Ərdoğan Netanyahuya səsləndi - səndə atom bombası var, ya yox?...
Netanyahuya səslənirəm ki, səndə atom bombası var, ya yox? Cəsarətin varsa, açıqla. Amma açıqlaya bilməz. Trend xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ey İsrail, sənin atom və nüvə bomban var və bununla bizi təhdid edirsən. Biz bunları bilirik.
Netanyahu, artıq sənin sonun yaxınlaşır. İstədiyiniz qədər nüvə bombasına sahib ola bilərsiniz. Lakin nəyə sahib olursan ol, sən daimi deyilsən", - Ərdoğan qeyd edib.