"Sevgi şimşəyi" Qazax Dövlət Dram Teatrında “çaxdı”…
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Qazax Dövlət Dram Teatrının dəvəti ilə Qazax rayonunda qastrol səfərində olub. Bu barədə baki-xeber.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. 14 fevralda nümayiş olunan "Sevgi şimşəyi" tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Komediya janrında hazırlanan və gənclər üçün nəzərdə tutulan tamaşada hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə (ailələrdə) yaşanan aktual problemlər, - valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına təsiri önə çəkilir.
Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır. Tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb. Tamaşada rolları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalət Ağaverdiyev ifa edir.
Ülviyyə GÜLBABAQIZI