Cümə axşamı günü, 10 iyul 2025
     

"Faciələrimizi unutmamalı, nəsildən-nəslə çatdırmalıyıq" - Vüqar Rəhimzadə

Image

İnsanlığa qarşı qəddarlığına, vəhşiliyinə görə ən dəhşətli faciə kimi tariximizə yazılmış Xocalı soyqırımının törədilməsindən 32 il keçir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, Pircamal kəndləri yaxınlığında erməni terrorçuları tərəfindən ya qətlə yetirildi, ya da əsir götürüldü. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər ən vəhşi üsullarla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edildi. Şəhər yerlə-yeksan edildi.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı qırğınla müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayət kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Fərmanı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.

Azərbaycan diplomatiyasının əsas hədəfi Xocalı faciəsini soyqırımı kimi dünyaya tanıtmaqdır. Dövlətimizin uğurlu, tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti nəticəsində artıq Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Belə ki, Xocalı soyqırımı ilə bağlı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edildi. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları səviyyəsində tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ildə qəbul etdiyi tarixi qərarında "Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən etmişdir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə  KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası da faciənin tanıdılması istiqamətində atılan mühüm addımlar sırasındandır. Bu kampaniyaya 2008-ci ildən başlanılıb. Kampaniyaya dəstək yüksək səviyyədədir. "Xocalıya ədalət!" kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, sözügedən soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, faciə qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıqlar yaratdı. "Dəmir yumruq" tarixi Zəfərimizin rəmzinə çevrildi. Yağı düşməndən şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qisası döyüş meydanında alındı. Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan dövləti ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması üçün səylər göstərdi. Məsələnin sülh yolu ilə həllinə nail olmağa çalışdı. Lakin Ermənistan yenə də havadarlarının dəstəyinə arxalanaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmədi, hərbi təxribatlarını davam etdirdi. Bu vəziyyət antiterror tədbirlərini qaçılmaz etdi. Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19-20 sentyabr tarixlərində həyata keçirdikləri və bir sutkadan da az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il doğum günü ərəfəsində Xankəndiyə, Xocalıya səfər etməsi böyük tarixi hadisə olmaqla yanaşı, qısa müddətdə görülən işlərin təqdimatı kimi çağdaş tariximizə düşdü. Belə ki, dövlət başçısı səfər çərçivəsində bir günlük lokal antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocalı rayonunun Naxçvanlı, Pircamal, Xanabad, Pirlər, Dağdağan, Şuşakənd kəndlərində oldu.

Vüqar Rəhimzadə bildirib ki, hazırkı dövrün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının genişləndirilməsi, soydaşlarımızın mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdışıdır. Artıq suverenliyimizin tam bərpa olunması və bunun əsasında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkilərinin keçirilməsi ilə Azərbaycanın həyatında yeni dövr başlayıb. İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində hədəfləri açıqlayarkən bu il soydaşlarımızın qayıdacağı ünvanları da diqqətə çatdırdı. Sakinlərinə qovuşan Füzuli və Laçın şəhərlərinin sırasına bu il Cəbrayıl, Kəlbəcər, Şuşa, Xocalı və Xankəndi şəhərləri də daxil olacaq. Bu il 25 Xocalı ailəsinin öz doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub.

YAP Xətai rayon təşkilatının sədri diqqəti Xocalı faciəsinin ildönümü günlərində ənənəvi keçirilən anım mərasimlərinə də yönəldib. Bildirib ki, hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşü bütün dünyaya çağırış oldu: "Bir daha sübut olundu ki, əksər dünya gücləri ədaləti və beynəlxalq hüququ maraqlarına qurban versələr də, həqiqəti inkar etmək qeyri-mümkündür. Tarixi Zəfərimiz bu məqamlara bir daha işıq saldı. Ədalət məfhumu var, sadəcə bunun üçün səylər göstərmək, informasiya mübarizəsində üstünlüyü qazanmaq və qorumaq gərəkdir. Tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifinin edilməsi ermənilərin törətdikləri faciələri, hərbi təxribatları unutmaq anlamına gəlməməlidir. Faciələrimizi unutmamalı, onları nəsildən-nəslə çatdırmalıyıq".



VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910