Təkcə yanvarda 25,6 mindən çox pensiya, müavinət və təqaüd ödənilib ...
![Image](/uploads/posts/2024-02/f9b454dc-04ad-4d65-a8c4-97ba5f10c893.webp)
2024-cü ilin yanvar ayı ərzində 25,6 mindən çox pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. Bu barədə baki-xeber.com-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, bunun 5,6 mindən çoxu pensiya, 19,9 mindən çoxu müavinət (o cümlədən 4,8 mindən çoxu MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.
İradə SARIYEVA