlıq və şübhə atmosferində keçib" - Bəqai

12.04.2026 / 09:14
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO

12.04.2026 / 06:20
ABŞ nümayəndə heyəti İranla danışıqlardan “əliboş” qayıdır - J.D.Vens

12.04.2026 / 06:12
Tramp Çini “böyük problemlərlə” təhdid etdi - İrana silah verərsə…

11.04.2026 / 23:56
ABŞ-İran zirvəsi Hörmüz boğazına görə dalana dirəndi...

11.04.2026 / 22:03
Dünya sülhü gözləyərkən ABŞ ordusu hərəkətə keçdi - hərbi gəmilər Hörmüz boğazına girdi...

11.04.2026 / 20:51
İslamabadda ABŞ-İran zirvəsi - danışıqlar başa çatdı… YENİLƏNDİ

11.04.2026 / 20:15
Prezident balaca Xocavənd sakinini sevindirdi: “İlham baba mənə “KamAZ” göndərdi” - VİDEO

11.04.2026 / 18:27
Baydenin oğlu Trampın oğlanlarına meydan oxudu - qəfəs döyüşündə rinqə çıxmağa hazıram…

11.04.2026 / 18:11
Hörmüz boğazında hərəkətlilik İran gizlicə boğazdan keçmək istəyən ABŞ hərbi gəmilərini geri qaytardı…

11.04.2026 / 17:48
Hikmət Hacıyev "Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları ilə görüşdən paylaşım etdi

11.04.2026 / 16:42
Qəbələdə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində növbəti görüş keçirildi

11.04.2026 / 16:36
Yaxın Şərqdə gərginliyi artıracaq iddia… Livan Hizbullaha qarşı ABŞ-dan hərbi yardım istəyəcək…

11.04.2026 / 16:09
ABŞ və İran nümayəndələrinin Pakistan rəsmilərilə danışıqları başladı…

11.04.2026 / 15:52
Hörmüz boğazı niyə açılmır?... Qorxunc İDDİA - İran qoyduğu minaların yerini tapa bilmir...

11.04.2026 / 15:34
Azərbaycan və Ermənistan nümayəndələrinin Hikmət Hacıyevlə görüşü olub - FOTO

11.04.2026 / 15:15
ABŞ dondurulmuş İran aktivlərinin azad ediləcəyi xəbərlərini təkzib etdi - mümkün deyil…

11.04.2026 / 15:04
İslamabadda ABŞ-İran danışıqları başlayır – sülh yolunda beş əsas maneə…

11.04.2026 / 14:27
Reuters: ABŞ İranın Qətərdə və bəzi xarici banklarda saxlanılan aktivlərinin azad edilməsinə razılıq verib

11.04.2026 / 14:12
Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

11.04.2026 / 13:55
Binəqədi evləri soyan şəxs yaxalandı...

11.04.2026 / 13:21
Cəlilabadda əməliyyat - 17 kq narkotik ələ keçirildi...

11.04.2026 / 12:28
Saatlıda narkotik və içkilinin təsiri altında avtomobil idarə edən 10 sürücü saxlandı

11.04.2026 / 11:45
Azərbaycan nefti ucuzlaşı - 119 dollar...

11.04.2026 / 11:26
Türkiyədə hərbçilərimizin də iştirak etdiyi “Anatolian Phoenix - 2026” təlimi davam edir - VİDEO

11.04.2026 / 10:55
​​Reuters: Müctəba Xamenei hücum nəticəsində ayağını itirmiş ola bilər

11.04.2026 / 10:17
CNN: Çin qarşıdakı həftələrdə İrana hava hücumundan müdafiə sistemləri tədarük etməyi planlaşdırır

11.04.2026 / 10:02
Pentaqon: İrana qarşı əməliyyatda 390 amerikalı hərbçi yaralanıb

11.04.2026 / 08:57
Bloomberg: "Rusiya bayrağı altında üzən nəhəng tanker Hörmüz boğazından keçib"

11.04.2026 / 07:55
ABŞ və Livan İsraildən danışıqlara qədər “Hizbullah”a hücumları dayandırmasını istəyir

11.04.2026 / 07:15
Müctəba Xamenei niyə görünmür?

10.04.2026 / 22:23
Simonyanla Zaxarova KTMT-nin üstündə yenə atışdılar - “emosional siyasətçi”...

10.04.2026 / 21:58
Naxçıvanda Ombudsman təsisatı ləğv edildi

10.04.2026 / 21:47
Naxçıvan AAYDA-da külli miqdarda yeyinti... Sabiq agentlik sədri təfərrüatları açıqladı - pullar Talıbova çatdırılırdı...

10.04.2026 / 21:24
Ermənistan dəmiryolları uğrunda Rusiya-Qazaxıstan diplomatik “çəkişməsi”...

10.04.2026 / 20:54
ABŞ şirkətləri Zəngəzur dəhlizindən gedir...(?)

10.04.2026 / 20:37
Bir manat da vergi ödəməyən banklar var... Bağlanacaqlar...

10.04.2026 / 20:06
İran danışıqlara başlamaq üçün ABŞ qarşısında iki şərt irəli sürdü…

10.04.2026 / 19:44
Ukrayna Xəzərdə Rusiyanın qazma platformalarını vurdu...

10.04.2026 / 19:23
Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir

10.04.2026 / 18:49
Taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirildi...

10.04.2026 / 17:55
İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO

10.04.2026 / 17:39
Qaradağda əməliyyat keçirildi - 42 kq narkotik dövriyyədən çıxarıldı

10.04.2026 / 17:14
Bir örtükdən daha artıq: Kəlağayı İpəkdə yazılan tarix- Nigar Həziyeva ilə söhbət - MÜSAHİBƏ

10.04.2026 / 16:36
Qərbi Azərbaycan İcmasının Səbail rayon üzrə nümayəndəsi ictimaiyyətə təqdim olunub

10.04.2026 / 16:12
Sənan Cəfərovun 2 karateçı tələbəsi beynəlxalq turnirin qalibi oldu...

10.04.2026 / 16:05
Livan üzrə Trampla Netanyahunun birgə dəhşətli planı var...

10.04.2026 / 16:03
ABŞ Ermənistan vasitəsilə Kremlin əsas iqtisadi təşkilatına nəzarəti ələ keçiririr...

10.04.2026 / 15:59
Tramp İran rəhbərliyi daxilində xəyanət dalğasına ümid edir....

10.04.2026 / 15:59
İran müharibəsi ABŞ-ın ən güclü radarlarının məhvilə nəticələndi - "Çin xofu başladı"...

10.04.2026 / 15:55
Ermənistan dəmir yollarında "əl dəyişməsi" - məsələ Azərbaycan üçün də maraqlıdır....

10.04.2026 / 15:54
"Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır" - MEDİA

10.04.2026 / 15:53
ABŞ-ın İranda "uran oğurlama əməliyyatı" iflasa uğradı...

10.04.2026 / 15:50
Livandan Ermənistana ermənilərin qaçqın köçü başlayır....

10.04.2026 / 15:48
Pakistan danışıqlarda iştirak edəcək İran nümayəndələrini İsraildən qorumaq üçün qırıcılarını havaya qaldırdı…

10.04.2026 / 15:35
Putin tarixində görmədiyi reytinq itkisi ilə üzləşdi...

10.04.2026 / 15:02
Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi

10.04.2026 / 15:00
Kim kimə yalvardı - ABŞ İrana, ya əksinə?..

10.04.2026 / 14:52
Tehranda erməni kilsəsində Xamenei üçün 40 təziyyə mərasimi? - Təəccüblü qarşılandı...

10.04.2026 / 14:34
Trampın İranla bağlı 8 aprel qərarının ilginc səbəbi...

10.04.2026 / 13:59
Britaniyanın Baş naziri üsyan etdi - Putin və Trampın hərəkətlərindən bezdim…

10.04.2026 / 13:43
Tramp Livan məsələsində ifşa edildi… Hər şeyi dəyişdirən telefon danışığı - əvvəlcə razılaşdı, sonra geri çəkildi…

10.04.2026 / 13:31
Qadın və kişilər üçün bərabər maaş məcburi olacaq

10.04.2026 / 13:25
ABŞ-ın NATO-dan çıxmasının hədəfi Türkiyə ilə İsraili vuruşdurmaqdır (?)...

10.04.2026 / 13:09
İçərişəhərdə qala divarının uçmasının səbəbi açıqlandı

10.04.2026 / 12:44
"Repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına mane olur" - Emin Əmrullayev

10.04.2026 / 12:20
Buraxılış imtahalarınin nəticələri nə vaxt açıqlanacaq...

Sosial şəbəkələrdə insanlara kütləvi hörmətsizlik qadağan edildi...

XƏBƏR ARXİVİ