Cümə axşamı günü, 24 iyul 2025
     

Türkiyə və Azərbaycan vətəndaşları Ermənistanda niyə ev alırlar?..

Image

Son bir ildə Türkiyə və Azərbaycan vətəndaşları Ermənistanda 4 ədəd daşınmaz əmlak satıblar. Bu barədə məlumat "Sputnik Armenia" portalı tərəfindən yayılıb və rəsmi mənbələrə istinad edilir. 

Qeyd edilir ki, 2023-cü ildə Türkiyə vətəndaşları Ermənistanda çoxmənzilli yaşayış binalarından 3 mənzil alıb, bunlar hamısı paytaxt İrəvanda yerləşir.  Portalın yazılı sorğusuna cavab olaraq Ermənistan Kadastr Komitəsi də bunu təsdiq edib. Qeyd edək ki, 2022-ci ildə Türkiyə vətəndaşları Ermənistanda 11 mənzil alıblar. Kadastr Komitəsi həmçinin bildirib ki, 2023-cü ildə Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb, 2022-ci ildə isə 2 daşınmaz əmlak alıblar: biri İrəvanda, ikincisi Lori rayonunda fərdi yaşayış evi olub. "Ermənistan Respublikasında Türkiyə vətəndaşlarına 2023-cü ildə İrəvanda çoxmənzilli yaşayış binasında 2 mənzil və Ararat rayonunda 1 torpaq sahəsi satılıb. Həmin müddət ərzində Azərbaycan vətəndaşı çoxmənzilli binadan 1 mənzil alıb", - deyə Komitə satıcıların milliyyətini qeyd etmədən məlumat yayıb. O da bildirilir ki, 2022-ci ildə Azərbaycan və Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak satmayıblar.  Kadastr Komitəsinin əvvəllər dərc etdiyi məlumatlara görə, 2023-cü ildə Ermənistanın daşınmaz əmlak bazarında xarici vətəndaşlar tərəfindən 4479 alqı-satqı əməliyyatı həyata keçirilib. 1492 halda alıcı, 2834 halda satıcı, 153 halda hər iki tərəf xarici vətəndaş olub.
 O da qeyd edilir ki, Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar. Bu gün istənilən Azərbaycan vətəndaşı özünün istədiyi hər hansısa ölkədə daşınmaz əmlak ala bilər. Onun həmin ölkədə daşınmaz əmlakının olub-olmaması ilə bağlı o ölkəyə sorğu göndərilmədikcə, təbii ki, Azərbaycan hökumətinin o əmlaklardan xəbəri ola bilməz. Türkiyə hökuməti Azərbaycan vətəndaşlarının mənzil alması barədə Azərbaycana sorğu göndərir. Ancaq digər ölkələrdə bu belə deyil. Həmin ölkələrdə sorğu göndərilmir. O səbəbdən Ermənistan tərəfinin məlumatı əsasında Azərbaycan vətəndaşlarının da bu ölkədə mənzil aldığı məlum olur. Ermənistanda daşınmaz əmlak alan şəxslərin milliyətcə azərbaycanlı olub-olmadığını dəqiqliklə demək mümkün deyil.

Ermənistanda mövcud olan qanunlar, tələb edilən sənədlər Azərbaycan vətəndaşının orada mülk sahibi olmasını  mümkünsüz etdiyi halda bu əmlakların necə əldə olunması da çox maraqlıdır. Mümkündür ki, yayılan məlumatda vaxtilə Azərbaycanda yaşamış, Ermənistana köçüb getmiş ermənilər nəzərdə tutulur. Ekspertlərə görə isə, digər bir ehtimal Qarabağda, Xankəndidə yaşamağa davam edən ermənilərlə bağlıdır. Birinci Qarabağ müharibəsindən öncə Azərbaycan vətəndaşı sayılan, Qarabağda yaşayan hansısa erməni vətəndaşlıqdan çıxmamış ola bilər. Nəzərə alınmalıdır ki, təkcə Bakıda 30 minə qədər erməni millətindən olan Azərbaycan vətəndaşı yaşayır. Ötən əsrin "90-cı illərdə Azərbaycandan köçüb gedən rus və digər millətlərin nümayəndələri oldu ki, həmin dövrdə gedəndə ikili vətəndaşlığı saxlaya bildilər. Həm Azərbaycan vətəndaşı olaraq, həm də köçüb getdiyi digər ölkənin vətəndaşı ola bildilər. Həmin şəxslər hələ də ikili vətəndaşlığı qoruyub saxlayıblar. Onlar da Ermənistandan mənzil alarkən Azərbaycan vətəndaşları kimi göstərilir. Bu fonda onu da qeyd edək ki, Qarabağda erməni separatizminin tamamilə ləğvindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda müzakirəsi intensivləşib. Çünki rəsmi Bakı Qərbi Azərbaycana qayıdış məsələsini sülh sazişinin əsas komponentlərindən biri kimi irəli sürür. Ermənistan hakimiyyəti bunu qəbul etməsə də, baş nazir Nikol Paşinyanın sonda rəsmi Bakının bu tələbi ilə razılaşmaq məcburiyyətində qalacağı fikri erməni ictimai rəyinə hakimdir. Ermənistan hakimiyyətinin Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi təkziblər erməni ictimaiyyətində inandırıcı qəbul edilmir. Ermənilər iddia edirlər ki, Azərbaycan və Türkiyə vətəndaşlarının İrəvandan daşınmaz əmlak almasının arxasında hər iki ölkənin dövlət strukturları dayanır və məqsəd tədricən İrəvana nəzarəti bərpa etməkdir. Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin sədr müavini Arman Petrosyan bildirib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının aldıqları daşınmaz əmlakın sayı çox azdır, buna görə onlar bunu Ermənistanın təhlükəsizliyinə təhdid kimi görmürlər. Amma prosesin davam etməsi təhlükəli hal hesab olunur. Ermənilər qeyd edir ki, rəsmi Bakı Qərbi Azərbaycanda daşınmaz əmlakları qanuni yollarla almaq və gələcəkdə bura qayıdacaq azərbaycanlılara vermək istəyir. Hər halda, məsələ ilə bağlı erməni cəmiyyətində artıq bir xof yaranıb. 

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

23.07.2025 / 20:10
Gəncədə axtarışda olan şəxs saxlanarkən polislərə silahlı müqavimət göstərdi

23.07.2025 / 20:05
Zəngəzur Ermənistanın bir saylı daxili siyasi məsələsinə çevrildi...

23.07.2025 / 19:51
Azərbaycanda mətbuat müstəqilliyinin daha bir böyük missiyası...

23.07.2025 / 19:38
Ermənistan əhalisinin yarısı Azərbaycanla saziş istəyir...

23.07.2025 / 19:26
İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...

23.07.2025 / 19:19
İşığa çevrilən söz - “Əkinçi” - Hafiz Təmirov yazır...

23.07.2025 / 19:11
Yəhudi təşkilatları Aydın Quliyevin 65 illiyini təbrik etdilər...

23.07.2025 / 19:06
Suverenliyin bərpasından sonrakı mətbuat yubileyinin fərqli mənası var...

23.07.2025 / 18:51
Rəsmi Kreml Əliyevin Ukrayna siyasətinə açıq münasibət bildirdi - “biz bununla razılaşmadıq”

23.07.2025 / 18:46
Ağdam – dünən işğal, bu gü inkişaf!

23.07.2025 / 18:37
Trampın İlham Əliyevdən paylaşdığı videonun arxasında unikal məqam...

23.07.2025 / 18:30
BAMF tərəfindən yerli QHT-lər üçün keçirilən silsilə təlimlər başa çatıb

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910