Paşinyan Ermənistanın KTMT-də iştirakını dondurub - Görək bundan sonra nə olacaq
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub, bununla belə, Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması məsələsi gündəlikdə deyil. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“KTMT xüsusilə 2021 və 2022-ci illərdə (Ermənistan-Azərbaycan sərhədində hərbi qarşıdurmalar – İF) Ermənistanla bağlı reallığa müvafiq münasibət göstərmədi və bu, bizim diqqətimizdən kənar qala bilməzdi. Bu gün biz bu müqavilədə, bu təşkilatda iştirakımızı faktiki olaraq dondurmuşuq. Görək bundan sonra nə olacaq”, - deyə o, “France 24” telekanalına müsahibəsində bildirib.
Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazasına gəlincə, Paşinyan bunun Kollektiv Təhlükəsizlik Müqaviləsinə aidiyyətinin olmadığını söyləyib.
“Əslndə bu, başqa bir müqavilədir və hazırda bu barədə danışmırıq”, - deyə baş nazir qeyd edib.
ZÜMRÜD