Rusiyanın hakim partiyasının tədbirində Qarabağda "müstəmləkəçilikdən" danışanların ağzından niyə vurulmadı....
Rusiyanın müəyyən siyasi dairələrində erməni sevgisi bitib tükənmək bilmir. Rusiyanın hakim "Vahid Rusiya" partiyasının təşkil etdiyi növbəti tədbirdə bir daha buna şahid olduq. Nikol Paşinyan Rusiyanı qərbin ayağına versə də, Moskvadakı siyasi çevrələr ermənilərə olan sevgilərini unuda bilmirlər. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu mövzu barədə fikirlərini paylaşıb. A.Quliyev yazır: "Rusiyanın hakim "Vahid Rusiya" partiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Müstəmləkəçiliyə qarşı- millətlərin azadlığı uğrunda" təsis forumunda Ermənistan nümayəndə heyətinin başçısı, keçmiş vitse- spiker Eduard Şarmazanovun "Arsax" mövzusundan danışmasını və Azərbaycanın 2020 və 2023- cü illərdə "Arsaxa qarşı guya işğalçı müharibə" apardığı barədə 50 ölkənin təmsilçisi qarşısında böhtançı bəyanatlar verməsini necə başa düşək? Müstəmləkəçiliyin "Arsaxa" nə dəxli var? Rusiyanın hakim partiyası niyə buna reaksiya verməyib? Şarmazanov daha da irəli gedərək revanşçı fikirlərini davam etdirib: "Erməni xalqı heç kimə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq hüququ verməyib"...
Azərbaycandan bu forumda iştirak edənlər olub- olmadığını bilmirəm.."
Mətləb