Çərşənbə günü, 21 may 2025
     

Avroittifaq komissarı ermənilərə görə Azərbaycanı əsassız hədələdi...

Image

Elşən Həsənov: "Avropa İttifaqındakı Fransa, Almaniya kimi dövlətlərin Azərbaycana qarşı mövqeyi heç nəyi dəyişmir"

Avropa Birliyi nazirləri Ermənistanda Azərbaycanla sərhədin gərgin olan ərazilərində "daha çox patrul həyata keçirəcək mülki missiyanın sayının artırılması" təklifini dəstəkləyib.

Bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell məlumat verib.

Onun sözlərinə görə, Avropa Sülh Fondunun vəsaitləri hesabına Ermənistana mümkün dəstək və Ermənistan vətəndaşları üçün "vizanın liberallaşdırılması" variantı da müzakirə olunub:

"Biz Ermənistanda sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlərə qarşı xüsusilə ayıq olmalıyıq – istər daxildən, istərsə də xaricdən. Azərbaycana mesajım aydın idi: Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək cəhdləri qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ağır nəticələr doğuracaq".

Göründüyü kimi, Avropa rəsmisi açıq mətnlə Ermənistana görə Azərbaycanı hədələmiş oldu.

Komissarın bu mövqeyi necə dəyərləndirilə bilər?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Avropa İttifaqındakı Fransa, Almaniya kimi dövlətlərin Azərbaycana qarşı mövqeyi heç nəyi dəyişmir: "Avropada kim erməni havasına oynayırsa, özü ziyan çəkir. Çünki Azərbaycanın Aİ ilə əlaqələri inkişaf etməkdədir. Əsas məsələ də budur ki, Azərbaycanın Avropaya ehtiyacı yoxdur. Əksinə, Aİ Azərbaycandan asılı vəziyyətdədir. Bu gün Avropanın Azərbaycanın qazına ehtiyacı var. Beləliklə, yaxşı başa düşülməlidir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Yox, Fransa və Almaniya kimi ölkələr bunu başa düşüb yenə də öz dediklərində qalırlarsa, deməli, onlar özləri Aİ-nin maraqlarına xələl gətirirlər. Aİ üçün Azərbaycanın daha bir önəmli əhəmiyyəti də var. Belə ki, Aİ Mərkəzi Asiya ilə əməkdaşlıq üçün strategiya qurur. Amma Avropadan Mərkəzi Asiyaya yol Azərbaycandan keçir. Yaxşı olardı ki, İttifaqdakı bəzi dairələr, ilk növbədə Fransa Azərbaycanla əlaqələrə böyük zərər vurmaqdan əl çəksin. Fransanın qeyri-adekvat davranışları müşahidə missiyası  ilə bağlı çərçivələri pozmağa başladı, daha çox sayda, daha uzun müddətə növbəti missiya göndərilməsi ilə bağlı məsələlər gündəmə gəldi və Azərbaycanın razılığını almadan Ermənistana iki illik missiya göndərmək qərara alındı. Fransanın timsalında davranışlar fonunda artıq sirr deyil ki, Avropa İttifaqı qərəzli davranacaq. Əgər Avropa İttifaqı qərəzsiz davransaydı ötən ilin oktyabrından başlanan missiyanın hesabatlarında Ermənistan tərəfindən dəfələrlə pozulan atəşkəslə bağlı hər hansı rəsmi açıqlanan hesabat olmalı idi, amma yoxdur, çünki bu heyətin əsas məqsədi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət etməkdir. İrəvanı da cəsarətləndirən məhz avropalı müşahidəçilərin bu mövqeyidir və ermənilər əmindir ki, missiyanın "təhlükəsizlik çətiri" onları qoruyacaq".

13 noyabr 2023-cü il tarixində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell tərəfindən Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada qeyd edilib.

Bildirilib ki, Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib…

Məhəmmədəli QƏRİBLİ



VİDEO

SON XƏBƏRLƏR

21.05.2025 / 23:21
Roma Papası İsraili biabır etdi

21.05.2025 / 23:13
Lavrov Ermənistanın, Azərbaycanın və Gürcüstanın birliyini pozanları günahlandırdı

21.05.2025 / 22:31
"Azərbaycanla bağlı əsas diqqətimiz Ermənistanla sülhün əldə olunmasına yönəlib" - ABŞ dövlət katibi

21.05.2025 / 22:19
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Macarıstana işgüzar səfərindən görüntülər paylaşılıb - VİDEO

21.05.2025 / 22:17
Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

21.05.2025 / 21:32
Gürcüstan Rusiyaya xatir Qərblə bütün körpüləri yandırdı, Rusiyanın cavabı belə oldu...

21.05.2025 / 21:31
Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb - FOTO

21.05.2025 / 21:17
İşğaldan azad ərazilərdə Azərbaycan-İran təlimlərinə İrəvandan reaksiya verilmədi...(?)

21.05.2025 / 21:04
Tramp Rusiya ilə Ukraynanın arasından çəkildi, Avropa sanksiyaları artırdı

21.05.2025 / 20:50
Əliyevdən Ermənistanın Avropa havadarlarına konkret mesaj - “gec-tez məcbur olacaq”...

21.05.2025 / 20:36
Budapeştdən mesaj gəldi - İrəvan qarışdı...

21.05.2025 / 20:23
Lavrov İrəvanda "Putin qatil" plakatları ilə qarşılandı...

21.05.2025 / 20:09
Məktəb direktorlarının davranışlarında neqativlər getdikcə artır - problem direktorların qadın olmasındadır, ya...

21.05.2025 / 19:56
Azərbaycanın qeyri-rəsmi sammitlər ənənəsi - Türk Dövlətləri Təşkilatını dünya tanıdı...

21.05.2025 / 19:52
Ramzan Kadırovun 17 yaşlı oğlu yenə medal yağmuruna tutuldu

21.05.2025 / 19:43
Macarıstanın Avropa Birliyindən şikayətləri artır - qurum özünü yenə çətinə saldı...

21.05.2025 / 19:30
Sultan Alparslan 11-ci əsrdə Şeybanilərin və Mərvanilərin dəstəyi ilə Anadoluda necə məscid inşa etdirə bilərdi?...

21.05.2025 / 19:17
TDT-nin öz maliyyə fondu olsaydı, Orta Asiya ölkələri Türk Kiprini Avropanın ayağına verməzdilər - Əliyev uzaq hədəfi vurur...

21.05.2025 / 19:05
“Köhnəlməyən xiffət” nədir? - "Natəvan" klubunda araşdırıldı...

21.05.2025 / 18:48
Macar kapitalı Azərbaycanın neft yataqlarında - Rusiya nefti tam kəsilsə də, ziyan yoxdur...

21.05.2025 / 18:34
Avropanın mərkəzində Türk Zirvəsindən dünyaya hansı mesajlar verildi...

21.05.2025 / 18:20
Hindistanın ən varlı biznes şirkəti Bakıya "müharibə" elan etdi...

21.05.2025 / 18:07
Avropa Birliyində Macarıstan kimi müstəqil iradə göstərmək hamının bacardığı iş deyil...

21.05.2025 / 17:53
Ərəb Körfəz ölkələrinə bunca yaxınlaşmaq nədir, oradan gələn turistlərin azalması nədir...

21.05.2025 / 17:39
Vatikan Zelenski və Putini danışıqlara dəvət edib

21.05.2025 / 17:33
Finlandiya Putinin pullarını Zelenskiyə xərcləməyin yolunu tapdı...

21.05.2025 / 17:21
Macarıstan-Azərbaycan bənzərliyinin bariz nümunəsi - milli dəyərlər eyni cür qorunur...

21.05.2025 / 17:08
Azərbaycançılıq və postmüharibə dövrünün milli ideyası...

21.05.2025 / 17:05
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib

21.05.2025 / 16:57
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

21.05.2025 / 16:54
Pakistanda 66 il sonra bir ilk – Hindistanı yerində oturdan generala marşal rütbəsi verildi...

21.05.2025 / 16:39
"Azərbaycan və Macarıstan liderlərinin dostluq münasibətləri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır" - Vüqar Rəhimzadə

21.05.2025 / 16:17
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalandı

21.05.2025 / 16:14
Səfirliyimizə hücum etmiş terrorçunun edamını 2 diplomatımız da izləyib...

21.05.2025 / 16:09
Prezident İlham Əliyev Budapeştdə TDT-nin dövlət və hökumət başçılarının şərəfinə verilən rəsmi lançda iştirak edib - FOTO

21.05.2025 / 16:02
Məhkəmə MN-də 143 milyonluq mənimsəmə ilə bağlı qərar çıxardı...

21.05.2025 / 15:58
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək

21.05.2025 / 15:48
Lavrov "3+3” formatında növbəti iki görüşün Bakı və İrəvanda keçirilməsini təklif etdi...

21.05.2025 / 15:26
"Ermənistan Azərbaycanın rayonlarını uzun müddət işğal etmək üçün Rusiya silahlarından istifadə edib" - Lavrov

21.05.2025 / 15:12
Şavkat Mirziyoyev Bakı sammitində türk dövlətləri arasında strateji tərəfdaşlıq haqda sazişin imzalanmasını təklif etdi

21.05.2025 / 15:10
Ərdoğan Şimali Kiprin tanınmasını tələb etdi

21.05.2025 / 15:09
Ermənistan vətəndaşları hesab edirlər ki, onların dövləti yoxdur

21.05.2025 / 15:08
Ermənilər Sergey Lavrovun İrəvana səfərinə etiraz etdilər

21.05.2025 / 14:55
Rusiya “İsgəndər” raketi ilə Ukraynada təlim poliqonunu vurdu, Kiyevdə Baş Qərargah rəisinin istefası istəndi... - VİDEO

21.05.2025 / 14:43
Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr

21.05.2025 / 14:21
"Qohum nikahlarını qadağan edən qanunun qəbulundan sonra qohumlar sürətli şəkildə evlənməyə başladılar" - Şöbə müdiri

21.05.2025 / 14:09
DİN-dən növbəti əməliyyat - iki nəfər 14 kq narkotiklə tutuldu - FOTO

21.05.2025 / 14:05
Prezident İlham Əliyev Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib - FOTO

21.05.2025 / 13:54
"Prezident İlham Əliyevin regiona barış gətirəcək lider olaraq tarixə keçəcəyinə əminəm" - Ərdoğan

21.05.2025 / 13:28
Bank kartlarından 7 min manatdan çox pul oğurlandı...

21.05.2025 / 13:19
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

21.05.2025 / 13:14
Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

21.05.2025 / 13:10
Ара Абрамян что-то потерял, и найти не может! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.05.2025 / 12:56
"Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk" - Prezident

21.05.2025 / 12:55
Orban Prezident İlham Əliyevə təşəkkür etdi...

21.05.2025 / 12:51
Prezident İlham Əliyev: "Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir"

21.05.2025 / 12:50
"Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur" - Prezident

21.05.2025 / 12:48
Prezident: "Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək"

21.05.2025 / 12:47
ABŞ-dan Suriya ilə bağlı xəbərdarlıq - keçid hökuməti həftələr ərzində çökə, ölkə parçalana bilər...

21.05.2025 / 12:45
"Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır" - Prezident İlham Əliyev

21.05.2025 / 12:30
Ötən il 52 kişi məişət zorakılığına məruz qalıb...

21.05.2025 / 12:22
Prezident İlham Əliyev Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

21.05.2025 / 12:15
Lənkəranda 33 yaşlı şəxsə zorakılıq edənlər yaxalanıb

21.05.2025 / 12:09
NYT: “Trampı artıq Rusiyaya qarşı sanksiyalar maraqlandırmır onun başqa planları var”

21.05.2025 / 12:03
Tramp və Putin dünyanı bölüşdürürlər...

21.05.2025 / 11:52
Polis orqanlarına yeni səlahiyyətin verilməsi təklif edilir

21.05.2025 / 11:43
Bakıda minifutbol üzrə dünya çempionatı başlayıb

21.05.2025 / 11:41
"Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaq" - Prezident

21.05.2025 / 11:31
Kəlbəcər sakini Gəncədəki yol qəzasında ölüb

21.05.2025 / 11:25
"Azərbaycan və Türkiyənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır" - Prezident

21.05.2025 / 11:22
Reuters: “ABŞ Çinlə uzunmüddətli müharibəyə hazırlaşır”

21.05.2025 / 11:15
Türkiyədə xüsusi əməliyyat - 300-ə qədər İŞİD şübhəlisi həbs edildi

21.05.2025 / 11:14
Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

21.05.2025 / 11:07
Özbəkistandan QƏRAR - Azərbaycan vətəndaşları üçün ölkəyə giriş sadələşdirilir

21.05.2025 / 11:00
Naxçıvanda yeni nazir təyin olundu

21.05.2025 / 10:30
Bu axşam Avropa Liqasının finalı olacaq

21.05.2025 / 10:23
"Yeşilçam"ın ulduzunu həkimlər öldürüb?

21.05.2025 / 10:18
Ekrem İmamoğlunun axtarılan telefonu da tapıldı...

21.05.2025 / 10:12
Baş nazirdən lisenziya şərtləri barədə MÜHÜM QƏRAR

21.05.2025 / 10:05
İrandakı səfirliyimizə hücum edən şəxs edam olundu- TƏCİLİ

21.05.2025 / 10:00
Sumqayıtda 9 minə yaxın abonent qazsız qalacaq

Azərbaycançılıq və postmüharibə dövrünün milli ideyası...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678