Lukaşenko Paşinyana KTMT ilə bağlı düşünməyi məsləhət gördü...
Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçiriləcək KTMT sammitinə gəlməkdən imtina edən Ermənistanın baş naziri Nikol Paşinyana tələsik qərar qəbul etməməyi, dezinteqrasiyaya yönəldilə biləcək növbəti addımları düşünməyi məsləhət görüb.
Bu barədə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont jurnalistlərə bildirib.
Belarus prezidentinin sözçüsü deyib ki Lukaşenko Paşinyanın 23 noyabrda Minskdə keçirilməsi planlaşdırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına gəlməkdən imtina etməsinə sakit yanaşıb.
Onun sözlərinə görə, ilk dəfə deyil ki, Ermənistan lideri inteqrasiya tədbirlərində iştirak etməkdən imtina edir, oktyabrda Bişkekdə keçirilən MDB sammitində iştirak etməyib.
TAHİR