30 yaşlı Neftçala sakini intihar etdi
![Image](/uploads/posts/2024-03/7ca2f9a3-40ef-3d88-9199-ec4c8cc59ec6_850.webp)
Neftçala sakini intihar edib. Hadisə rayonun Qoltuq yaşayış massivində qeydə alınıb. Belə ki, həmin massivin sakini 1994-cü il təvəllüdlü Bağırov Əli Elmar oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Mətləb