Azərbaycanın qlobal enerji proseslərindəki rolu Vaşinqtonda müzakirə olunub
Vaşinqtonda Atlantik Şuranın Qlobal Enerji Mərkəzində Azərbaycanın qlobal enerji proseslərindəki rolu ilə bağlı Azərbaycan-ABŞ müzakirələri keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"Vaşinqtonda Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentzin təşkilatçılığı ilə enerji sahəsində Azərbaycan-ABŞ münasibətləri, enerji təhlükəsizliyi və enerji keçidi ilə bağlı qlobal proseslər müstəvisində ölkəmizin strateji roluna dair maraqlı müzakirələrimiz oldu", - deyə nazir yazıb.