Çərşənbə axşamı günü, 22 iyul 2025
     

“Təşkilatın güclənməsi hər birimizin güclənməsi olacaq” - Əliyev TDT-yə yeni hədəf göstərdi...

Image

Azər Həsrət: "...Türk dünyasının perspektivi ilə bağlı ciddi mesajlardır"

"Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək". Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən Prezident Əliyev deyib: "Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək".

"Düşünürəm ki, digər türk dövlətlərinin rəhbərləri də məhz bu yöndə işlərin sürətləndirilməsi üçün öz səylərini əsirgəməməlidirlər" 

Azərbyacan Prezidentinin Türk Dövlətləri təşkilatının yeni hədəfləri ilə bağlı bəyanatı ilə bağlı fikir bildirən siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə "Cənab Prezidentin istər andiçmə mərasimində etdiyi çıxışda, istərsə də növbəti dəfə Prezident seçildikdən sonra qardaş Türkiyəyə ilk rəsmi səfərində dilə gətirdiyi fikirlər, əlbəttə ki, Türk dünyasının perspektivi ilə bağlı ciddi mesajlardır.  

Burda xatırlayırıq ki, Milli Məclisdə cənab Prezident "bizim ailəmiz türk ailəsidir, başqa yerdə bizi gözləmirlər" deyərək fikrini bildirmişdi. Yəni heç bir beynəlxalq qurum, yaxud başqa ailə bizim üçün doğma ola bilməz, bizim doğma ailəmiz məhz ortaq türk ailəsidir mesajını verdi. Ardından da qardaş Türkiyədə bu fikirlərin təkrarlanması, ümumiyyətlə buna vurğu edilməsi ondan xəbər verir ki, Azərbaycan Prezidenti dövlətə rəhbərlik etdiyi növbəti mərhələdə türk dövlətlərinin inteqrasiyası istiqamətində daha çevik addımların atılmasına köklənib. Yəni bu fikirləri də dilə gətirməklə qardaş Türkiyənin və digər türk dövlətlərinin də hərəkətlənməsini istəyir. Özəlliklə də onu vurğulamaq lazımdır ki, Quzey Kıbrıs Türk Cumhuriyyətinin cumbur başkanı Ersin Tatarın Şuşada keçiriləcək Türk Dövlətləri Zirvəsinə dəvət edilməsi də ayrıca qeyd olunmalıdır. Bilirsiz ki, Quzey Kıbrıs Türk Cumhuriyyətini dünya dövlətləri tanımır, Türkiyədən başqa onu hələ heç bir dövlət tanımayıb. Amma artıq bir ildən çoxdur ki, həmin dövlət TDT-nin müşahidəçi üzvlüyünə qəbul edilib. Bu isə Quzey Kıbrıs Türk Cumhuriyyətinin artıq bir dövlət kimi tanınması yolunda növbəti addımdır" - deyə qeyd etdi. 

A.Həsrətin fikrincə, çox yaxın müddətdə Azərbaycan da Quzey Kıbrıs Türk Cumhuriyyətini bir dövlət kimi tanınması məsələsində ilkin addımları atmağa başlayacaq. "Yəni bütövlükdə Prezident İlham Əliyev türk dünyasının birləşməsi, inteqrasiya məsələlərində proseslərin önünü layiqincə çəkməyə başlayıb" - deyə A.Həsrət bildirdi.  

Siyasi şəhrçi həmçinin qeyd etdi ki, TDT bütün türk xalqlarının nicatıdır: "Bizim sabahımız, gələcəyimiz bu təşkilata bağlıdır. Yəni biz türk dövlətləri olaraq ayrı-ayrılıqda, tək-tək xilas ola bilməyəcəyik. Çünki ətrafımızda min illərdir bizə düşmən kəsilən, bu və ya digər şəkildə bizi yox etmək istəyən xeyli sayda rəqiblər var. Bu rəqiblər olduqca güclüdür, məkrlidir və eyni zamanda həqiqətən də bir an belə dinc durmurlar, türk millətini yox etmək üçün əllərindən gələni edirlər".

A.Həsrətin sözlərinə görə, bu səbəbdən də türk xalqlarının bir araya gəlməsi, Türk 

Dövlətləri Təşkilatının əsasında birləşməsi, güclənməsi və daha effektiv mexanizmlərlə təmin edilməsi vacibdir. "Yəni nə demək istəyirəm? Onu demək istəyirəm ki, Türk Dövlətləri Təşkilatı bir qurum kimi mövcuddur, fəaliyyətdədir, amma bu yetərli deyil. Adi bir misal çəkim: Fransada Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi təhqir olunanda bu məsələni mən dilə gətirmişdim, TDT-dən və ətrafındakı qurumlardan səs çıxmadı. Yəni TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatlar əslinə qalanda Azərbaycanla birlikdə buna reaksiya verməli idilər. Bu təşəbbüsü də, təbii ki, Azərbaycan irəli sürməli idi və onları hərəkətə keçirməli idi. Amma görürsüzmü, yetərincə effektivlik olmadığına görə reaksiya verilmədi. Gec də olsa, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bunu qınayan bir bəyanatla çıxış etdi. Bu baxımdan mexanizmlərin effektivliyini artırmaq lazımır. Yəni Azərbaycan da, Türkiyə də, digər türk dövlətləri də beynəlxalq miqyasda hansısa basqı ilə üzləşdikdə, yaxud o dövlətlərin hansısa bir problemi üzə çıxanda təkbaşına mücadilə aparmamalıdır. Bunu TDT bir qurum olaraq həll etməlidir. Eyni zamanda TDT-yəa bağlı, yaxud da türk dövlətlərinin ortaq qurumları həmin məsələlərdə operativ münasibət bildirməli, hərəkətə keçməlidir. Düşünürəm ki, yaxın gələcəkdə artıq TDT-nin ortaq valyutası, ortaq ordusu, ortaq polis qüvvələri, ortaq gömrük, ortaq iqtisadiyyat və sair haqqında düşünmək lazımdır. Yəni elə etmək lazımdır ki, türk xalqları bir-birinə daha sürətlə inteqrasiya olunsun. Biz bu məsələdə geciksək çox şey itirə bilərik. Nə itirə bilərik? Bir tərəfimizdə Rusiya, bir tərəfimizdə İran var. Bunlar daim bizim üzərimizə gəlirlər. Təkcə Azərbaycanın deyil, digər türk dövlətlərinin də üzərinə gedirlər. Bizdən xeyli uzaqda yerləşən və Doğu Türküstanı işğal altında tutan Çin də var, dünyanın başına bəla olmuş bir Çin. Çinin də qarşısında biz təkbaşına dura bilmərik. Özəlliklə də, Qazaxıstan, Qırğızıstan kimi dövlətlər Çinin qarşısında duruş gətirə bilməyəcəklər. Ona görə də düşünürəm ki, bu təşkilatı daha güclü şəkildə təşkilatlandırmaq lazımdır. Prezident İlham Əliyev də bütün bunları yetərincə görə bildiyinə görə belə bəynatlar verir, belə ifadələr işlədir. Düşünürəm ki, digər türk dövlətlərinin rəhbərləri də məhz bu yöndə işlərin sürətləndirilməsi üçün öz səylərini əsirgəməməlidirlər" - deyə A.Həsrət qeyd etdi.       

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910