DİN açıqladı: Xankəndidə silah-sursat tapılıb
![Image](/uploads/posts/2024-02/1708666528548953505_1200x630.webp)
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 8 müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 43 patron darağı, 2297 müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Mətləb Salahov