Bazar ertəsi günü, 7 iyul 2025
     

"Paşinyan Qərbə qaçmağa hazırlaşır" - ANONS...

Image

"Fransa prezidenti Emmanuel Makron Aİ ölkələrindən Ukraynaya qoşun göndəriləcəyini istisna etmir. Xoşbəxtlikdən, bu təhlükəli təklif Qərbdə də ciddi müqavimətlə üzləşdi: NATO və Almaniya buna qarşı çıxdı". Bu fikri Ermənitanın Demokratik Alternativ Partiyasının sədri, politoloq Suren Surenyants səsləndirib.

O, Emmanuel Makronun tamamilə avantürist olduğunu, baş nazir Nikol Paşinyanın da Fransa prezidentindən geri qalmadığını qeyd edir: "Məndə belə təəssürat yaranıb ki, hazırda Paşinyanla Makron arasında yaxınlaşma müsbət tarixə malik erməni-fransa dostluğuna deyil, iki liderin və bir mistikin avantürizminə əsaslanır. Təsadüfi deyil ki, Paşinyanın Parisə səfərləri dəfn və yenidən dəfn mərasimləri ilə müşayiət olunur". Erməni şərqşünas Armen Petrosyan isə Türkiyənin "BirGün" qəzetinə müsahibəsində bildirir ki, Fransa Ermənistanın təhlükəsizliyini təmin edə bilməz. Bunun üçün əsas məsələ Ermənistanın qonşuları ilə münasibətlərinin normallaşmasıdır: "Ermənistanın təhlükəsizlik siyasətinin əsas ideyası bütün problemli münasibətləri, xüsusən də qonşuları ilə, həll etməkdir. Fransa isə İrəvanla siyasətin çoxvektorlu dərinləşməsi perspektivinə reaksiya verənlərdən sadəcə biridir. 2020-ci il müharibəsi və ondan sonra baş verənlər göstərdi ki, Ermənistanın təhlükəsizlik siyasətinə yenidən baxılmalıdır və sistemli dəyişikliklərə ehtiyac var. Onilliklər ərzində İrəvan Moskva ilə çoxsəviyyəli əməkdaşlığa əsaslanan vahid mərkəzli təhlükəsizlik sistemi qurur. Bu arada bir çox obyektiv və subyektiv səbəblərdən bu sistem hazırda kifayət qədər işləmir, nəticədə Ermənistan və erməni xalqı strateji xarakterli itkilər verib. Deməli, belə bir şəraitdə Ermənistanın təhlükəsizlik siyasətində əsaslı dəyişikliklərə ehtiyac var. Və bu məqsədin əsas prinsipi bir mərkəzə maksimum uyğun gələn təhlükəsizlik mexanizmlərinin formalaşdırılması deyil, çoxfaktorlu məntiqə əsaslanan, müxtəlif istiqamətlərə malik və müxtəlif oyunçularla maraqların müqayisəsinə əsaslanan diversifikasiya siyasətidir". Analitikin fikrincə, Ermənistanın təhlükəsizliyi üçün, təbii ki, fərqli, lakin əhəmiyyətli amillər vacibdir. Buraya qonşu ölkələrlə çoxvektorlu əməkdaşlıq da daxildir: "Ermənistanın təhlükəsizlik siyasətinin əsas ideyası bütün problemli münasibətləri, xüsusən də qonşuları ilə, həll etməkdir. Bu isə Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq deməkdir. Problemlər həll olunarsa, bu, həm Ermənistanın təhlükəsizlik siyasətinin prioritetlərinə, həm də bütün regionun sülh yolu ilə inkişafı perspektivlərinə birbaşa təsir göstərəcək". Amma qeyd edir ki, indiki halda İrəvan ciddi səhvlərə yol verir və geosiyasi çəkişmə meydançasına çevrilir. 

Bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Areqnaz Manukyan da təsdiq edir: "Qonşularla münasibət yaxşı deyil. Belə bir vaxtda günlərdir ki, Ukrayna prezidenti Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlı şayiələr yayılır, martın 4-ü səfər tarixi kimi qeyd olunur. Paşinyanın ofisindən nə təkzib, nə də təsdiq var, yəni bu məsələ ilə bağlı yekun aydınlıq yoxdur". Manukyan bildirib ki, bu mərhələdə Paşinyanın partiyasının müxtəlif odioz üzvləri vasitəsilə ictimai əhval-ruhiyyə yoxlanılır: "Bu tamaşada erməni Zelenski və ya Saakaşvili rolunu Paşinyana həvalə edirlər". Ermənistanın "Hayatsk" analitik mərkəzinin eksperti Hermine Mxitaryanın sözlərinə görə isə, Ermənistanı

 Rusiya üçün 2-ci qaynar nöqtəyə, 2-ci Ukraynaya çevrəcəklər. "Erməni Milli Konqresi" partiyasının üzvü Hrant Baqratyan da bunu istisna etmir: "Əgər Ermənistan KTMT ilə bağlı Rusiya ilə qarşıdurmanı davam etdirsə, Rusiya Ermənistanı orada cəzalandırmaq üçün həmin qarşıdurmanı iqtisadi sahəyə də keçirəcək". Onun sözlərinə görə, Ermənistanda qaz bahalaşacaq, AES-ə yanacaq verilməyəcək, hər şey dayanacaq: "Çünki dünyanın ən anti-Rusiya mövqeyində olan bir ölkəni qidalandırmağın nə mənası var? Paşinyan deyir ki, rəqib kimi Türkiyə ilə Azərbaycan azdır, qoy Rusiya da rəqibimiz olsun". Hazırda aıq-aşkar görünür ki, Ermənistanın Baş naziri Fransanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub. Fransanın Ermənistana böyük miqdarda silahlar satması, o cümlədən Fransanın müdafiə naziri və bu ölkənin hərbi-sənaye şirkətlərinin rəhbərlərinin Ermənistana hazırkı səfəri bunları söyləməyə əsas verir ki, Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir. Rusiyalı siyasi şərhçi Aleksandr Razuvayev bu xüsusda qeyd edir: "Bu gün Ermənistan açıq şəkildə Rusiyanı müttəfiq kimi mənfi səciyyələndirməyə çalışır. Həm də Azərbaycanı mənfi səciyyələndirir. Beləliklə, İrəvan özü Rusiya və Azərbaycanı barrikadanın eyni tərəfində qoyur. Rusiya ilə Azərbaycanı, eləcə də Ermənistanı tarixi, mədəni və sosial bağlar birləşdirir. Bakı bu əlaqələrin saxlanmasının vacibliyini dərk edir, amma İrəvan bu gün onlardan qurtulmaq və açıq şəkildə tapdalamaq üçün hər şeyi edir. Ermənistan barrikanın o biri tərəfində dayanır". Razuvayevin sözlərinə görə, ABŞ və Fransanın Azərbaycana qarşı mövqeləri təəccüblü deyil, çünki onlar nəinki suveren dövlətlərə dözə bilmirlər, hətta Qərbdə də türkçülük və islamofobiyadan əziyyət çəkirlər: "Qərbdə elə göstərirlər ki, guya bunun əleyhinədirlər və tədricən Ermənistana qucaq açırlar, amma əslində bu qucaqlaşma deyil, ölümcül tələdir. Qərb Paşinyanın timsalında regiona bomba hazırlayıb. Amma Fransa və ya digər AB ölkələri Ermənistanı silahla, öz ordusu ilə, kəşfiyyatı ilə doldursa, yeni müharibə başlasa belə, bu müharibədə sadəcə İrəvan parçalanacaq, dövlətçiliyini itirəcək. Paşinyan isə ən yaxşı halda Qərbə qaçacaq. Azərbaycanda oxşar vəziyyət yarana bilməz, çünki ölkədə güclü, ağıllı hökumət var. Qərb isə buna təzyiq edə bilməz. Bu gün rəsmi Bakı nümayiş etdirir ki, o, həm diplomatik, həm də hərbi müstəvidə cavab verməyə hazırdır. Cənab Əliyev ABŞ və Fransa ilə bağlı öz şərhində haqlıdır".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

06.07.2025 / 12:20
Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək...

06.07.2025 / 11:43
Polis Laçında əməliyyat keçirdi - 300-ə yaxın çətənə kolu və silah-sursat...

06.07.2025 / 10:34
Əhmədbəyli–Füzuli–Şuşa yolu layihəsi beynəlxalq mükafata layiq görüldü

05.07.2025 / 23:14
Ukrayna Voronejdə hərbi aerodromu vurdu - sursat anbarı və azı bir hərbi təyyarə məhv edildi...

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910