Cümə axşamı günü, 24 iyul 2025
     

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib - FOTO

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibə verib.

Müsahibəni təqdim edirik.

"Euronews": Xahiş edirik, ilk növbədə, bizə bugünkü tədbirlərin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə danışasınız.

Prezident İlham Əliyev: Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

"Euronews": Bu il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bu bərpaolunan enerji layihələrinin həyata keçirilməsi həqiqətən də Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yönləndirdiyini göstərir.

Prezident İlham Əliyev: Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.

"Euronews": Sizin çıxışınızda bir məqam xoşuma gəldi. Siz söylədiniz ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Siz söylədiniz ki, onlar ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir. Siz həqiqətən də belə hesab edirsiniz, elə deyilmi?

Prezident İlham Əliyev: Bəli, əlbəttə. Bu işdə bir qədər mövzu dəyişilməlidir. Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi "neft lənətinə" düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.

"Euronews": Cənab Prezident, Zati-aliləri, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm.




VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 18:03
Prezident İlham Əliyev Putinə başsağlığı verdi

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:12
Qarabağda Zəfər bayrağı qaldıranlardan biri – Muxtar Babayev...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

23.07.2025 / 20:10
Gəncədə axtarışda olan şəxs saxlanarkən polislərə silahlı müqavimət göstərdi

23.07.2025 / 20:05
Zəngəzur Ermənistanın bir saylı daxili siyasi məsələsinə çevrildi...

23.07.2025 / 19:51
Azərbaycanda mətbuat müstəqilliyinin daha bir böyük missiyası...

23.07.2025 / 19:38
Ermənistan əhalisinin yarısı Azərbaycanla saziş istəyir...

23.07.2025 / 19:26
İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...

23.07.2025 / 19:19
İşığa çevrilən söz - “Əkinçi” - Hafiz Təmirov yazır...

23.07.2025 / 19:11
Yəhudi təşkilatları Aydın Quliyevin 65 illiyini təbrik etdilər...

23.07.2025 / 19:06
Suverenliyin bərpasından sonrakı mətbuat yubileyinin fərqli mənası var...

23.07.2025 / 18:51
Rəsmi Kreml Əliyevin Ukrayna siyasətinə açıq münasibət bildirdi - “biz bununla razılaşmadıq”

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910