Çərşənbə günü, 9 iyul 2025
     

Ağdaşlı şəhidimizin atası: "Oğlum Mahsun Kırmızıgül kimi oxuyurdu, adını oğluna verdim"...

Image

İsrafil İsrafilov: "Mahsun Kırmızıgül Anarın səsinə qulaq asıb dəhşətə gəldi, dedi ki, oğlumun səsi onun səsinə tamamilə oxşayır"  

Fevralın 19-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün - Tarixi zəfər" adlı kitabın I və II cildinin təqdimat mərasimi çərçivəsində tədbirdə iştirak edən bir neçə şəhdin valideyindən övladları ilə bağlı müsahiblələr götürdük.

Müsahibimiz 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən, Vətən uğrunda şəhid olan Ağdaş rayonunun Orta Ləki kəndində doğulan şəhid Anar İsrafilovun atası İsrafil İsrafilovdur.

"Döyüşə yollananda da bizimlə vidalaşmamışdı

- Anar müharibəyə səfərbərliklə getdi. 31 yaşı vardı. Bakıda mühafizədə işləyirdi. Özü də idmançı idi. Boks idman növü ilə məşğul olurdu. Əsgərlik dövründə kəşfiyyatda olmuşdu, yaxşı kəşfiyyatçı idi. Dəfələrlə diplomlarla, fəxri fərmanlarla təltif  olunmuşdu. Nümunəvi xidmətinə görə evimizə də təşəkkür məktubu göndərmişdilər. 

- Müharibənin ilk günündən döyüşlərə qatılmışdı? 

- Prezidentin çağırışından sonra, digər oğullarımız kimi, Anar da döyüşə getdi. Mən özüm açıq ürək əməliyyatı keçirmişəm. Amma mənim açıq ürək əməliyyatı keçirməyimə və iki övladı olmasına, üçüncü övladının isə yol gəlməsinə baxmayaraq, Anar Vətənin müdafiəsi üçün döyüşə getdi. Bir qızı, iki oğlu var.

- Üçüncü övladı oğlandır deyəsən...

- Bəli. Oğlum şəhid olandan sonra üçüncü övladı dünyaya gəldi. Oğluna Anarın öz adını qoyduq. 

- Şəhidmizin döyüş yolu hardan keçib?

- Anarın döyüş yolu Cəbrayıldan başlayıb, Hadrut istiqamətindəki döyüşlərdə də olub.  "Vodaprom" deyilən yer var, güclü, keçilməz  istehkamlar orada olub. Eyni zamanda Füzulinin, Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşüb. Müharibə gedən zaman onların qarşısını İran əsgərləri kəsib, sonra yenidən arxadan Füzuliyə qayıdıblar. 2020-ci ilin oktyabr ayının 25-də Füzuli rayonunun Yuxarı Əbürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid olduqdan sonra medallarla təltif olunub. "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif olunub. 

- Müharibəyə gedərkən sizə xəbər verdi, yoxsa xəbərsiz getdi? 

- Müharibə başlayanda hamıdan xəbərsiz Bakıya yola düşüb, qeydiyyatda olduğu Yasamal rayon səfərbərlik xidməti idarəsinə gedərək könüllü kimi qeydiyyatdan keçib, çağırışını gözləyib. Heç kimin də bundan xəbəri olmayıb, heç ailəsinin də. Hətta döyüşə yollananda da bizimlə vidalaşmamışdı. Bir də döyüş zonasına çatanda fürsət tapıb bizə harada olduğu barədə xəbər etmişdi. Səbəbini soruşanda isə əsl qəhrəman kimi cavab vermişdi: "Düşündüm ki, döyüşə getməyimə razı olmazsız deyə, mən də sözünüzdən çıxmamaq üçün gedə bilmərəm. Ona görə də heç kimə xəbər etmədim. Çünki Vətəni bu dar günündə tək qoya bilməzdim. Vətəni biz də qorumasaq, kim qoruyacaq?". Bax, oğlum belə igid idi.

- Anar necə uşaq olub? 

- Anar hələ uşaqlıqdan mərd və şücaətli olub. Elə Vətən qayğısını çəkən, dərdinə dərdlənib, sevincinə sevinənlər də həmişə mərd insanlar olur. Anar istər uşaqlıqda, istər gənclikdə, istər hərbi xidmətdə, istərsə də çalışdığı yerlərdə həmişə bu mərdliyi və qayğıkeş olmağı ilə tanınıb. Elə şəhid xəbəri gələndə də, həm əsgər yoldaşları, həm tanıyanlar, həm də müharibə yoldaşları göz yaşlarını saxlaya bilmir, mənə zəng edib onun necə mərdliklə, qorxmadan döyüşdüyündən danışırdılar, ondan ibrət aldıqlarını deyirdilər.

- Respublika Xatirə Kitabı Redaksiyasının nəşr etdiyi "44 gün - Tarixi zəfər" adlı kitabında Anar İsrafilov barədə də məlumat yer alıb. Ümumiyyətlə, bu kitablar, yazılar sizə necə təsir edir? Təsəlli verirmi? 

- Şəhidlər barədə yazılan yazılar, onlar haqda qəzetlərdə, jurnallarda, kitablarda məqalələr çap olunması, verilişlər, filmlər çəkilməsi bizim üçün bir növ təsəllidir. Şəhidlərin adlarının anılması, onların unudulmaması ailələri üçün təsəllidir ki, övladları yaddan çıxmır. Xatirə kitabının həyata keçirdiyi bu işlər də bizə təsəlli olur. Bilirik ki, bizdən sonra da övladlarımız yaddan çıxmayacaq. 

- Ziyarətçiləriniz çox olur?

- Bəli. Gəlib bizə tez-tez baş çəkirlər, insanların, təşkilatların bizimlə əlaqə saxlaması, evimizə gəlməsi bizim üçün çox önəmlidir. Bundan bir az təsəlli tapırıq. Sağ olsun camaatımızı. Camaatımız, xalqımız bizə çox diqqətlidir. Hələ bir gün evimiz boş qalmayıb. Hər gün yanımızda olublar. Evdə qonaq olanda, yanımızda adam olanda bir növ təsəlli tapırıq. Amma qonaq gedəndən, özümüz evdə tək qalandan sonra gecəni səhərə açmaq bizim üçün çox ağırdır, çox məşəqqətlidir. 

İndi Anarın üçüncü övladı da dil açır. Balaca Anar böyüyür. 

- Anar təkcə idmanla məşğul olurdu, yoxsa başqa istedadı da vardı ki, onu insanların çoxu bilmir?

- Anarın çox gözəl səsi vardı. Türkiyə müğənnisi Mahsun Kırmızıgülün səsi ilə oxuyurdu. Səsi onun səsinə çox bənzəyirdi...Anarın arzusu o idi ki, oğluna ya Mahsun Kırmızıgülün, ya da Mühariz İbrahimovun adını qoysun. Qismət olmadı. Oğluna öz adını qoydum. Mən Mahsun Kırmızıgüllə də görüşdüm. Mahsun Kırmızıgül Anarın səsinə qulaq asıb dəhşətə gəldi, dedi ki, oğlumun səsi onun səsinə tamamilə oxşayır.  

- Qəhrəmanlardan kimdən örnək götürmüşdü? 

- Milli Qəhrəman Mübariz İbrahimovun fanatı idi. Həmişə onun kimi fərqlənməyi, şəhid olmağı arzuladığını deyirdi. Mübarizin qisasını almağı özünə hədəf də seçmişdi. Hətta döyüş paltarına, hamıdan fərqli olaraq, öz adını deyil, Mübariz İbarhimovun adını yazdırmışdı. Anar özü də Mübariz İbrahimova bənzər pəhlivan cüssəli oğlan idi. O hərbiçi, əsgər deyildi, 31 yaşında döyüşə getdi. Özü də müharibə başlayandan sonra getdi. Qismətinə şəhidlik düşdü. Ağdaş rayonunun Orta Ləki kəndində Şəhidlər Xiyabanında dəfn olunub. 

İradə SARIYEVA




VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:44
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünas Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910