Kamil Zeynallının Moskvada saxlanılması kadrları - VİDEO
Tanınmış fitnes məşqçisi Kamil Zeynallının Moskvada saxlanılması kadrları yayılıb.
Trend-in məlumatına görə, kadrlarda K.Zeynallının bir qrup Rusiya polisi tərəfindən saxlanılaraq aparıldığı əks olunub.
Qeyd edək ki, K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib. O bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib.