Cümə axşamı günü, 5 iyun 2025
     

MEDİA-nın yeni qanununa köhnə təfəkkürlə baxan "media orqanları" - Zaman dəyişir...

Image

"Media haqqında" yeni qanunun qəbul olunmasından sonra media subyektləri reysterdən keçməyə başladı. Artıq demək olar ki, reysterdən keçməklə bağlı müraciətlər böyük əksəriyyətlə yekunlaşıb.

Qanunun tələbinə cavab verib, reysterdə qeydiyyatdan keçən media subyektləri ilə yanaşı mənfi cavab alanlar da oldu. Eyni zamanda xeyli subyekt də standartlara cavab verə bilmədiyi üçün, ümumiyyətlə, reysterə müraciət etmədi.

Qanunun tətbiqinə başlanıldı

Qanunun qəbulu zamanı onlarla "məsləhətləşilməməsindən" narazı qalan bəzi beynəlxalq təşkilatlar dərhal "qanun müstəqil mediaya qarşıdır", "reyster nədir" sualı ilə qrant layihələri ayırmağa başladılar.

Bir neçə nəfərdən ibarət "müstəqil ekspertlər" qanunla bağlı əks təbliğata başladılar. Lakin bu şantajlar qanunun tətbiqi ilə bağlı addımlar atılmasının qarşısını almadı. MEDİA Agentliyi qanunun tələbinə uyğun olaraq fəaliyyətə başladı və resyterə daxil olmayan subyektlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciətlər etdi. Qanunun qəbulundan sonrakı sakitlikdə yaddan çıxdıqlarını düşünən bu tipli subyektlər yenidən şantaja, eyni dairəyə aid saytlarda və sosial mediada haray-həşirə başladılar. Artıq təəccüblü olmasa da, "müstəqil ekspertlər" adı-sanı olmayan, heç bir oxucu kütləsinə xitab etməyən bu "saytların" fəaliyyəti ilə bağlı məhkəməyə müraciətləri "müstəqil medianın sıradan çıxarılması" kimi qələmə verməyə başladılar.

Bu "müstəqillər" kimlərdir?

Əvvəlcə onu qeyd edək ki, yeni qanun qəbul olunmazdan əvvəl onun ortaya çıxma zərurəti, hədəfləri, atılacaq addımlar ətrafında geniş müzakirələr aparıldı, Milli Məclisdə dinləmələr də keçirildi. Sənədin müəllifləri və mütəxəssislər medianın şəffaflaşdırılması, sistemləşdirilməsi, "reket jurnalistika"nın, "bir telefon, bir jurnalist" prinsipinin sıradan çıxarılması baxımından qanunun əhəmiyyətini çatdırdılar.

Qanunda hər şey açıq, izahedici şəkildə əksini tapıb – kimlərin jurnalist, hansı qurumun media subyekti hesab olunmasına qədər hər şey detallı ortaya qoyulub. 

Qanunun əsas hədəflərindən birinin məhz "reket media"nın sıradan çıxarılması olduğunu bu işlə məşğul olanlar da " "media mogikanları" da yaxşı bilirlər.

"Media mogikanlarının" "müstəqil media" dedikləri isə əllərinə telefon alıb, hansısa yolla yiyələndikləri köhnə "press jilet"i əyinlərinə keçirib, yağlı obyektlərə şığıyan, xırda məişət məsələlərini siyasi ajiotaja çevirənlərdir. Bu "telefon jurnalistləri" öz sosial şəbəkə səhifələrində çəkilişlərinin qiymətini belə yazırlar.

Məsələn, onlardan biri belə bir elan paylaşmışdı: "Şəhid və qazi ailələrindən pul götürmürəm, qalan çəkilişləri isə rayon məsafəsindən asılı olaraq 100-200 manata edirəm". Və ya başqa biri yenə öz sosial şəbəkə səhifəsində bir rayonda getdiyi orta məktəbdə direktorun çıxıb ona "salam verməməsindən, qabağına bir stəkan çay qoymamasından" gileylənmişdi.

Son günlərdə isə biz bu "telefonçu xalaların" bir-biri ilə polis idarəsindəki davalarını, bir-birinin şəxsi həyatını iyrəncliklə açıb tökdüklərini izləyirik.

Elə bu "telefonçu qızlardan" biri digər iki "telefonçu qızın" "reportaj" hazırlamaq üçün getdikləri yataqxanada şikayətçilərlə birgə araq içib, kabab yeyib, sonra da sərxoş olub, biabırçılıq törətdiklərini yazmışdı.  

Hələ bu dəstənin yazdığı statuslardakı hərf səhvləri, sözləri adi orfoqrafik qaydalara əməl etmədən yazmalarının, "sayt" dedikləri subyektdəki yazılardakı ritorikanı demirik.

Budur, "müstəqil media", ay "media mogikanları", "böyük ekspertlər"? Evindən oturub "sayt işlədən" (özləri də belə deyirlər, elə bil yarmarkada "toçka" işlədirlər) bu şəxslər nə vaxtdan "müstəqil media" subyektləri olublar?   

Artıq zaman yetişib. "Reket media" dövrünün bitmək üzrə olduğunu anlayırlar. Media mühitində şəffaflıqdan, reyestr sisteminin tətbiqindən sonra ciblərindəki saxta "jurnalist vəsiqələri"ndən şantaj üçün istifadə edilməsinin mümkün olmayacağı da hər kəsə aydındır.

Qanun qəbul olunub və artıq icrasına başlanılıb. Media Reyestri də normal, qanun əsasında fəaliyyət göstərən media qurumlarının, jurnalistlərin qeydiyyatını aparır. Prosesin gedişində təbii olaraq qeyri-qanuni fəaliyyətində əl çəkməyən "media" və "jurnalistlər"lə problemlər ortaya çıxır. Fəaliyyətini yeni qanun əsasında qurmaq istəməyən subyektlərin fəaliyyətinin məhdudlaşdırlması üçün MEDİA Agentliyi tərəfindən məhkəmədə iddialar qaldırılır. Bəzi hallarda köhnə vərdişlərindən əl çəkmək istəməyən "jurnalistlər" MEDİA Agentliyini məhkəməyə verir. Bütün bunlar normal hallardır. MEDİA-nı məhkəməyə verənlər düşünürlər ki, onu bu yoldan çəkindirəcək, qanunsuz fəaliyyətlərini bərpa edə biləcəklər. Amma bunun nəticə verməyəcəyini anlamalıdılar. Çünki bu işin ağırlığını üzərinə götürmüş MEDİA ilə yanaşı, sağlam media, peşəkar jurnalistika təmsilçiləri də bu dəstələrin ifşa olunaraq informasiya mühitindən birdəfəlik uzaqlaşdırılmasını istəyirlər. Bu şəbəkənin birdəfəlik sıradan çıxarılması məsələsində dövlət də, cəmiyyət də, əsl jurnalistika da eyni mövqedən çıxış edir.

MEDİA agentliyi isə bu məsələnin birbaşa icraçısı kimi daha da qətiyyətli davranmalıdır. Qanun var və qanunun tələblərinə əməl olunmalıdır. Çünki MEDİA qanundan kənar heç nə tələb etmir. Odur ki, hansısa halda ehtiyatlı davranmaq üçün bir əsas yoxdur. Hər kəs qanun qarşısında  bərabərdir. Ya qanuna tabe olub, onun tələbləri çərçivəsində fəaliyyət göstərəcəksən, ya da bu fəaliyyət qeyri-qanuni elan edilib, müvafiq tədbirlər görüləcək.

Region mediasına bir baxış

Özü də bu tələbələr təkcə Bakı ilə kifayətlənməməlidir. Region mediasının da bu baxımdan kifayət qədər problemləri var. Nəyə xidmət etdiyi bilinməyən rayon qəzetləri bu günün tələbləri ilə heç cür ayaqlaşmır, həmin qəzetlərin əməkdaşlarının isə kifayət qədər sual doğuran fəaliyyətlərinin olduğu sirr deyil. Region mediası hələ də sovet şinelindən çıxa bilməyib. Yerlərdə media orqanlarının fəaliyyətinin yeni qanunun tələbləri və müasir dövrün şərtləri əsasında qurulması üçün konsepsiya hazırlanmalı və həyata keçirilməlidir. Paytaxt Bakıda print medianın getdikcə tənəzzülə uğradığının şahidi olduğumuz bir vaxtda rayonlarda qəzet fəaliyyətindən danışmağa dəyərmi?

Region mediası ilə bağlı da islahatlar qaçılmazdır. Bu istiqamətdə regionlarda "Mətbuat Evləri"nin yaradılması, MEDİA Agentliyi tərəfindən qeydiyyata alınmış media subyektlərinin bürolarının həmin evlərdə fəaliyyəti üçün lazımı şərait yaradılması məqsədəuyğun olardı.

"Reket media"dan birdəfəlik xilas olmaq üçün Mətbuat Şurasının da üzərinə müəyyən vəzifələr düşür. Mətbuat Şurası bu işdə MEDİA-ya yaxından dəstək verməli, mətbuat mühitinin sağlamlaşdırılması, şəffaflaşdırılması istiqamətində təkliflər irəli sürüb, səylərini artırmalıdır.

Lent.az



VİDEO

SON XƏBƏRLƏR

06.06.2025 / 00:29
Merz Trampı Ukraynadakı müharibəni birlikdə bitirməyə çağırdı

06.06.2025 / 00:27
Tramp Elon Maska görə, “çox məyus olduğunu” bildirdi

06.06.2025 / 00:26
Tramp Rusiyaya tətbiq ediləcək sanksiyalarla bağlı sualı cavablandırıb: “Biz çox, çox sərt olacağıq”

06.06.2025 / 00:06
Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO

05.06.2025 / 21:50
Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində “parad” üçün silahlar Ermənistandan gətirilirdi - Məhkəmədə etiraf - FOTO

05.06.2025 / 21:37
İcra hakimiyyətlərində tenderlər MMC-lərin arasında "ötür-ötür" vasitəsinə çevrilib...

05.06.2025 / 21:20
Britaniya Azərbaycanın bu sahəsinə yatırım etsə, böyük tarixi hadisə olacaq…

05.06.2025 / 21:07
Qərbi Azərbaycan İcmasına üzvlük məsələsində nə “problem” yaranıb...

05.06.2025 / 21:00
Tramp Si Cinpinlə telefon danışığının təfərrüatlarını açıqladı

05.06.2025 / 20:58
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

05.06.2025 / 20:52
Paşinyan “vətənimizin bir hissəsini itirdik” deyir, həm də sülh imzalamaq istəyir - revanş hara, sülh hara?..

05.06.2025 / 20:38
Avropa Azərbaycandan çox qaz istəyir, amma əlini hələ "daşın altına" qoymaq istəmir...

05.06.2025 / 20:24
Ermənistanda dövlət adından ittiham - "kilsə ruslara işləyir"...

05.06.2025 / 20:10
Şəhid baş leytenantı 31 ildir gözləyirik - Ağdərədə 12 əsgərlə itkin düşmüşdü...

05.06.2025 / 20:03
Levon Mnatsakanyan Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları məhkəmədə açıqladı

05.06.2025 / 19:51
Azərbaycansız İran və Rusiya bunu heç vaxt bacarmazlar...

05.06.2025 / 19:44
Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi

05.06.2025 / 19:37
Mirzəyev Azərbaycanın çox sayda QHT-sini BMT miqyasında tanıdacaq - iş başladı...

05.06.2025 / 19:23
Paşinyanın sözlərinin üstündə erməni gəncləri təlatümə gəldi…

05.06.2025 / 19:10
Bir ailədən eyni adlı və eyni soyadlı iki şəhid

05.06.2025 / 19:00
Paşinyan Ərdoğana zəng etdi - nələr müzakirə edildi...

05.06.2025 / 18:57
Rusiya aerodromlarının məhv edilməsində yerli vətəndaşlar da Zelenskiyə kömək ediblər...

05.06.2025 / 18:43
Ermənistan itkinlərlə bağlı Azərbaycanla hələ indi razılığa gəlir - səmimi olacaqmı?

05.06.2025 / 18:39
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyində görüş keçirilib

05.06.2025 / 18:29
ABŞ-ın Ukrayna siyasəti görünməmiş qeyri-müəyyənlik dövrünə girib - 500 faiz sanksiya?

05.06.2025 / 18:15
Türkiyə televiziyaları hələ də hind seriallarını təbliğ edir - ortada bu boyda düşmənçilik...

05.06.2025 / 18:01
Kiber məkanda uşaqları təhlükəli kontentlərdən qorumaq yolları var... və istifadə olunur...

05.06.2025 / 17:56
Paşinyan özündən çıxdı: “Köçəryan və Oskanyan əclaf və quldurdur”

05.06.2025 / 17:47
İlham Əliyev bəzi neft-qaz ölkələrinin böyük səhvini açıqladı - “biz qazı artırırıq, lakin...”

05.06.2025 / 17:34
Tək nəqliyyatda maaşın bir ildə bu qədər artması normal sayıla bilər?..

05.06.2025 / 17:20
Orta məktəb müəllimlərini bu qədər kağız-kuğuzla yükləmək kimin planıdır...

05.06.2025 / 17:08
Səlcuq Bayraktardan Azərbaycanda qurduğu şirkətlə bağlı paylaşım VİDEO

05.06.2025 / 16:53
Çörək avtomobilində narkotik daşıyan şəxs saxlandı - 14 kiloqram...

05.06.2025 / 16:33
Bu il BMU-nun qəbul planı artırılıb

05.06.2025 / 16:27
ABŞ kəşfiyyatından xəbərdarlıq – Rusiya Ukraynaya genişmiqyaslı qisas hücumuna hazırlaşır...

05.06.2025 / 16:19
Hökumət binası qarşısında etiraz aksiyası: “Nikolu cəhənnəmdə gözləyirlər”

05.06.2025 / 16:10
Lerikdə 35 yaşlı kişini güllələyib dağın ətəyinə yuvarladılar

05.06.2025 / 16:02
DİN Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət etdi

05.06.2025 / 15:56
“Şərur” MTK zərərçəkənlərə 30 minlik ziyana görə 50 minlik çeklərə imza çəkdirib" - MƏHKƏMƏ

05.06.2025 / 15:40
Zaqatalada narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu

05.06.2025 / 15:35
"Azərbaycan Ordusu azad olunmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirir" - Zakir Həsənov

05.06.2025 / 15:28
Prezident mədəni sərvətlərə vahid qaydada pasport verilməsi ilə bağlı dəyişikliyi təsdiqlədi

05.06.2025 / 15:11
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı

05.06.2025 / 15:02
Süni İntellektin Gündəlik Həyatımıza Təsiri

05.06.2025 / 15:01
Qurban bayramı: ibadət, paylaşma və mənəviyyatın bayramı

05.06.2025 / 14:58
FTB tərəfindən Vaşinqton ştatında həyata keçirilmiş reyd zamanı silah-sursat və nasist simvolları aşkarlanıb

05.06.2025 / 14:57
Bakı şəhərində tıxac yaranmasının səbəbi və bunun həlli yolları

05.06.2025 / 14:31
Məhkəmədə Ermənistan tərəfindən Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb

05.06.2025 / 14:16
“Azərbaycanın daxili işlərinə yersiz müdaxiləyə son qoyulmalıdır" - İsveçrə səfirinə açıq məktub...

05.06.2025 / 14:03
Gədəbəydə başına kisə keçirilən qadınla bağlı cinayətin üstü açıldı

05.06.2025 / 13:47
Bank kartlarından 10 minə yaxın pul oğurlandı...

05.06.2025 / 13:26
Kurort və sanatoriya xidmətlərindən ailələrlə birgə istifadə şərtləri açıqlandı

05.06.2025 / 13:12
Давайте, сравним, Азербайджан с Арменией - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

05.06.2025 / 13:06
Paşinyan onu “Qarabağı satmaqda”,” türk çəkmələri” yalamaqda ittiham edənləri görüşə çağırdı

05.06.2025 / 13:05
Paşinyan:-“Rusiya Erməni Apostol Kilsəsinə hakimiyyətlə döyüşmək əmrini verib

05.06.2025 / 13:04
Almaniya kansleri Fridrix Merz Vaşinqtona səfər etdi

05.06.2025 / 13:03
Imamoğludan sonra Özgür Özəlin də həbsinə hazırlıq başladı

05.06.2025 / 12:34
MDB-yə üzv dövlətlərin hökumət başçıları bir sıra sənədlər imzalayıblar

05.06.2025 / 12:24
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

05.06.2025 / 12:15
Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib - FOTO

05.06.2025 / 12:07
“Neftçi” 29 yaşlı futbolçu transfer etdi

05.06.2025 / 12:00
MDB Baş nazirləri sentyabrda Minskdə toplaşacaq

05.06.2025 / 11:41
Yenə İran, yenə narkotika qaçaqmalçılığı...

05.06.2025 / 11:33
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib

05.06.2025 / 11:28
Ukrayna Rusiyanın strateji aviasiyasının 30%-ni məhv etdi - təsdiqləndi

05.06.2025 / 11:19
"Artıq vətəndaşlar ədalətə inanmırlar”

05.06.2025 / 11:16
Putin İran yolçusudur - səfirdən açıqlama

05.06.2025 / 11:15
BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

05.06.2025 / 11:06
Babək Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

05.06.2025 / 11:03
İran - Azərbaycan danışıqları. Düşmənə daha bir zərbə! - CANLI

05.06.2025 / 11:01
"Azərbaycan yalnız mənim buna olan inamımı gücləndirir" - Nataliya Bayona

05.06.2025 / 10:34
Zelenski: “Rusiya bütün dünyaya orta barmağını göstərir”

05.06.2025 / 10:30
Qazaxda BMW dirvara çırpılıb, 4 nəfər ölüb

05.06.2025 / 10:20
Trampın Harvard düşmənçiliyi - tələbələrə viza verilməsi dayandırıldı!

05.06.2025 / 10:14
Türkiyəli aktrisa bu serialda baş rola çəkiləcək

05.06.2025 / 10:06
Naxçıvanda anasını öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb

05.06.2025 / 10:00
Daha 62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - dövlət qurumu açıqlama yaydı

05.06.2025 / 09:44
Türkiyə yenə silkələndi

05.06.2025 / 09:28
Qaraçuxurda işıq olmayacaq - sakinlərə XƏBƏRDARLIQ

05.06.2025 / 09:25
Ronaldo qocalmaq bilmir - almanlara qol vurdu, Portuqaliya finala çıxdı!

05.06.2025 / 09:23
QR kodlar da təhlükəlidir - iaşə-xidmət obyektlərində pul ödəyərkən ehtiyatlı olun…

Kiber məkanda uşaqları təhlükəli kontentlərdən qorumaq yolları var... və istifadə olunur...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456