Ceyhun Bayramov Lavrovla görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Bu barədə Azərbaycan xarici işlər nazirliyinin sosial media hesabında qeyd edilib.
"Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və regionda münaqişədən sonrakı vəziyyət müzakirə olunan məsələlər arasında olub", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, ötən gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.