Cümə günü, 23 may 2025
     

Azərbaycan Fransaya və Ermənistana gözdağı verir

Image

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da, İrəvanın addımları qarşı tərəfin fərqli mövqedə olduğunu göstərir. Buna bir səbəb də Ermənistanın regionda gərgin vəziyyətin hökm sürməsində maraqlı olan qüvvələr tərəfindən qızışdırılmasıdır. Məsələn, Fransa buna nümunə ola bilər.

Faktdır ki, Ermənistan və ermənilər tarixən Fransa kimi dövlətlərin əlində müxtəlif bölgələrdə alət olublar. Təəssüf doğuran hal ondan ibarətdir ki, digər Qərb qurumları Ermənistana əlavə silahların verilməsinə göz yumur. Qərbin söz sahibi olan nüfuzlu qurumları, dövlətləri qəbul emək istəmirlər ki, bu siyasət Ermənistanın aqressiv iddialarını güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq. Fransanın mövcud müqavilələr əsasında Ermənistana verməkdə olduğu silahlar regionda sabitliyə mənfi təsir edir və sülh prosesini çətinləşdirir. Düzdür, Fransa hərbi texnikası elə də güclü parametrlərə malik deyil. Bunu Fransanın "Ouest-France" portalında "Fransa Ermənistana "Bastion" tipli maşınlar çatdırıb" sərlövhəli məqalədə yer alan fikirlər də təsdiq edir. Burada qeyd edilir ki, Ukrayna fransız hərbi texnikasının zəifliyini dilə gətirərək, "Arquus" şirkətinin istehsalı olan "Bastion" zirehli maşınlarından imtina edib. Fransa isə bu ziyandan qurtulmaq üçün həmin zirehli maşınları Ermənistana göndərib. Məqalədə bildirilir ki, "Arquus" şirkəti tərəfindən istehsal olunan "Bastion" tipli yüngül zirehli maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulurdu. Lakin Kiyev artilleriya atəşi və tank əleyhinə raketlərdən qorunmaq üçün həmin maşınların çox zəif olduğunu bildirərək onlardan imtina edib. Paris isə Ukraynanın zəif hesab etdiyi həmin maşınları himayədarlıq etdiyi Ermənistana göndərib. Bu maşınların Gürcüstanın Poti limanından keçərək dəmir yolu ilə Ermənistana tərəf aparıldığı bildirilir.

Həmçinin məqalədə Fransa xarici işlər nazirinin Ermənistana səfəri, səfər zamanı Parisin bu ölkəyə hərbi texnika çatdırılmasına razılıq verməsi, eləcə də Ermənistan müdafiə nazirinin Fransaya səfəri, bu səfər çərçivəsində bir neçə sazişin imzalanmasından bəhs edilib. Nəşr sonda qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Ermənistana zirehli texnika tədarükünü pisləyib və Fransanın bu addımının regionda vəziyyəti gərginləşməyə doğru aparacağını bildirib. Xatırladaq ki, Fransa İkinci Qarabağ müharibəsində və sonrakı müddətdə Ermənistanı silahlandıraraq bölgədə qarşıdurmanı gücləndirməyə çoxsaylı cəhdlər edib. Indi də Fransa iki ölkə arasında gərginliyi qoruyub saxlamaq siyasəti yürüdür, Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının vasitəçiliyi ilə gedən sülh danışıqlarını pozmaq istiqamətində addımlar atmaqdadır. Avropa İttifaqının sərt məhdudiyyət qaydalarına baxmayaraq, Paris birtərəfli qaydada Ermənistanı silahlandırmaq kimi çirkin planını həyata keçirməyə çalışır. Azərbaycan isə bütün bunlara seyrçi qala bilməz.

Ölkəmiz Ermənistan üzərində hərbi üstünlüyünü qoruyub saxlamaq istiqamətində zəruri addımlar atır. Belə ki, yayılan məlumata əsasən, Azərbaycan 1,2 milyard ABŞ dolları dəyərində müqavilə ilə İsraildən əlavə İsrail istehsalı olan "Barak MX" hava hücumundan müdafiə sistemləri almağa qərar verib. Bu barədə məlumat yayan "Defence Industry Europe" saytı qeyd edir: "Bir neçə ay əvvəl "Defence Industry Europe" tərəfindən bildirildiyi kimi, "Israel Aerospace Industries" (IAI) Azərbaycanda "Barak MX" sistemlərinin uğurlu nümayişini həyata keçirib. İsrail Azərbaycana müdafiə sistemlərinin əsas tədarükçüsüdür. Bunlardan Ermənistanla son vaxtlar intensivləşən münaqişədə çox istifadə olunub". Sayt bildirir ki, Azərbaycanın rəsmi məlumatına görə, sınaq bu çox təkmil sistemin müxtəlif versiyalarının çoxlu buraxılışını əhatə edib. Sayt əlavə edib ki, "Israel Aerospace Industries" hava hücumundan müdafiə sisteminin bəzi versiyaları Azərbaycanda bir neçə ildir ki, fəaliyyət göstərir, lakin bu yaxınlarda keçirilən nümayişdə ən son təkmilləşdirilmiş versiyalardan bəziləri var. "Barak MX" modul tipli hava hücumundan müdafiə sistemidir, raket və təyyarə təhlükələrini aradan qaldırmaq üçün nəzərdə tutulub. O, həm dəniz platformalarında, həm də quruda fəaliyyət göstərir və "Barak" raket ailəsinə aiddir. "Barak MX" sistemi istənilən mövcud və yeni sensorlarla sadə inteqrasiyaya qadirdir. Bütün "Barak MX Land Deployable" komponentləri daimi infrastrukturdan idarə oluna və ya yük maşınına quraşdırıla və müvəqqəti əməliyyat sahələrinə yerləşdirilə bilər.

"Israel Aerospace Industries"in məlumatına görə, "Barak MX"in innovativ, proqrama əsaslanan modul yanaşması əməliyyatda təhdidlərə sadə uyğunlaşmanı təmin edərək istənilən hava şəraitində, gecə-gündüz fəaliyyət göstərir. Azərbaycanın rəsmi qurumları bu xəbəri hələ təsdiq etməyib. Bununla yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin bir müddət əvvəl yaydığı məlumatda deyilir ki, 2023-cü ilin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri Barak raket ailəsinə daxil olan "Barak 8-ER" Zenit Raket Kompleksindən atışları icra edib: "Atış çalışmalarında döyüş heyətləri tərəfindən "Barak 8-ER" Zenit Raket Kompleksinin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib".

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

23.05.2025 / 11:01
Türkiyəli müğənni onu təhqir edən izləyicisini həbs etdirdi....

23.05.2025 / 10:50
Putin düyməyə basdı, ordu hərəkətə keçdi - Rusiya Ukrayna ilə sərhəddə bufer zona yaradır…

23.05.2025 / 10:23
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

23.05.2025 / 10:15
Sumqayıtda 2 ədəd "Kalaşnikov" aşkarlandı

23.05.2025 / 10:07
ABŞ daha bir ölkəyə silah satır - 296 milyon dollarlıq MÜQAVİLƏ

23.05.2025 / 10:01
Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23.05.2025 / 09:35
"Atletiko" 50 milyon avroluq futbolçu ilə yeni müqavilə imzaladı

23.05.2025 / 09:25
İtaliyada doğum kəskin azalıb - əvəzində 5 milyona yaxın qoca var...

23.05.2025 / 09:25
Bir müğənninin sözü ilə məktəb direktorunun işdən qovulması pis nümunə ola bilər...

23.05.2025 / 09:18
Ukrayna və Rusiya arasında “1000-ə 1000” formatında əsir mübadiləsi başlayır

23.05.2025 / 09:12
Daha 49 ailə Kəngərliyə köçürüldü

23.05.2025 / 09:07
Görkəmli şair Abbas Abdullanın 85 illik yubileyi qeyd olunub...

23.05.2025 / 09:00
Tamp CAR prezidentini də Zelenski kimi cəzalandırmaq istədi, ancaq alınmadı...

23.05.2025 / 08:32
Azərbaycanda kişilər hansı məzmunda məişət zorakılığına məruz qalır?..

22.05.2025 / 22:51
"Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir" - İcma

22.05.2025 / 22:29
İstanbul Bələdiyyəsində 3-cü “dalğa” həbs əməliyyatları hazırlandı

22.05.2025 / 22:28
Tramp gələndən Ağ Evdəki darıxdırıcı görüşləri maraqlı qladiator döyüşlərinə çevirdi

22.05.2025 / 22:27
Senator: Bayden Administrasiyası COVID-19 peyvəndlərinin yan təsirlərini gizlətdi

22.05.2025 / 21:55
Ermənistanın Azərbaycan ərazilərinə hərbi müdaxilə öhdəliyi götürməsi barədə məxfi sənəd ortaya çıxdı - MƏHKƏMƏ + FOTO

22.05.2025 / 21:27
Özbəkistan Şuşa Bəyannaməsinə qoşulur, Azərbaycan Türk dünyasının əsas birləşdirici qüvvəsinə çevrilir...

22.05.2025 / 21:12
Qarabağda Azərbaycanla birgə hərbi təlimlər vaxtı İranın müdafiə naziri İrəvana niyə getdi?..

22.05.2025 / 21:00
"Suriya bölünəcək, yeni daxili müharibə başlayacaq" - ABŞ kimi hədələyir...

22.05.2025 / 20:46
Qərbi azərbaycanlılar üçün Ermənistandan təhlükəsizlik zəmanəti tələb edildi...

22.05.2025 / 20:32
Almaniyalı nazirdən sensasiyalı iddia - ABŞ Rusiyaya misilsiz sanksiyalar hazırlayır...

22.05.2025 / 20:19
Qərbi Azərbaycana qayıdış Bakı-İrəvan sülhünün mühüm şərtlərindən birinə çevrilir...

22.05.2025 / 20:05
Ermənistan Rusiya-Belarus ittifaq dövlətinə doğru itələnir - Köçəryan-Sarkisyan güruhu hücumda...

22.05.2025 / 19:52
İlham Əliyevin Türk İnvestisiya Fondu barədə fikirləri ümumtürk birliyini böyük hədəflərə yönəldəcək...

22.05.2025 / 19:45
Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

22.05.2025 / 19:38
Paşinyan Lavrovla KTMT-yə qayıdışı müzakirə etməkdən imtina etdi...

22.05.2025 / 19:25
Azərbaycan gəncləri Vətənin tərəqqisi naminə səfərbər olublar

22.05.2025 / 19:18
“Tramp Avropaya Ukraynayla Rusiyanı baş-başa buraxmağı təklif etdi” - BILD

22.05.2025 / 19:10
Lavrov indi “başa düşür” ki, Ermənistanın istehkamları Qarabağda əbədi qalmaq üçün idi...

22.05.2025 / 18:57
Türk dövlətlərinin nəqliyyat əməkdaşlığı Azərbaycanın üzərində dayanıb - Əliyev izah verdi...

22.05.2025 / 18:51
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verdi - "Savadım olmadığı üçün..."

22.05.2025 / 18:43
Türk sammitində Azərbaycanın COP29 uğuru rəsmi bəyan edildi - "körpü saldıq"...

22.05.2025 / 18:34
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik etdi

22.05.2025 / 18:30
Rusiya-Ermənistan münasibətləri yeni pillədə - Bakı-İrəvan sülhünü nə gözləyir...

22.05.2025 / 18:17
ABŞ Mərkəzi Asiyadan Azərbaycana qaz xətti çəkir - müzakirə başladı...

22.05.2025 / 18:10
“Macarıstan və Azərbaycan təbii müttəfiq və strateji tərəfdaşdırlar” - Əhliman Əmiraslanov

22.05.2025 / 18:03
Lavrov Ermənistana istədiyi ölkədən silah almağa icazə verdi - Fransa barədə narazılığını da bildirdi...

22.05.2025 / 17:50
Vüqar Rəhimzadə: Türk dövlətlərinin qlobal siyasi proseslərə təsir imkanları artır

22.05.2025 / 17:39
Terrorçu Yasin Hüseynzadənin edam edilməsi Bakı-Tehran münasibətlərinə təsir edəcək...

22.05.2025 / 17:26
Avropa Parlamentində yeni korrupsiya qalmaqalı - Belçika prokuroru 5 deputatın həbsinə icazə istədi...

22.05.2025 / 17:12
DGK xanım bloqerin gömrükçülərlə bağlı iddialarına cavab verdi...

22.05.2025 / 17:05
Beynəlxalq təşkilat Ermənistana Konstitusiya dəyişikliyi çağırışı etdi

22.05.2025 / 16:51
Məhkəmədə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etməsi öhdəliyini götürməsi barədə məxfi sənədin olmasını ifşa edən material nümayiş etdirildi

22.05.2025 / 16:27
“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi

22.05.2025 / 16:10
NATO baş katibi Rusiya ilə mümkün müharibənin tarixini açıqladı - başımız dərddə olacaq...

22.05.2025 / 16:04
Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

22.05.2025 / 15:52
İcra icraatı üzrə nağd ödəniş qadağan edildi - Əks halda 1000 manatadək cərimələnəcəklər

22.05.2025 / 15:50
Prezident bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi

22.05.2025 / 15:47
Mediasiya haqqında qanunda dəyişiklik edildi

22.05.2025 / 15:30
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə - dönərxana bağlandı...

22.05.2025 / 15:12
Qurban bayramında ardıcıl 4 gün iş olmayacaq...

22.05.2025 / 14:56
İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra razılığa gəldilər

22.05.2025 / 14:52
ABŞ Senatı Rusiyaya “təcrid” sanksiyaları barədə xəbərdarlıq etdi

22.05.2025 / 14:50
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

22.05.2025 / 14:48
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

22.05.2025 / 14:47
Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib - SƏRƏNCAM

22.05.2025 / 14:45
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırıldı - FƏRMAN

22.05.2025 / 14:44
Azərbaycan Türk Dövlətləri Təşkilatı üçün açar ölkəyə çevrilir

22.05.2025 / 14:26
DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqladı

22.05.2025 / 14:11
Masallıda 15 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

22.05.2025 / 13:42
Azərbaycan musiqilərini oğurlayan erməni qarmonçunun ifaları “YouTube”dan silindi

22.05.2025 / 13:28
İrəvan qazılığının fəaliyyəti bərpa edildi - yeni qazı təyin olundu...

22.05.2025 / 13:21
Daha bir narkotacir ifşa olundu - mənzildə satırdı...

22.05.2025 / 13:10
Армения испугалась не на шутку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.05.2025 / 12:52
Binəqədidə silsilə oğurluqlar edən şəxs tutuldu

22.05.2025 / 12:45
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edildi

22.05.2025 / 12:23
Növbəti köç karvanı Xocalıya yola salındı...

22.05.2025 / 12:04
Özbəkistan Prezidenti Azərbaycanla müttəfiqlik Müqaviləsini təsdiqləyib

22.05.2025 / 12:00
QMİ Qurban bayramı ilə bağlı fətva verib - İyunun 6-da Bayram namazları qılınacaq

22.05.2025 / 11:31
"İran uranın zənginləşdirilməsi üçün heç kimdən icazə almayacaq" -Xameneidən ABŞ-a mesaj

22.05.2025 / 11:21
Azərbaycan XİN İsrailə başsağlığı verib

22.05.2025 / 11:15
Hökümətdən benzin və dizel ilə bağlı MÜHÜM QƏRAR

22.05.2025 / 11:06
Prezident İlham Əliyev Möminə xatun türbəsi barədə Sərəncam imzaladı

22.05.2025 / 11:03
Rusiya miqrantlara qarşı savaşa başladı. Məqsəd nədir? - CANLI

22.05.2025 / 11:00
60 şübhəli saxlanılıb - Polisdən açıqlama

22.05.2025 / 10:35
Putinin müşaviri SSRİ-nin qanuni olaraq mövcudluğunu bəyan etdi

22.05.2025 / 10:27
Azərbaycanlı qadın təyyarədə vəfat edib

22.05.2025 / 10:20
"Mançester Yunayted " üçün 51 ildən sonra yeni antirekord!

Azərbaycan gəncləri Vətənin tərəqqisi naminə səfərbər olublar

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678