Şənbə günü, 31 may 2025
     

Qərbin ikili standartları Yaxın Şərqdə müharibəni alovlandırdı...

Image

Dünyanın diqqət mərkəzində yer alan əsas məsələyə çevrilmiş İsrail-HƏMAS savaşı daha qanlı məcrada davam edir. Belə görünür ki, İsrail HƏMAS təhdidini aradan qaldırmayana kimi hərbi əməliyyatları dayandırmaq niyyətində deyil. 

Amma hərbi əməliyyatların gedişində həyatını itirən mülki şəxslərin sayı da sürətlə artır.

Hadisələrin bu səpkidə inkişafından narahat olan Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün mövqeyini qəti şəkildə ifadə edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanında keçiriən Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxışı zamanı bir daha ölkəmizin mövqeyini təkrarlayıb. O bildirib ki, İsrail-Fələstin münaqişə zonasında mövcud gərginliyin davam etməsi, xüsusilə mülki şəxslərin hazırkı eskalasiyadan ən çox əziyyət çəkən tərəf olması ciddi narahatlıq doğurur. Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğu, həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinilməsinin vacibliyi nazir tərəfindən vurğulanıb. Bu istiqamətdə, beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsinin əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Ceyhun Bayramov münaqişənin beynəlxalq hüquq normaları və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinə uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bir daha diqqətə çatdırıb. Fələstin məsələsinin ədalətli həllini tapması, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən səylərə ölkəmizin aktiv şəkildə töhfə verməsi, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə məsələyə göstərdiyimiz həssaslıq, habelə BMT-nin müvafiq ixtisaslaşmış qurumları vasitəsilə Fələstin xalqının humanitar ehtiyaclarının ödənməsi istiqamətində edilən yardımlar qeyd olunub. Ölkəmizin Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis etməsinin bu istiqamətdə əməkdaşlığa daha yaxından töhfə verəcəyi diqqətə çatdırılıb. Azərbaycanın Fələstin xalqına humanitar dəstəyi bundan sonra da davam etdirəcəyi bildirilib. Son dövrdə regionda və dünyada baş verən hadisələr, mövcud qeyri-sabitliyin birbaşa olaraq beynəlxalq hüququn tətbiqində ikili standartlar problemindən qaynaqlandığı, bu istiqamətdə beynəlxalq təşkilatlar, o cümlədən BMT sistemində islahatların zəruri olduğu vurğulanıb. Indilikdə ikili stansartlar, Qərb ölkələrinin və digər güclərin məsələyə yanaşması problemin dinc həllini əngəlləyir. Bu fonda İsrailin baş naziri Benyamin Netanyahu Qərb ölkələrini Qəzzada atəşkəsdən imtinaya, eləcə də HƏMAS-ın tamamilə məhv edilməsinə dəstək verməyə çağırıb. O, bəzi ölkələrdə liderlərə atəşkəs üçün təzyiq edənlərin olduğunu vurğulayıb: "Təzyiqlərə təslim olmayın. Bizim müharibə sizin müharibənizdir. İsrail özü və bütün dünya üçün qələbə qazanmalıdır. Ordumuza qarşı heç bir beynəlxalq təzyiq, heç bir saxta ittiham İsrailin özünü müdafiə etmək israrına təsir etməyəcək. İsrail, lazım gəlsə, bütün dünyaya qarşı möhkəm dayanacaq". Onun sözlərinə görə, ölkə hərbçiləri anklavın İsrailə qarşı terror hücumları həyata keçirməsinin qarşısını almaq üçün lazım olduğu müddətdə Qəzzada qalacaq: "HƏMAS hərbsizləşdiriləcək. İsrail artıq Qəzza zolağı tərəfindən təhdid olunmayacaq və bunu təmin etmək üçün müdafiə qüvvələri oradan terrorun qarşısını almaqdan ötrü lazım olan müddət ərzində Qəzzanın təhlükəsizliyinə nəzarət edəcək". İsrailin xarici işlər naziri Eli Kohen isə vurğulayır ki, beynəlxalq dəstək dayandırılsa belə, İsrail Qəzza zolağında öz hədəflərinə çatmağa və ölkənin təhlükəsizliyini qorumağa davam edəcək: "İlk növbədə, biz dünya arenasında İsrailə görünməmiş dəstəyi müşahidə edirik. Onlarla dünya lideri və xarici işlər naziri buraya gələrək həmrəylik ifadə etdi. Amma indi mən çox açıq deyirəm - beynəlxalq kredit başa çatsa belə, biz qarşımıza qoyduğumuz iki məqsədə - HƏMAS-ın məhv edilməsi və bütün girovların azad edilməsinə nail olacağıq".

Hadisələrin inkişaf axarı Yaxın Şərqdə vəziyyətin hələ gərgin müstəvidə qalacağını göstərir. Burada Qərbin ikili standartları da öz sözünü deyir. Hadisələrə qərəzli və qeyri-obyektiv yanaşma artıq Qərb ölkələrinin fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilib. Qərb, əsasən də İslam ölkələrinin timsalında düşmən obrazı yaratmaq yolu ilə vəziyyəti daha da qəlizləşdirir. Bununla Qərb ikili standartların daşıyıcısı rolunu öz üzərinə götürərək obyektivlikdən tamamilə uzaq düşüb. Müsəlmanlar arasında "Qərbin ikili standart" anlayışını daha da gücləndirən digər amil son bir ayda bir çox Qərb hökumətlərinin İsraili tənqid edənlərə qarşı tətbiq etdiyi məhdudiyyət və qadağalardır. İslamın təhqir olunması ilə bağlı müzakirələr zamanı ifadə azadlığını müdafiə edən Qərb hökumətlərinin münasibətini belə ümumiləşdirmək olar: İslam simvollarını təhqir etmək ifadə azadlığıdır, İsraili tənqid etmək isə qadağandır. Bu fikiri dəstəkləyən San Dieqo Dövlət Universitetinin siyasi elmlər professoru Əhməd Kuru qeyd edir ki, gələcək üçün iki mümkün ssenari var: "Pessimist ssenaridə müsəlmanlar arasında Qərbin ikiüzlü olması və anti-Qərb əhval-ruhiyyəsi hissi dərinləşir... Müsəlmanlarla Qərb arasındakı gərginlik geosiyasi baxımdan "sivilizasiyaların toqquşması" tezisini canlandırır. Belə olan halda Rusiya və Çin İslam dünyasında təsirlərini genişləndirir. Qərb ölkələrinin daxili siyasəti baxımından əsl qazananlar populist sağ partiyalardır. Bu partiyaların səsləri artdıqca, müsəlman azlıqların Qərb cəmiyyətlərinə inteqrasiyası azalır. Hər iki hadisə Qərbdə demokratiyaya zərbə vurur. Daha optimist gələcək ssenarisi də mümkündür. Qərb hökumətlərinin "ikiüzlü rəftarlarını" görən müsəlmanlar demokratiya və insan haqlarını ümumbəşəri dəyərlər kimi qəbul edə bilərlər. Belə olan halda müsəlmanların çoxluq təşkil etdiyi ölkələr üçün demokratikləşmənin Qərbi təqlid etmək demək olub-olmaması ilə bağlı mübahisələr sona çatır. Daha demokratik yanaşmanı mənimsəyən müsəlman azlıqların Qərb cəmiyyətlərinə inteqrasiyası da sürətlənə bilər".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

31.05.2025 / 19:04
ABŞ Cənubi Qafqazda yenidən fəallaşır - Tramp siyasəti dəyişir...

31.05.2025 / 18:41
Xorvatiya lideri Aİ-ni yıxıb sürüdü - ölkələrə yalandan üzvlük sözü verib onlardan müəyyən güzəştlər qoparmağa çalışırlar...

31.05.2025 / 18:18
Bakı-İrəvan sazişinin yeri və zamanı hələ müzakirə edilmir - Qriqoryan məqsədli təhrifə yol verdi... 2 şərt icra olunub ki?...

31.05.2025 / 17:52
İmamoğlu: “16 milyon istanbullunu bir-bir həbsəmi atacaqsan?”

31.05.2025 / 17:35
"Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 397 nəfər həlak olub və yaralanıb" - XİN

31.05.2025 / 17:20
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması kəskinləşir...

31.05.2025 / 17:07
Elon Maskın niyə gözü göyərib?

31.05.2025 / 16:44
Tramp Ukrayna danışıqlarında Medinskini bu səbəbdən Kremlin adamı kimi görmək istəmir...

31.05.2025 / 16:03
“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

31.05.2025 / 16:01
Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

31.05.2025 / 15:42
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb...

31.05.2025 / 15:06
Goranboyda mülki şəxs minaya düşdü, sol ayağı amputasiya edildi

31.05.2025 / 14:48
Polis əməliyyat keçirdi, 9 kiloqram narkotik aşkarlandı

31.05.2025 / 14:23
Sərhəddə mobil telefon əməliyyatı - təhqiqatçı islah işlərinə məhkum edildi

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

30.05.2025 / 12:29
"Naxçıvanda keçirilən konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq" - Əhməd İsmayılov

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678