İşğaldan azad edilmiş ərazilərdə avtomobil yolları ilə bağlı 13 layihə icra olunur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində avtomobil yolları ilə bağlı 3 layihənin icrası başa çatıb, 13 layihə isə icra olunur.
"Bərdə-Ağdam, Hadrut-Füzuli və Zəfər yolları artıq hazırdır. Digər layihələr üzrə də işlər sürətlə gedir. Bəzi layihələrin icra vəziyyəti 70 %-i keçib. Bu ilin sonuna, gələn ilin ortalarına layihələrin 80-90 %-i tamamlanacaq", - deyə o qeyd edib.
Mətləb Salahov