Ukraynalı nazir korrupsioner məmurları döyüşə göndərməyi təklif etdi - acgöz olsalar da...
Ukraynanın ədliyyə naziri Denis Malyuska məhkumların, xüsusən korrupsionerlərin orduya səfərbər edilməsində israrlıdır. Onun sözlərinə görə, korrupsionerlər acgöz olsalar da, vətənpərvərdirlər.
Nazir Ukrayna Silahlı Qüvvələrinin sıralarına kriminal keçmişi olan şəxslərin də cəlb edilməsini vacib sayır. O, ölkədə korrupsiyanın illərdir yayıldığını əsas gətirərək korrupsionerlərin də vətənpərvər ola biləcəklərini iddia edir.
“Sosial sorğu keçirdik, insanların əksəriyyəti etiraf etdi ki, həkimlərə, müəllimlərə, patrul xidmətçilərinə hədiyyə və ya pul şəklində rüşvət veriblər. Yəni, bu fenomen geniş yayılıb. Təbii ki, bunun kökü kəsilməlidir, lakin mən başa düşə bilmirəm ki, niyə görə korrupsioner məmurlar da başqaları kimi müharibəyə göndərilmir”, - deyə Denis Malyuska bildirib. Onun fikrincə, çətin hərbi əməliyyatlar şəraitində hər kəs Ukrayna ordusunun sıralarına cəlb oluna bilər.
Qeyd edək ki, Rusiyanın hərbi təcavüzünün başlandığı 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan olunub.
ZÜMRÜD