Avdiyivkadan geri çəkilmə zamanı minə yaxın ukraynalı əsgər ruslara əsir düşüb - ABŞ nəşrindən iddia...
"New York Times" yazıb ki, Ukrayna ordusu əsgərlərinin hesablamalarına əsasən, Avdiyivkadan geri çəkilmə zamanı 850-dən minə qədər ukraynalı əsgər əsir götürülə bilər. Xəbərə, bu qədər çox əsgər itkisinə səbəb qoşunların plansız və xaotik şəkildə geri çəkilməsi göstərilir.
Mənbələr bildirib ki, geri çəkilmə pis planlaşdırılıb və çox gec başlayıb. Bölmələr arasında əlaqədə çətinliklər yaranıb, bəzi bölmələr daha tez geri çəkildiyindən ciddi mühasirə risqi yaranıb.
Amerika rəsmiləri son günlər deyirlər ki, ötən ilki uğursuz əks-hücumdan və qərargah rəisinin işdən çıxarılmasından sonra ukraynalı əsgərlər arasında əhval-ruhiyyə artıq pozulub. Bu problemlərə görə Ukrayna ordusu kadr toplamaqda çətinlik çəkir. Ukraynalı hərbi rəsmilər 500 min nəfəri səfərbər etməyə çalışdığı bir vaxtda, yüzlərlə təcrübəli əsgərin ələ keçirilməsi daha çox əsgər toplamaq üçün səyləri çətinləşdirəcək.
“New York Times”ın təhlilində Ukraynanın Avdiyivkadan çox gec geri çəkildiyi və bunun da itkiləri artırdığı qeyd edilib.
Tahir TAĞIYEV