Putin Baydenin təhqiramiz sözlərinə cavab verdi - "Deyə bilməz ax: Volodya, afərin, sən mənə çox kömək etdin"
Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ prezidenti Co Bayden tərəfindən onun ünvanına səslənən kobud ifadələrə baxmayaraq, Ağ Evin hazırkı rəhbərinin seçkilərdə qələbəsi Rusiya üçün daha yaxşı olacaq. O bildirib ki, Baydenin ona qarşı təhqiramiz ifadələri Moskvanın niyə ABŞ prezidenti kimi Donald Trampın yerinə Baydenə üstünlük verdiyinin sübutudur.
«Biz bu yaxınlarda danışdıq və siz məndən soruşdunuz ki, ABŞ-ın gələcək prezidenti kimi bizim üçün kim daha yaxşı olar və mən dedim ki, istənilən prezidentlə işləyəcəyik, amma düşünürəm ki, Bayden bizim üçün, Rusiya üçün daha yaxşıdır», - Putin "Rossiya-1"ə açıqlamasında bildirib.
«İndi dediyi sözlərə əsasən, mən tamamilə haqlıyam, çünki bu mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır», - Putin əlavə edib.
"Axı o, mənə deyə bilməz: “Volodya, afərin, təşəkkür edirəm, sən mənə çox kömək etdin". Biz orada daxili siyasi nöqteyi-nəzərindən nə baş verdiyini başa düşürük və bu reaksiya tamamilə adekvatdır, demək, mən haqlı idim", - o deyib.
"Məndən soruşdular ki, bizim üçün ən yaxşısı nədir. Dediyim kimi, indi də düşünürəm və təkrar edə bilərəm - Bayden", - Putin bildirib.
TAHİR