Rusiya-Ukrayna müharibəsi Almaniya iqtisadiyyatını vurdu - 200 milyardlıq ziyan...
Almaniya İqtisadi Araşdırmalar İnstitutu DIW hesab edir ki, Ukraynadakı münaqişənin Almaniya iqtisadiyyatına vurduğu zərər 200 milyard avronu keçib. İnstitut yüksək enerji xərcləri səbəbindən iqtisadi artımın 2,5 bənd azaldığını açıqlayıb.
İnstitutun dərc etdiyi hesabata görə, hazırda Almaniyada özünü ən yaxşı hiss edən sektor müdafiə sənayesidir. Ölkənin ən böyük müdafiə sənayesi şirkəti olan "Rheinmetall"ın səhmlərinin dəyəri qarşıdurma başlayan gün 83 avro olduğu halda, bu gün 400 avrodur.
TAHİR