Cümə axşamı günü, 17 iyul 2025
     

Ermənistan Azərbaycanla yeni toqquşmaların əsasını qoydu...

Image

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, hərbi-siyasi qələbələrinin ardınca Ermənistanla yekun sülh müqaviləsinin imzalanması üçün heç bir prinsipial maneə qalmasa da, İrəvan prosesin başa çatmasında maraqlı tərəf kimi çıxış etmir. 

Ermənistanda hələ də "Dağlıq Qarabağın nümayəndəliyinin" mövcudluğu, o cümlədən fevralın 20-də "Arsax prezidentinin" və "rəsmilərinin" iştirakı ilə separatizmin dirçəlişinin 36-cı ildönümünə həsr olunmuş tədbirin təşkil edilməsi, revanşist bəyanatlar səsləndirilməsi göstərir ki, baş nazir Nikol Paşinyanın davamlı sülh ritorikası əslində yalandan başqa bir şey deyil.

Hazırda görünən odur ki, Ermənistan rəhbərliyi Azərbaycanı təhdid edən, terrorla hədələyən bu cür revanşist qüvvələri susdurmur. Qeyd edək ki, ləğv edilmiş separatçı rejimin son başçısı Samvel Şahramanyan uzun fasiələdən sonra "silahdaşları" ilə birlikdə erməni separatizminin 36-cı ildönümünü qeyd etmək üçün "Yerablur" qəbiristanlığına gedib. Həmçinin İrəvanda separatçılar bir neçə tədbir də keçiriblər. Doğrudur, Ermənistan rəsmilərindən heç kəs onların tədbirlərinə qatılmayıb. Amma Azərbaycan dövlətinin, suverenliyinin əleyhinə yönəlmiş bu kimi tədbirlərin keçirilməsinə icazə verilməsinin özü ciddi məsələdir. Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov  bunların səbəbləri barədə danışarkən qeyd edir: "Bir xalq və ölkə kimi Ermənistan üçün Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamaq və hazırda mövcud olan ziddiyyətləri həll etmək birbaşa fayda verərdi. Bu, Cənubi Qafqazın daha da inkişafına, logistik əlaqə sisteminin yaradılmasına kömək edəcək, sərhədlərin açılması, ticarət və yeni sərmayələrin cəlbinə gətirib çıxaracaq. Ermənistan bütün bunlarda birbaşa maraqlı tərəf kimi çıxış etməli idi. Amma Paşinyan problemə tamam başqa baxışa malikdir. Nikol Paşinyan görür ki, münaqişənin sona çatması və Ermənistanın təslim olması ilə bağlı sənədləri imzalayan kimi o daha heç kimə lazım olmayacaq. Müharibəni uduzdu, buna imza atdı, indi onu kənarlaşdırmaq olar. Ona görə də Ermənistanda xalqın maraqları ilə hakimiyyət arasında ziddiyyətlər qalmaqdadır. Ermənistan xalqı üçün tezliklə sülh müqaviləsi imzalamaq və hər şeyi başa çatdırmaq faydalıdır, lakin Paşinyan üçün vəziyyəti uzatmaq sərfəlidir. O hesab edir ki, bu, şəxsi maraqlarını təmin edir. Ona görə də Qarabağ müharibəsinin bitməsindən keçən illər ərzində danışıqlar masasında çox az dəyişiklik baş verib".

Politoloq onu da vurğulayıb ki, İrəvanın daim danışıqlara əlavə vasitəçilər cəlb etmək istəyi də bununla bağlıdır: "Prosesin hər hansı formada gecikdirilməsi Paşinyan üçün faydalı olduğundan, o, üçüncü ölkələrin iştirakından bir növ əlavə rıçaq, cəhd kimi istifadə edir. Özü üçün hansısa üstünlükləri müzakirə etmək, sənədlərin imzalanmasında nəyisə göstərmək, tam təslim olmamış kimi görünməmək məqsədidir. Bu səbəbdən danışıqlarda irəliləyiş daim ləngiyir. İrəvanın bundan sonra da eyni siyasətə davam edəcəyini gözləmək olar. O, üçüncü ölkələri cəlb etməyə çalışacaq ki, bu da konstruktiv nəticə verməyəcək". Məhz bunlar fonunda Ermənistanda separatçı rejimin baş qaldırmasına imkan verilir. Sülh üçün Ermənistanın atacağı digər addımlarla bağlı da tərəddüdlərin olacağı qaçılmaz görünür. Həmin addımlar barədə isə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov aşağıdakıları qeyd edir: "Hazırda əvvəlki dövrlərdən daha real olan sülhün bərqərar olunması üçün Ermənistan həm milli-ideoloji, həm də qanunvericilik səviyyəsində - Konstitusiya, milli qanunvericilik və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə Azərbaycana qarşı iddialarından əl çəkməlidir. Əks halda, sülh müqaviləsi imzalansa belə, real hüquqi qüvvəyə malik olmayacaq. Belə ki, Ermənistan Konstitusiyasının 6-cı maddəsinə əsasən, İrəvanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin ratifikasiya olunması üçün həmin sənədlər Konstitusiyaya uyğun olmalıdır. Əgər sülh müqaviləsində İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, Konstitusiyanın preambulası isə özündə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edəcəksə, bu, açıq hüquqi ziddiyyət olacaq və Konstitusiya qarşısında sülh müqaviləsinin heç bir hüquqi imkanı mövcud olmayacaq. Bu mənada, Ermənistan bütün səviyyələrdə iddialarından, o cümlədən təcavüzkar normativ bazisdən əl çəkməli, mövcud olmayan separatçı rejimin tör-töküntülərini birdəfəlik rədd etməlidir. Belə olan halda dayanıqlı sülh barədə danışa biləcəyik". Indilikdə görünən odur ki, Ermənistan Azərbaycanın sülh təkliflərini sözdə qəbul etsə də, real addımlar atmağa tələsmir. Halbuki, Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi - siyasi müstəvidə çox şey, o cümlədən  müstəqil olmaq şansını itirib. Yenidən eyni metodla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistana daha böyük zərbə vura bilər. Sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə edirlər.  Amma İrəvan hələ də prosesi uzadır. 

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

16.07.2025 / 20:20
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTO

16.07.2025 / 20:03
Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...

16.07.2025 / 19:48
Azərbaycan-Suriya münasibətlərinin normallaşması İran mediasında böyük vəlvələ yaratdı...

16.07.2025 / 19:34
26 illik geosiyasi tələ qırılır, kəmər işə düşür - Azərbaycanın planı işlədi...

16.07.2025 / 19:20
Zirədə zibil dizə çıxır...

16.07.2025 / 19:07
Cənubi Qafqazın geosiyasəti yenidən şəkillənir - Azərbaycan işin başındadır...

16.07.2025 / 18:52
Dəhliz ABŞ-a verilsə Rusiya bu addımları atacaq...

16.07.2025 / 18:37
Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

16.07.2025 / 18:23
Keçmiş nazir Zəngəzura qarşı ABŞ-da hansı dairələrdən sifariş alıb?..

16.07.2025 / 18:15
Paşinyan Zəngəzur dəhlizilə bağlı ABŞ-dan təklifin daxil olduğunu təsdiqlədi

16.07.2025 / 18:10
Pakistanlı nazir Azərbaycan haqda niyə bu sözləri eşitməli idi? - Dini liderin ətrafında çirkin intriqa...

16.07.2025 / 17:56
70 illik problem ancaq 2 dövlət prinsipi ilə həll oluna bilər - prezident ABŞ-a mövqe göstərdi...

16.07.2025 / 17:43
Vardanyan Bakıda məhkəmədə istədiyi vəsatəti qəbul etdirə bilir...

16.07.2025 / 17:30
Azərbaycanın ixracı ilin sonunadək azalmaqda davam edə bilər - pis proqnoz...

16.07.2025 / 17:23
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdü...

16.07.2025 / 17:18
Bakıda kişi arvadını güllələdi

16.07.2025 / 17:05
Kukla Teatrı “Bakı-Xəbər”in əməkdaşını “Teatrın dostu” mükafatı ilə təltif etdi...

16.07.2025 / 17:02
Dövlət Komitəsinin 2025-ci ilin ilk yarımilində fəaliyyəti müzakirə edilib

16.07.2025 / 16:52
DİN-dən əməliyyat - narkoşəbəkənin daha iki üzvü 67 kq narkotiklə yaxalandı

16.07.2025 / 16:39
"Əkinçi" qəzeti - maarifçilik, inkişaf, milli özünüdərk məktəbi

16.07.2025 / 16:27
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi

16.07.2025 / 16:23
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

16.07.2025 / 16:20
Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

16.07.2025 / 16:16
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Heydər Əliyev Mərkəzində olub - FOTO

16.07.2025 / 15:49
"Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq" - Paşinyan

16.07.2025 / 15:41
Cəlilabadda doğuldu, Füzulidə şəhadətə qovuşdu – şəhid Elvin Bayramov...

16.07.2025 / 15:24
Paşinyan Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü barədə danışdı

16.07.2025 / 15:09
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

16.07.2025 / 15:01
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16.07.2025 / 14:38
Makron Fransanı borc bataqlığında batırır - hər saniyədə 5 min avro borc... hökumət devrilə bilər...

16.07.2025 / 14:05
Paşinyan Zəngəzura “HƏ” dedi, - Rusiya tətikdədir...

16.07.2025 / 13:45
Magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər...

16.07.2025 / 13:21
Leyla Əliyeva Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb - FOTO

16.07.2025 / 13:06
Россия обязана возместить ущерб, нанесённый Азербайджану за 200 лет оккупации - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.07.2025 / 12:57
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib*

16.07.2025 / 12:21
"Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi" - Prezident

16.07.2025 / 12:09
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü olub - FOTO

16.07.2025 / 12:05
Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:03
Paşinyanı devirmək üçün Rusiyanın yeni planı ortaya çıxdı - CANLI

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910