Bazar ertəsi günü, 14 iyul 2025
     

Fransa Əlcəzair qəhrəmanlarının nəşini və 90 min qiymətli əşyanı niyə qaytarmır?..

Image

Sədrəddin Soltan: "Makron o mənəviyyatın, o nəciblik, ağayanalıq xasiyyətinin daşıyıcısı deyil ki, Afrikadan Fransa müstəmləkəçilərinin oğurlayıb gətirdiyi tarixi-mədəni irs nümunələrini geri qaytarsın"

Fransanın hələ də davam edən müstəmləkəçilik siyasətinin ifşa edilməsi istiqamətində Bakıda başlayan proses artıq dünyanın müxtəlif ölkələrində davam etdirilir. 

Bildiyimiz kimi, bu günlərdə Bakı Təşəbbüs Qrupu İstanbulda keçirtdiyi "Dekolonizasiya: İntibahın oyanışı" adlı konfransın ardınca vətəndaş cəmiyyəti təşkilatları adından beynəlxalq kampaniya başladıb.

Petisiyada Fransa Prezidenti Emmanuel Makrona müraciət edilərək, Fransanın Afrikadan oğurladığı 90 mindən artıq maddi-mədəni əsərlərin mənşə ölkələrinə qaytarılması tələb olunur.

Afrika ölkələrindən müstəmləkə dövründə oğurlanmış, talan edilmiş 90 mindən çox mədəni sərvət hazırda Fransa muzeylərində nümayiş olunur. Sahara regionu ölkələrindən oğurlanmış tarix və mədəniyyət əşyalarının aqibəti isə bəlli deyil.

Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə afrikalı gənclərlə görüş zamanı bildirib ki, Afrikanın mədəni sərvətləri Afrikada sərgilənməlidir və 5 il müddətində hər bir mədəni, tarixi əşyanın geri qaytarılacağına söz vermişdi.

Həmin vaxtdan 7 il keçməsinə baxmayaraq, Makron vədinə əməl etməyib.

Parisin Quai Branly Muzeyində sərgilənən 70 min artifaktın üçdə ikisinin 1885-1960-cı illərdə Afrikadan oğurlanmış mədəni mülkiyyət nümunələri olması barədə araşdırmalar mövcuddur.

Fransa keçmiş müstəmləkələrindən oğurladığı sərvətləri geri qaytarmamaq üçün qanunvericiliyini sərtləşdirib. Bu səbəbdən restitusiyanın həyata keçirilməsinin qarşısı süni şəkildə, bürokratik yollarla alınır.

İlkin olaraq, hətta Avropanın digər keçmiş müstəmləkə ölkələrində də tətbiq edilən kredit sistemi ilə müqavilə əsasında mədəni sərvətlər müvəqqəti olaraq bir neçə illik mənbə ölkələrində yerləşən muzeylərdə sərgilənə bilər.

Bakı Təşəbbüs Qrupu tələb edir ki, Fransa hökuməti qanunvericiliyinə dəyişiklik etməli, oğurladığı artefaktları mənbə ölkələrinə geri qaytarmalı və qanunsuz mülkiyyətçi kimi tarixi əsərlərin qanuni mülkiyyətçisi olan ölkələrə təzminat ödəməlidir.

Fransanın Afrikadan, eləcə də digər müstəmləkələrindən qarət edib gətirdiyi 90 min mədəniyyət, incəsənət yadigarını indiyə qədər qaytarmamağının səbəbi nədir? Makron niyə belə edir?

Ekspertlər qeyd edir ki, vaxtilə fransızlar müstəmləkələrdən 90 minə yaxın artifaktı, maddi mədəni irs nümunələrini qarət edib Fransaya gətiriblər. Onlar qeyd edirlər ki, Makronun 2017-ci ildə  afrikalı gənclərlə görüşdə onlara aid mədəni irs nümunələrinin qaytarılacağı barədə verdiyi vədi yerinə yetirməməsi onun nə qədər qeyri-ciddi bir siyasətçi olduğunu bir daha sübut edir. Bugünə qədər  90 min artifaktın qaytarılmaması Fransa dövlətinin əsl simasını ortaya qoyur. 

Ekspertlər bildirir ki, rəsmən təsdiqlənib ki, Parisin Quai Branly Muzeyində sərgilənən  eksponatların böyük bir hissəsi müstəmləkələrdən qəsb olunaraq gətirilmiş maddi mədəni irs nümunələridir. 

Bu mövzu haqda təhlil apararkən bir məsələni də qeyd etmək yerinə düşərdi. Fransa yalnız mədəni qarətlə məşğul olmayıb, hətta Mərakeşin, Əlcazairin milli qəhrəmanlarını belə aparıb türmələrdə öldürüb. Amma indiyə qədər onların nəşini də geri qaytarmayıb. Milli qəhrəmanlarının qalıqlarını Əlcəzair xalqı tələb edir, amma Fransa özünü eşitməzliyə vurur. 

Qeyd edək ki, keçən ilin iyulunda Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə bildirib: "Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır".

Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən Prezident Əliyev qeyd edirdi: "Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik".

Prezident İlham Əliyev həmin görüşdə Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırmışdı.

Azərbaycan Prezidenti haqlı olaraq soruşurdu ki, niyə Fransa o milli qəhrəmanların nəşini qaytarmır? Əlcəzair xalqı da vaxtilə Fransaya aparılıb edam olunmuş qəhrəmanların nəşini tələb edir, amma Fransa vermir ki, vermir. 

"Fransanın Afrikadan oğurladığı, talan edib gətirdiyi tarixi-mədəni eksponatlar, artifaktlar bu gün Makron dövlətinin çörək ağacıdır" 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Bakı-Xəbər"ə şərhində "Fransa dünyanın müstəmləkə dövlətlərindən biri olub. Xüsusən Fransa imperiyası ifadəsindən daha çox Fransa müstəmləkə imperiyası ifadəsi işlədilir. Çünki müstəmləkəçilik sümürgəçilik deməkdir. İnsanların əməyini, insanların mədəniyyətini, insanların varlığını sümürmək, istismar etmək, özününküləşdirmək kimi xüsusiyyətləri Fransa imperiyası, Fransa müstəmləkəsi özündə daşıyır. Əslində bu xüsusiyyət Avropa müstəmləkə ölkələrinin hər biri üçün xarakterikdir. Məsələn, vaxtilə faşist Almaniyası da keçmiş SSRİ ərazisindən xeyli tarixi mədəniyyət abidələri, mədəni irs nümunələri aparmışdı. Əgər o müharibədə SSRİ qalib gəlməsəydi, faşizm qalib gəlsəydi Berlin tarixi muzeylər şəhərinə çevrilə bilərdi. Fransa prezidenti Makron  müstəmləkəçi düşüncəli imperatorların, dövlət başçılarının "layiqli" davamçısıdır. Makron o mənəviyyatın,  o nəciblik, ağayanalıq xasiyyətinin daşıyıcısı deyil ki, Afrikadan Fransa müstəmləkəçilərinin oğurlayıb gətirdiyi tarixi-mədəni irs nümunələrini geri qaytarsın" - deyə bildirdi.

S.Soltan qeyd etdi ki, əvvəllər Fransa Afrika ölkələrinin var-dövlətini talamaqla güclənir, qüdrətlənirdi. Onun sözlərinə görə, indi də ordan oğurladığı tarixi maddi-mədəniyyət eksponatlarını, artifaktları muzeylərində nümayiş etdirməklə pul qazanır. "Öz ərazilərində müxtəlif muzeylər yaradıb və orada o nümunələri sərgilməklə pul qazanır. Fransanın Afrikadan oğurladığı, talan edib gətirdiyi tarixi-mədəni eksponatlar, artifaktlar bu gün Makron dövlətinin çörək ağacıdır. 

Bu gün də Fransa müstəmləkəçiliyin, pis əməllərin hesabına öz büdcəsini formalaşdırır. Fransa prezidenti Makron öz vətəndaşlarına da verdiyi vədlərə əməl etməyib. Məsələn, sosial sahə ilə bağlı çoxsaylı vədlər verib, bugünə qədər ona əmçəl olunmur. Odur ki, Makron Fransanın neokolonialist siyasətini davam etdirir və keçmiş müstəmləkə ölkələrinə də yalan vədlər verməklə frankofonyanı ayaqda saxlamağa çalışır" - deyə S.Soltan əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910