Çərşənbə günü, 23 iyul 2025
     

Azərbaycanın beynəlxalq inteqrasiyasının ana xətti müəyyən olundu...

Image

Azərbaycan   XX əsrdə ikinci əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərqərar etdikdən sonra aparıcı beynəlxalq təşkilatlarla əlaqələr qurmağa, əməkdaşlıq etməyə başladı. Azərbaycan dövləti beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir və beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. O başqa məsələ ki, əksər beynəlxalq təşkilatlar, xüsusən də antiazərbaycan qüvvələrin, ölkələrin təsiri altında olan məlum Qərb qurumları ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir, bizim maraqlarımıza zidd addımlar atırlar. Bu təşkilatların ədalətsiz yanaşmalarına baxmayaraq, Azərbaycan dövləti öz əməkdaşlıq yoluna sadiqdir. Azərbaycanın beynəlxalq aləmə uğurla inteqrasiya edir və beynəlxalq əlaqələr istiqamətində yeni uğurlara imza atır. 

Əlbəttə, Azərbaycanın inteqrasiya yolunda türk dünyasının xüsusi cığırı, yolu var ki, bizim üzümüz daha çox o yönədir. 

Azərbaycan Prezidenti 7 fevral prezident seçkilərində qalib gəldikdən sonra Milli Məclisdəki andiçmə nitqində Azərbaycanın beynəlxalq inteqrasiyasının ana xətti müəyyən etdi və bu xəttin Türk Dövlətləri Təşkilatı (TDT) olduğunu söylədi. "...Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.

Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik"-deyə ölkə başçısı bəyanatında vurğulayırdı. 

"Bunlar Azərbaycanın birbaşa təşəbbüsü, iştirakı və dəstəyi ilə yaradılıb" 

Müasir İnkişaf  Birliyinin sədri, politoloq Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin bu bəyanatı xalqımız üçün bir mayakdır, xalq və dövlət olaraq  yolumuz türk dünyasınadır. "Prezident İlham Əliyev andiçmə nitqində Azərbaycan dövlətinin bundan sonrakı inkişaf istiqamətləri, yeni hədəflərimizlə bağlı çox aydın, məntiqli və konkret fikirlər bildirdi. Ölkə başçının tezis xarakterli çıxında bizim yolumuz, istiqamətimiz bir daha bəyan edildi. Biz Azərbaycan xalqı və Azərbaycan dövləti olaraq zatən türk xalqlarının inteqrasiyası, türk birliyinin möhkəmlənməsi üçün çalışmalar həyata keçirirdik. Artıq illərdir ki, Azərbaycan bu prosesin önündə gedənlərdəndir. Yəni Azərbaycan bu prosesin avanqardı rolunda çıxış edən dövlətlərindən biridir. Təbii ki, Türkiyə ilə birlikdə. Baxın, Türk Geneşinin yaradılması, sonra onun Türk Dövlətləri Təşkilatına çevrilməsi, daha sonra bura Özbəkistanın tamhüquqlu üzv, Türkmənistanla Macarıstanın, Şimali Kıbrıs Türk Cumhuriyyətinin müşahidəçi kimi qoşulması baş verdi. Bir sıra mühüm qərarlar qəbul olundu, türk birliyi istiqamətində bir sıra təşkilatlar yaradıldı. Biz Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun, Türkiyə ilə birgə yaradılacaq Türkiyə-Azərbaycan universitetinin və başqa qurumların adlarını çəkə bilərik. Həm də bunlar  Azərbaycanın birbaşa təşəbbüsü, iştirakı və dəstəyi ilə yaradılıb"-deyə qeyd edən M.Göyüşlü hesab edir ki, 2024-cü ilə qədər türk dünyasının, türk xalqlarının birliyi, inteqrasiyası istiqamətində görülən işlər bir özül rolunu oynayırdı.         

"Azərbaycan Prezidenti qarşıda duran hədəfləri və o hədəflərə çatmağın yolunu aydın şəkildə göstərdi"   

M.Göyüşlünün sözlərinə görə, bu qədər işlər görülməsinə baxmayaraq bu istiqamətdə müəyyən boşluqlar hiss olunurdu. "Ancaq artıq 2024-cü ildən başlayaraq bunların hamısının sistemləşməsi, bu istiqamətdəki bütün fəaliyyətlərin güclü şəkildə bir mərkəzdən koordinasiya edilməsi, əlaqələndirilməsi, təşkilatlandırılması, işin genişləndirilməsi vacib bir hədəf kimi qarşıda durur. Azərbaycan Prezidenti qarşıda duran hədəfləri və o hədəflərə çatmağın yolunu aydın şəkildə göstərdi. Hesab edirik ki, TDT-nin fəaliyyətinin yeni mərhələsi başlayır. Bizim inteqrsiyamızın ana xətti məlumdur, biz də bu xətt üzrə irəliləyirik"-deyə M.Göyüşlü vurğuladı.

M.Göyüşlünun bildirdiyinə görə, TDT-nın müşahidəçi üzvlərinin tamhüquqlu üzvlər kimi qəbul olunması təşkilatın böyüməsinə, nüfuz dairəsinin artmasına gətirib çıxaracaq. İlk hədəflərin bu olduğunu deyən M.Göyüşlü bildirdi ki, TDT-nin hərbi strukturlarının formalaşdırılması üçün çalışmaların başlanması və həyata keçirilməsi də vacib məsələlərdən biridir. O, hesab edir ki, bu inteqrasiya məsələsində iqtisadi amillər də önə çəkilməlidir, söhbət türk dövlətləri arasında gömrük keçid prosedurlarının son dərəcə sadələşdirilməsindən, vizasız gediş-gəlişin təmin edilməsindən, qarşılıqlı ticarət, investisiya yatırımı ilə bağlı məsələlərin təşviqindən gedir. Bununla bağlı Türk İnvestisya Fondunun yaradıldığını deyən M.Göyüşlü bildirdi ki, bu fondun imkanlarının genişləndirilməsi, yatrımlarının artırılması, mədəniyyətlə bağlı istiqamətdə işlərin görülməsi qarşıdakı hədəflərindəndir. Ekspert qeyd etdi ki, bildiyi qədər ortaq türk tarixi və ortaq türk ədəbiyyatı vəsaiti hazırlanıb, türk tarixi kitabı pilot layihə olaraq Azərbaycanda və Türkiyədə bir neçə məktəbdə keçirlir, bunu qüvvətləndirmək və türk ölkələrinin məktəblərində əsas fənn kimi tədris edilməlidir. M.Göyüşlü hesab edir ki, biz türk ailəsinin üzvü kimi üzərimizə düşən bütün işlətri dövlət səviyyəsində həyata keçiririk. Orta türk mədəniyyətinin tarixinin öyrənilməsi işində də Azərbaycanın verə biləcəyi töhfədən danışan ekspert hesab edir ki, bu türk xalqlarının inteqrasiyası üçün ən önəmli addımlardır. Prezidentin bəyanatından sonra türk xalqlarının ortaq dil və ortaq əlifba məsələsinin daha da aktuallaşdığını vurğulayan ekspert hesab edir ki, bu istiqamətdə uğurlara nail olmaq qarşımızda hədəf kimi dayanır. Türk ölkələrinin hər birində nəşr olunan kitabların qarışılıqlı olaraq oxunması üçün ortaq dil və ortaq əlifba yaradılmalıdır. "Bizim evimizin, ailəmizin türk dünyası olduğunu Prezident qeyd etdi. Biz də bu ailənin daha da möhkəmlənməsi, onun təməllərinin sarsılmaz olması üçün öz üzərimizə düşən işləri həyata keçirməliyik ki, inteqrasiyamız uğurla tamamlansın. Təbii ki, burada dil, əlifba mütəxəssisləri də öz sözlərini deməlidir. Mövcud təşkilatlar daha da gücləndirilməli, işimizə təkan verən yeni qurumlar yaradılmalıdır. Çünki bizi bizdən başqa yaxşı başa düşən olmaz. Bütün məsələlərdə türk birliyi əsas götürülməlidir"-deyə M.Göyüşlü qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

23.07.2025 / 13:25
Tramp da Paşinyanı küncə sıxıb – Konstitusiya dəyişikliyi mütləqdir!

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:51
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama - 6 rəhbər şəxs işdən çıxarıldı

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

23.07.2025 / 10:10
Ağdam və Ağdərədəki yanğını söndürmək üçün 2 helikopter cəlb olunub

23.07.2025 / 10:06
Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər

23.07.2025 / 10:01
Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

23.07.2025 / 09:35
Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

23.07.2025 / 09:25
Şabranda avtomobil divara çırpılıb, sürücü ölüb

23.07.2025 / 09:20
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı

23.07.2025 / 09:14
Putinə bəd xəbər - Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

23.07.2025 / 09:10
BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

23.07.2025 / 09:06
Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi

23.07.2025 / 09:00
Tramp yaponlarla razılaşdı - 15 faiz gömrük rüsumu və minlərlə yeni iş yeri...

23.07.2025 / 08:35
Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910