KTMT-yə Ermənistanın üzvlüyünün dayandırılması ilə bağlı müraciət daxil olmayıb - Peskov açıqladı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə Ermənistanın təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı heç bir rəsmi bəyanat daxil olmayıb. Bu barədə “İnterfaks”a KTMT-nin mətbuat xdmətindən bildirilib.
“Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı fikirlərə gəlincə, görünür, söhbət təşkilatın son zamanlar keçirdiyi tədbirlərdə respublikanın iştirak etməməsindən gedir”, - deyə məlumatda qeyd olunub.
ZÜMRÜD