Cümə günü, 25 iyul 2025
     

Rusiya-Ukrayna savaşı ABŞ-a milyardlar qazandırır, Avropanı çökdürür...

Image

Avropa dövlətlərinin, xüsusilə də Almaniya iqtisadiyyatının tənəzzülə doğru irəlilədiyi bir vaxtda Ukraynada davam edən hərbi əməliyyatlar hesabına ABŞ iqtisadiyyatı yüksələn xətlə inkişaf edir. Bu fikirlər Almaniyanın "Berline Zeitung" nəşrində yer alıb. 

Qeyd edilir ki, Ukraynaya hərbi yardım göstərmək ABŞ-ın hərbi sənaye kompleksi üçün çox faydalıdır. Onların sifarişləri həddən artıq artıb. Qəzet "The Wall Street Journal"a istinadla yazır ki, 2022-ci ilin fevralından 2024-cü ilin fevralına kimi ABŞ-ın hərbi sənaye kompleksinin istehsal həcmi 17,5 faiz artıb. Hərbi sifarişlər ABŞ iqtisadiyyatının 0,5 faiz artmasına səbəb olub. Sifarişlər yalnız Ukraynadan deyil, Avropadan da daxil olur. Polşa "Apache" vertolyotları, zenit raket kompleksi, M1A1 "Abrams" tankları almaq üçün 30 milyard, Almaniya 60 ədəd CH-47F "Chinook" vertolyotu almaq üçün 8,5 milyard, Çexiya qırıcı F35 təyyarələr almaq üçün 5,6 milyard dollar vəsaiti ABŞ hərbi sənaye kompleksi çərçivəsində fəaliyyət göstərən şirkətlərə ödəyiblər. Ağ evin Milli İqtisadiyyat Şurasının sədri Leyl Breynard bildirib ki, hərbi sifarişlər ABŞ üçün olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, bu sifarişlər ABŞ–da ümumi istehsalı artırır, yeni iş yerləri yaradır. "The Wall Street Journal" isə yazır ki, prezident Co Bayden administrasiyasının nümayəndələrinin bəyanatlarına görə, Ukraynaya ayrılan 60,7 milyard dolların 64%-i faktiki olaraq ölkənin müdafiə sənayesi bazasına qayıdacaq. Analitiklər son vaxtlar Avropa hökumətlərinin Amerika qırıcıları və digər hərbi texnikaya xərclədiklərini "gələcək nəsil üçün sərmayə" adlandırırlar. Dövlət Departamenti bu yaxınlarda bildirib ki, Birləşmiş Ştatlar sentyabr ayına qədər 80 milyard dollardan çox silah müqaviləsi imzalayıb ki, bunun da təxminən 50 milyard dolları Polşa və Almaniya da daxil olmaqla Avropa müttəfiqlərinə gedir. "Wolfe Research" analitiki Mayls Ualton qeyd edir ki, belə nəticələr tarixi normadan beş dəfə artıqdır. "The Wall Street Journal" daha sonra yazır ki, keçən il ABŞ 100 milyard dollar dəyərində beş yeni layihə həyata keçirməklə dünyanın ən böyük maye qaz ixracatçısı oldu. "Rapidan Energy Group"un qlobal qaz tədqiqatlarının direktoru Aleks Manton deyir ki, bu layihələrin əksəriyyəti yalnız Ukraynada hərbi əməliyyatlar başlayandan sonra işə düşüb. Onun sözlərinə görə, Avropaya qaz tədarükündəki fasilələr maye qazın potensial dəstəkçiləri üçün dəyərini sübut etdi və sənaye istehsalına kömək oldu. "Quincy" İnstitutunun Məsuliyyətli Hökumət üzrə baş elmi işçisisi Uilyam Hartunq isə bildirib: "Biz bilirik ki, ABŞ firmaları üçün Ukraynadakı müharibənin birbaşa və dolayı nəticələrinə əsaslanan on milyardlarla potensial müqavilələr var, lakin daha aydın olmayan şey şirkətlərin bu vəsaitləri nə qədər tez görəcəkləridir".

ABŞ böyük vəsaitlər əldə etdiyi halda Avropada fərqli durum hökm sürür. Dünyanın aparıcı iqtisadi agentliyi "Bloomberg" Almaniyanın super sənaye dövləti statusunu itirdiyini bildirir. "Bloomberg" bildirir ki, sənaye istehsalında azalma bir neçə ildir nəzərə çarpır, lakin son iki ildə intensivləşib. Təxmin edildiyi kimi, Rusiyadan ucuz qazın olmaması səbəbindən bunlar baş verir. Bu səbəbdən kimya və polad zavodları, məsələn, boru istehsalı üçün iki fabrik bağlanıb. Məhsullar qiymətə görə rəqabətsiz olur. Almaniyada sənaye istehsalının payı ÜDM-in 20%-ni təşkil edir, ABŞ-da bu, cəmi 10%-dir. Qeyd edilir ki, bu,  Avropanın Rusiyanı məğlub etmək üçün verdiyi şüurlu qurbanlardır. Baş verənlər fonunda "Moskovskiy Komsomolets" qəzeti yazır: "Çoxdan məlumdur ki, amerikalılar istənilən müharibədən böyük qazanc əldə edirlər. Birləşmiş Ştatlar Birinci və İkinci Dünya müharibələrindən daha zəngin və güclü çıxdı. Və onlar həm də müharibələr nəticəsində dünya hegemonu oldular, müttəfiqlərinin sümükləri üzərində zirvəyə yüksəldilər. İkinci Dünya müharibəsindən sonra dənizlərin hökmdarından Vaşinqtonun lal nökərinə çevrilən Böyük Britaniya bu barədə xüsusilə ətraflı danışa bilər. İndi Amerikanın inanılmaz böyüməsinin də başadüşülən səbəbləri var. Avropaya "aqressiv" rus qazını əvəz etmək lazımdırmı? Amerikada əvəzedici var. Bununla belə, bu, mayeləşdirilmiş qazdır və daha bahalıdır,  daşınması çox vaxt aparır. Amma reallıq budur. Silah lazımdır? Ən yaxşı silahlar burada, Amerikada istehsal olunur. İndi bazarda sıxışdırılan Rusiya nefti üçün yer var.  Avropa  nefti də  Amerikadan almağa məcbur edilir. ABŞ Avropaya Rusiya neft-qazının alışını qadağan etdiyi vaxtda özü bəzi məhsullar üzrə fərqli mövqedədir.  2023-cü ildə Rusiyadan ABŞ-a zənginləşdirilmiş uran idxalı 1,19 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 360 milyon dollar çoxdur. Və bu, əslində 1992-ci ildən bəri rekorddur. Amma bu, Amerika nüvə stansiyaları üçün yanacaq, yəni eyni enerji daşıyıcısıdır. Bəs niyə Rusiya uranı Rusiya qazından daha az "aqressiv"dir? Yoxsa hər şey kimin alması ilə bağlıdır? Yalnız Avropaya kəmərlərini sıxmaq lazımdır. Amma amerikalıların buna ehtiyacı yoxdur". 

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 22:35
Ermənistan Zəngəzur dəhlizini ABŞ-a icarəyə verməkdən imtina etdi

24.07.2025 / 21:43
Ermənilərin təxribatları nəticəsində yaralanmış, evləri dağıdılmış, əsir və girovluqda olmuş 60-dan çox zərərçəkmiş şəxs ifadə verdi - MƏHKƏMƏ +FOTO

24.07.2025 / 21:08
Dünyanın diqqəti Zəngəzur dəhlizinə fokuslanır...

24.07.2025 / 21:01
Lerikdə yanğına səbəb olan iki nəfər saxlandı

24.07.2025 / 20:52
Düşmən kəşfiyyatı Azərbaycanın nüfuzlu adamları barədə məlumatlar toplayır... Ayıq olun...

24.07.2025 / 20:36
Ermənistan daxildə qanlı toqquşmalar mərhələsinə girdi...

24.07.2025 / 20:21
Ermənistan Zəngəzurun icarəyə verilməsi məlumatlarını məqsədli yayır...

24.07.2025 / 20:04
Rusiya Azərbaycanla münasibətlərini daha da gərginləşdirir - yeni şok detallar üzə çıxır...

24.07.2025 / 19:49
Fransada islamofobiya yenidən qızışır - müsəlmanlara qarşı repressiyalar kəskinləşdi...

24.07.2025 / 19:35
100 mindən çox sənədsiz ev sahiblərinə Prezidentdən böyük töhfə...

24.07.2025 / 19:20
Suriya İsrailin təcavüzünə qarşı Türkiyədən hərbi dəstək istədi...

24.07.2025 / 19:06
Putin "ekstremist" adı ilə müxalifətin üstünə qanuni yürüşə başladı...

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 18:03
Prezident İlham Əliyev Putinə başsağlığı verdi

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:12
Qarabağda Zəfər bayrağı qaldıranlardan biri – Muxtar Babayev...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910