Parisdəki Yay Olimpiya Oyunlarının təhlükəsizliyi risq altında - planlar oğurlandı...
Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında görüləcək təhlükəsizlik tədbirləri planları oğurlanıb. Parisin əsas qatar stansiyası olan Gare du Norddan içərisində təhlükəsizlik planları haqqında məlumat olan kompüter və iki USB olan çanta oğurlanıb.
Polisin verdiyi açıqlamada, Paris bələdiyyəsində işləyən mühəndisin çantanı oturacağın üstündəki kupeyə yerləşdirdiyi bildirilib. 56 yaşlı və şəxsiyyəti açıqlanmayan mühəndis çantanın oğurlandığını qatardan düşərkən bilib. Bildirilib ki, çantada olimpiada zamanı Paris Bələdiyyəsinin təhlükəsizlik qüvvələri və polis qrupları tərəfindən görüləcək tədbirlərlə bağlı həssas məlumatlar olub.
İyulun 26-dan avqustun 11-dək keçiriləcək Yay Olimpiya Oyunlarında hər gün təxminən 35 min mühafizəçinin iştirak edəcəyi planlaşdırılır. Bundan əlavə, yarışların keçiriləcəyi rayonlarda xüsusi keçid məntəqələri və QR kodlu şəxsiyyət vəsiqələrinin skan edilməsi sistemləri yaradılacaq.
TAHİR