Zelenski maliyyə yardımını kəssə, ABŞ-ı Ukraynanın strateji tərəfdaşlığından siləcək...
Ukrayna prezidenti Zelenski ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib ki, maliyyə yardımı kəsilərsə, ABŞ Ukraynanın strateji tərəfdaşı olmaqdan çıxacaq.
“Konqresdən müsbət qərar gözləyirik, bu paket bizim üçün həyati əhəmiyyət kəsb edir. Biz hazırda başqa alternativi nəzərdən keçirmirik, çünki biz ABŞ-a strateji tərəfdaşımız kimi güvənirik və onun strateji tərəfdaşımız olaraq qalacağına inanırıq"- deyə Zelenski bildirib.
Bundan əvvəl ABŞ Senatı uzun müzakirələrdən sonra Ukrayna, İsrail və Tayvana yardım da daxil olmaqla 95,3 milyard dollarlıq ümumi dəstək paketini təsdiqləyib. Lakin Nümayəndələr Palatasının spikeri Mayk Conson qanun layihəsini səsverməyə qoymayacağını açıqlayıb.
TAHİR