"Xocalı soyqırımı Ermənistanın soyqırımı siyasətinin tərkib hissəsi idi" - Azərbaycan XİN
Xocalı soyqırımı Ermənistanın sistemli etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi idi.
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı "X" platformasında paylaşımında qeyd edilib.
XİN Xocalı soyqırımına səbəb olan hadisələrin ardıcıllığını əks etdirən qrafiki də paylaşıb.
Xarici işlər naziri Ceyhun Bayramov isə paylaşımında qeyd edib ki, bu kütləvi qətli törədənlər cavab verməlidirlər.
How it happened?#Khojaly genocide was a part of Armenia's systematic ethnic cleansing & genocide policy.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 25, 2024
Timeline graphic that outlines sequence of events led to Khojaly genocide.#NeverAgain pic.twitter.com/gZg9m9c1pn