Qərb Rusiyanın aktivlərini müsadirə etmək üçün hərəkətə keçir - Britaniya hökuməti qarşısında tələb qoyuldu…
Beynəlxalq banklar Böyük Britaniya hökumətindən Rusiya aktivlərinin mümkün müsadirəsi üçün hüquqi baza yaratmağı tələb ediblər.
“Bloomberg” yazır ki, aktivlərə əl qoyulması üçün hüquqi bazanın olmaması dünyada maliyyə qarışıqlığına səbəb ola bilər.
Bankirlər və hüquqşünaslar bildirirlər ki, külli miqdarda aktivlərə həbs qoyulması Londonun beynəlxalq maliyyə mərkəzi kimi reputasiyasına xələl gətirə və ölkədə qanunun aliliyi ilə bağlı suallar yarada bilər.
Bundan əvvəl “Politico” qəzeti yazıb ki, “Böyük yeddilik” ölkələrinin liderləri Rusiyanın dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsi ilə bağlı tədbirləri açıqlaya bilmir, çünki Aİ hələ də bu ideyanı tam dəstəkləmir.
Tahir TAĞIYEV