"Azərbaycanda su ehtiyatı məhduddur" - Agentlik rəhbəri
"Azərbaycanda su ehtiyatı məhduddur. Ölkənin yerüstü su ehtiyatları 30 milyard kubmetrdir ki, bunun da 30 %-i respublikada formalaşır, 70 %-i isə qonşu ölkələrdən daxil olur."
Bu barədə Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib. Agentlik rəhbəri bildirib ki, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib: "Bu, çoxillik planlarımızın 17 %-dir. Bunun da 4,8 milyard kubmetri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub." -Zaur Mikayılov bildirib.
Mətləb