Mütəxəssis qazla zəhərlənmələrə qarşı yeni təkliflə çıxış etdi..
Qazla zəhərlənmələr və ölümlə nəticələnən hadisələr əsasən kiyayəçilər yaşayan mənzillərdə baş verir . Öncə qeyd etmək istəyirəm ki ,son zamanlar əhalinin qazla zəhərlənmələrinə , bəzi hallarda ölümlə nəticələn hadisələrin statistikasına və baş verdiyi yerə nəzər salsaq görərik ki ,hadisələr ən çox kirayəçilər yaşayan mənzillərdə baş verir . Səbəbi sadədir ,mənzillərdə yaşayan kirayəçilər istifadə etdiyi qaz avadanlıgına xidməti tam qaydasında yerinə yetirmir, digər tərəfdən, istifadə etdiyi avadanlıqlar qaz texnikasının istismar qaydalarının tələblərinə cavab vermir . Ev sahibi çox xərcə düşməsin deyə kirayə verdiyi mənzilə kustar usullarla hazırlanmış ,texniki qaydalara uygun gəlməyən, xusisi standartlara cavab verməyən qızdırıcılar quraşdırır . . İkinci tərəf isə, yəni kirayəçi kirayə haqqı ucuz olsun deyə ev sahibindən texniki istismar qaydalarına cavab verən avadanlıq tələb etmir, bu isə gələcəkdə qazla əlaqədar hadısələrin baş verməsinə gətirib çıxarır. Bir mütəxxəsis olaraq tövsüyyəmiz ondan ibarətdir ki, evləri kirayə verərkən kirayə müqaviləsində mənzildə istifadə ediləcək qaz avadanlıgının sazlıgı və istismar tələblərinə cavab verdiyi barədı ayrıca maddə qeyd olunsun və bu qeyddə qaz avadanlıqlarının son baxış müddəti göstərilsin . Bununla da həm mənzilin sahibi kirayə müqaviləsində göstərilən qaz avadanlıqlarının sazlıgına təminat vermiş olur, digər tərəf isə ev sahibindən təhvil aldıgı qaz avadanlıqlarının sazlıgına və təhlükəsiz işləyəcəyinə əmin olmuş olur.
Süheyla Quliyev
Qaz təhlükəsizliyi üzrə mütəxəssis