Çərşənbə günü, 16 iyul 2025
     

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması müttəfiqliyin yeni hədəfidir” – Əhliman Əmiraslanov

Image

Türkdilli dövlətlər arasında əməkdaşlığın ən parlaq nümunəsi olan Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyi hər iki dövlətin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada Türkiyə ilə Azərabycan qədər biri-birinə yaxın dövlətlər yoxdur.

BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən hər iki dövlətin birgə səyi ilə yaradılan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatı artıq Beynəlxalq münasibətlər sistemində öz rolu olan aktordur və Azərbaycan bu təşkilatda xüsusi rol oynayır. Türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Mədəniyyət, elm, təhsil, səhiyyə, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət hər iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Qarşılıqlı münasibətlərdə xüsusilə fərqlənən hərbi sahədəki əməkdaşlıq bütünlükdə bölgədə sabitliyin qorunmasına xidmət edir. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bugünkü reallıq həm də onunla xüsusi əhəmiyyət kəsb edir ki, liderlər hörmətli Ərdoğan-Əliyev dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı ilə vəhdətdə müasir dünya siyasi düzənində hər kəsin hesablaşacağı vahid gücə çevrilib. Bu yaxınlıq həmdə Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yenilməzlik mesajıdır. Fevralın 14-də inaqurasiyada çıxışında Türk dünyasını "Bizim Ailəmiz" adlandıran möhtərəm cənab Prezident İlham Əliyev Türk Dünyası ilə əməkdaşlıqı ölkəmizin fəaliyyətinin ilk prioritet istiqamətlərdən biri olduğunu bildirdi. Bu baxımdan Azərbaycan-Türkiyə müttəfiqliyi digər türk respublikalarının da türk birliyi ideyası ətrafında daha sıx birləşməsinə böyük təkan verəcək. Prezident seçkilərindən sonra Fevralın 19-da ilk rəsmi səfərini Türkiyəyə edən Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi oldu. Ankara görüşü zamanı müzakirə olunan bütün məsələlər və imzalanmış sənədlər iki ölkə arasında təhsil, kənd təsərrüfatı və vergi siyasəti sahəsində münasibətlərin tənzimlənməsini və əməkdaşlığın daha da təkmilləşdirilməsini nəzərdə tutur. Dövlət başçılarının verdiyi açıqlamalarda Türkiyə və Azərbaycanın hazırkı beynəlxalq vəziyyətdə regional təhlükəsizlik məsələlərinə ortaq baxışı, enerji və nəqliyyat-loqistika sahələrində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, müdafiə sənayesi sahəsində birgə istehsal, Türkiyə-Azərbaycan birgə Universitetinin açılması kimi mühüm layihələr öz əksini tapıb. Burada diqqət çəkən məsələlərdən biri Türkiyə-Azərbaycan Universitetinin yaradılması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Türkiyə-Azərbaycan Universitetinin yaradılması, adicə bir təhsil məsələsi deyil, birliyimizin növbəti rəmzidir. Uzun illər idi ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması müzakirə edilirdi. Sözügedən məsələnin reallaşması o deməkdir ki, Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası üçün yüksək səviyyəli kadrlar hazırlanacaq. Bu da bizim gələcəyimiz, ortaq kökə, ortaq ənənələrə, ortaq tarixə, ortaq mədəniyyətə sahib olduğumuz bağların daha da dərinləşməsinə səbəb olacaq. Bu addım iki qardaş ölkə arasında təhsil əlaqələrinin yeni nümunəsidir, əməkdaşlığın yeni müstəviyə daşınmasıdır. Azərbaycan-Türkiyə Universiteti hər iki dövlətin alimlərinin, təhsil işçilərinin birlikdə daha sıx işləməsinə, bir-birinə inteqrasiya etməsinə, birgə fəaliyyət sərgiləməsinə böyük imkanlar yaradacaq. Şübhəsiz, bu Universitetin məzunları da ümumtürk dünyası üçün yeni və lazımlı mütəxəssislər olacaqlar. Bunun örnəkləri var. Qazaxıstanda, Qırğızıstanda və başqa yerlərdə Türkiyənin həmin ölkələrlə birgə yaratdığı universitetlər fəaliyyət göstərir. Oranın məzunları həm Türkiyənin, həm də həmin ölkələrin siyasi-mədəni həyatında, elm-təhsil sahəsində ciddi fəaliyyət göstərirlər. Azərbaycan-Türkiyə Universitetinin açılması da təhsil, elm və araşdırma sahələrində yeni üfiqlər açacaq. Universitetdə ilkin mərhələdə tibb fakultəsinin də fəaliiyət göstərməsinin nəzərdə tutulması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, həmçinin Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri modelləri var. Bu nümunələrdən çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması müsbət effekt verəcək. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə artıq bu universitetə qəbul olan şagirdlər bu universitetdə Türkiyə modeli ilə təhsil almaq imkanına malik ola biləcəklər. Düşünürəm ki, Türkiyə-Azərbaycan Universiteti həmdə Türk Dünyasının beyin mərkəzi olacaq. Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin rəmzi olmaqla yanaşı, strateji müttəfiqliyimizin yeni hədəfidir.

Əhliman Əmiraslanov
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910