Bazar ertəsi günü, 7 iyul 2025
     

Məktəblərdə bu qədər imtahan olar? - Müzakirə nə ilə bitəcək?..

Image

Nadir İsrafilov: "Nazirin son açıqlaması "imtahan-imtahan oyunu"na son qoyulacağına ümidləri artırır"

İnsan ən böyük biliyi orta məktəbdə qazanır. Demək olar ki, orta məktəbdə qazanılan bilik həyatımızın növbəti mərhələlərində bizə bələdçilik edir. Son dövrlər təhsil sistemində ciddi dəyişiklik baş verir. Bir sıra qərarlar qəbul edilir, bəzi layihələr hazırlanır. Ancaq bəzi qərarlar narazılıqla qarşılanır. 

Narazılığa səbəb olan amillərdən biri də məktəblərdə imtahan sayının çox olmasıdır. Elm və təhsil naziri Emin Əmrullayev 29 fevral tarixində keçirilən brifinqdə deyib ki, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur: "Hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir". 

Məlumat üçün bildirək ki, orta məktəblərdə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün vaxtaşırı olaraq qiymətləndirmə imtahanları - BSQ və KSQ-lər keçirilir.

Maraqlıdır, məktəblərdə imtahanların sayı azaldıla bilər?

"Qaydaların tez-tez dəyişdirilməsi hər şeydən əvvəl təhsilalanların və onların valideynlərinin, həmçinin elmi-pedaqoji ictimaiyyətin narahatlığına və ciddi narazılıqlarına səbəb olur" 

Təhsil eksperti Nadir İsrafilov "Bakı-Xəbər"ə açıqlamasında bunları dedi: "Mən imtahanlarla bağlı hər hansı bir məsələ gündəmə gətiriləndə dəfələrlə demişəm ki, hər hansı bir ölkənin təcrübəsini olduğu kimi köçürüb bizim təhsil sisteminə tətbiq etməyin qəti əleyhinəyəm. Təcrübəmizdə bu kimi halların heç də az şahidi olmamışıq və bunun bəzi acı nəticələrinə də bələdik. Hər ölkənin öz inkişaf mərhələsi var və bu mərhələnin də keçid konsepsiyası var. Elə ölkə var ki, orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarını birləşdirməklə vahid imtahan keçirmək yolunu seçib, digər bir ölkədə ali məktəblərə qəbul olmaq üçün orta məktəb attestatı kifayət edir. Bir başqa ölkədə isə orta məktəblərin məzunları bir imtahan verərək, həm ali məktəbə daxil olur, həm də orta məktəbi bitirmiş olurlar. Yəni iki imtahanın birləşməsi ilə onların biliyi qiymətləndirilir və istədikləri yerə sənəd verirlər və s. Hesab edirəm ki, hələ ki, söhbət bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstanda olduğu kimi imtahanların ləğv olunmasından deyil, azaldılmasından və bir qədər də sadələşdirilməsindən gedə bilər. Qaydaların tez-tez dəyişdirilməsi hər şeydən əvvəl təhsilalanların və onların valideynlərinin, həmçinin elmi-pedaqoji ictimaiyyətin narahatçılığına və ciddi narazılıqlarına səbəb olur. Digər tərəfdən, bu kimi mürəkkəbliklər təhsilin dayanıqlığı və bir sistem kimi oturuşmasında ciddi maneəyə çevrilir. Yəni hər hansı bir dəyişikliyin elmi-nəzəri əsasları olmaqla yanaşı, həm də bu kimi məsələlərə Təhsil Nazirliyi və DİM-in birgə əməkdaşlığı çərçivəsində hər iki strukturun mütəxəssislərindən ibarət işçi qrupunda baxılmalı, mərhələli şəkildə, təcrübədə aprobasiyadan keçdikdən sonra tətbiq olunmalıdır.

Kiçik bir xatırlatma edim ki, Sovet dönəminin 70 ili ərzində ölkəmizdə yazılı-şifahi imtahanlar olub. Orta məktəblərdə şagirdlər ibtidai sinif başa çatandan sonra 5-6-cı sinifdə 2 imtahan, 7-8-9-cu sinifdə 3 imtahan, 10-11-ci siniflərdə 4 imtahan verirdilər. Bu o demək idi ki, uşaqlar imtahana tədricən alışdırılırdı. Sonra biz aralıq imtahanlarını ləğv edərək, test üsuluna keçdikdə, birdən-birə test üsulunun tətbiqi ilə bağlı 8 fəndən imtahan salındı. O vaxt belə qərara gəlinmişdi ki, testlə qəbulda 350 bal həddi olsun. Bu bal həddi klassik qiymətləndirmə ilə "3" hesab olunurdu. Sonra məlum oldu ki, 350 bal toplayanlar azdır, 150, hətta 100 balla da ali məktəblərə qəbul həyata keçirdik. Testin əhəmiyyəti ondan ibarət idi ki, obyektivliyin təmin olunmasında vasitə hesab edilirdi. Bir çox vətəndaşlarımız tərəfindən müsbət qəbul olunurdu ki, imkansız ailələrin övladları məhz test vasitəsilə ali məktəblərə qəbul olunur. Sonra test tədricən əvvəlki səviyyədən fərqli olaraq mahiyyətini itirməyə başladı. Testlə bağlı fikirlər haçalandı. Məlum oldu ki, testin müsbət tərəfləri kimi mənfi tərəfləri də var. Çünki oxu, yazı vərdişləri kimi keyfiyyətləri üzə çıxarmaqda məhdudiyyətlər yaranır. Ona görə müəyyən dövrdən sonra qapalı testlərə açıq testlər əlavə etdilər. Boloniya prosesinə qoşulduqdan sonra ali məktəblərdə birdən-birə sessiya imtahanları yazılı şəkildə keçirildi. Təsəvvür edin ki, uşaqlar orta məktəbdən testlə gəlir, ali məktəbə testlə qəbul olur, sesssiya imtahanında birdən-birə yazılı tətbiq edilir. Ona görə də bizim bir sıra universitetlərdə tələbələr etiraz edirdi. Ondan sonra məsələ qoyuldu ki, ali məktəblərdə yazılı imtahana keçirilirsə, orta məktəbdə də bu vərdişləri yaratmalıyıq. Ona görə də belə qərara alındı ki, 9-cu sinifdə esse imtahanı keçirilsin. Ancaq esse imtahanları da zəif göstəricilərlə nəticələndi. Ona görə də yenidən testi bərpa etdik. Bu gün kurikulum tətbiq edirik. Əvvəlki təhsil proqramları bilikyönümlü, indiki kurikulumlar isə şəxsiyyət yönümlüdür. Yəni şagirdlər yalnız biliklə kifayətlənməməli, bacarıqları, vərdişləri olmalıdır. Bu baxımdan testin imkanları məhduddur. Ona görə də bu saat testin ləğvindən deyil, imkan daxilində təkmilləşdirilməsindən söhbət gedə bilər. Hazırda dünyanın bir sıra ölkələrində attestatla qəbul həyata keçirilir. Ümumiyyətlə, imtahansız qəbulun təşkilindən də söhbət gedir. Bu gün imtahanları da ləğv edə bilmərik. Çünki biz buna hazır deyilik. Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik. Bu mənada Nazirin "Hesab edirəm ki, ümumtəhsil müəssisələrində imtahanların sayı çoxdur" fikri ilə razılaşmalı və onu təqdir etməliyik.

Bir də ki, ölkəmizdə Dövlət qulluğuna qəbul prosesi qaydalarının sadələşdirilməsi ilə bağlı təkliflər Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim olunub. Dissertasiyaların müdafiəsi prosesinin mərhələli şəkildə sadələşdiriləcəyi barədə təkliflər səsləndirilir, elə isə, nəinki buraxılış, hətta qəbul imtahanlarının sadələşdirilməsi barədə niyə düşünməməliyik?  Bir sıra ali məktəblərdə müəyyən ixtisaslar üzrə boş yerlərin qalması, magistratura və Dövlət qulluğundakı vakantlar belə qənaətə gəlməyə əsas verir. Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər. Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara 4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini hələ demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz kənd təsərrüfatı ixtisasları olacaq".

Ekspert hesab edir ki, ali məktəblərə buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına ali məktəblərin özlərinin də razılığı olmalıdır. Belə olanda biz buraxılış imtahanlarının nəticələrini nəzərə ala bilərik. Çünki ali məktəblər özləri hansı kontingenti görmək istədiklərini bildirirlər. Hansısa ali məktəb buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına razıdırsa, buraxılış imtahanı da heç olmasa 5 fənn üzrə olarsa, onda biz buraxılış imtahanlarının nəticələrini daha çox ixtisaslara qəbulda nəzərə ala bilərik: "Ümid edək ki, tezliklə imtahanların  yığcam və rahat bir modeli hazırlanmaqla bu üzücü və məşəqqətli prosesi həqiqi bilik nümayişi bayramına çevirmək mümkün olacaq. Buraxılışla qəbul imtahanlarının birləşdirilməsi və sadələşdirilməsi, təkpilləli vahid imtahan modelinə keçilməsinin məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaldar. Eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola biləcək, uzun illərdən bəri davam edən "imtahan-imtahan oyunu"na nəhayət son qoyulacaq".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 23:45
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını nəzərdən keçirir - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910