HƏMAS-la İsrail arasında sövdələşmə... - “The Washington Post” yazdı...
Fələstinin Qəzza sektorunda fəaliyyət göstərən HƏMAS hərəkatı ilə İsrail əsir və girovların azad edilməsi üzrə sövdələşməyə yaxındırlar.
“The Washington Post” qəzeti bu barədə yüksəkvəzifəli israilli məmura istinadla məlumat yayıb. İlkin sazişə əsasən, həbsxanalarda saxlanılan fələstinli qadın və uşaqların azad olunması müqabilində HƏMAS girovluqdakı israilli qadın və yeniyetmələri azad edəcək.
HƏMAS-ın rəsmi nümayəndəsi özünün sosial media hesabında 70 girovu azad etməyə hazır olduqlarını yazıb. İsrailin azad edəcəyi girovların sayı barədə məlumat verilməsə də, yəhudi dövlətinin həbsxanalarında ən azı 120 fələstinli qadın və uşağın saxlanıldığı bildirilir.
İsrailli məmurun sözlərinə görə, əsir və girovların mübadiləsi üçün beşgünlük atəşkəs rejimi elan oluna bilər. Sazişin bir neçə gün ərzində elan ediləcəyi gözlənilir.
ZÜMRÜD