Bakıda 3 min manatlıq rabitə kabeli oğurlandı
Yasamalda 3 min 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt ərazisində yerləşən rabitə quyularının birindən 3 min 200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıb. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Saxlanılanların qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
ZÜMRÜD