80 yaşlı milyarder "Mançester Yunayted"in səhmdarı oldu
"Omega Advisors"un təsisçisi Leon Kupermen "Mançester Yunayted"in səhmlərinin 2 faizini alıb. Bu barədə "Mirror" məlumat yayıb. İş adamı klubun səhmlərin 2 faizi üçün 15,7 milyon avro ödəyib. 80 yaşlı Kupermanın sərvətinin 2,4 milyard avro olduğu güman edilir. O, Nyu-Yorkda yerləşən "Omega Advisors" şirkətinin yaradıcısıdır.
Mətləb