Baydenin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Azərbaycana gəlib
ABŞ prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Azərbaycana səfərə gəlib. Bu barədə ABŞ-nin Bakıdakı səfirliyindən məlumat verilib.
“ABŞ-nin Bakıdakı səfirliyi ABŞ prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazı Azərbaycanda salamlayır”, - məlumatda deyilir.
Qeyd olunur ki, səfər çərçivəsində Biniaz Azərbaycanda hökumət rəsmiləri ilə görüşlər keçirməyi planlaşdırır.
ZÜMRÜD