Makron fantastik təxayüllə Paşinyanın başını tovladı...
Fransa prezidenti Emmanuel Makronun Nikol Paşinyanı Parisə çağırması, ikitərəfli görüşlər zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar onu yenidən "gündəmə" gətirib. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: Makron Parisdə bir saxta antifaşist erməninin məzarının dəyişdirilmə prosesində Paşinyana deyib: "Mən istəyirəm ki,Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında əməkdaşlıq daha da gücləndirilsin".
Bu istəyi absurdlaşdıran odur ki, Makron sanki Cənubi Qafqazın açarı sayılan Azərbaynsız bu planın həyata keçməsinin mümkünsüzlüyünü anlamır. Bölgədə heç bir pozitiv imkanı olmayan Ermənistanı "tovlayıb dalına atmaqla" hara gedəcəksən, ay zavallı?!
Həqiqətən Mərkəzi Asiya- Qafqaz- Avropa xətti üzrə əməkdaşlığın qurulmasını və burada Fransanın da bir mənfəət sahibi olmasını istəyirsənsə, ilk növbədə Azərbaycanın və Türkiyənin qapısına gəlməlisən, Makron cənabları....
Həm də Azərbaycanla Türkiyə bu xətt üzrə kontinental əməkdaşlığa artıq Makronsuz start verib. Layihə gerçəkliyə çevrilir.Ancaq bu əməkdaşlıq marşrutu boyunca Fransa həsrətində olduğu Mərkəzi Asiya uranını Fransaya daşıya bilməyəcək....
Mətləb